Məhkəmə qərarları › İş №2(003)-1222/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1222/2023

10.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1222/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edirərək xx.xx.1972-ci il tarixli, 74 nömrəli ölüm haqqında akt qeydində göstərilmiş xx.xx.1972-ci il tarixdə ölmüş X3, Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş DA- 01238-2022 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən doğum haqqında qeydiyyat kitabında qeyd edilən xx.xx.1929-cu il təvəllüdlü X7 atası olması faktının müəyyn edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi və ərizəsinin məzmununa oxşar izahat verdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, iş üzrə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İş materiallarında olan AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Bakı şəhəri, Şüvəlan qəsəbəsində doğulmuş, atası X11, anası isə X5r. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, DA-01238-2022 nömrəli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafiz edilən sənədlərində 1929-cu ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1929-cu ildə doğulan Əzimov (sənəddə olduğu kimi) Nadir İsmayil oğlunun təvəllüdlü qeyd olunduğu, atasının Həsrətquliyev (sənəddə olduğu kimi) X13, anasının isə Həsrətquliyev (sənəddə olduğu kimi) Fizə Almas qızı olduğu bildirilmişdir. İş materiallarında olan İ-ИЕ seriyalı, 441642 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X12 1910-cu ildə nikaha daxil olmuşlar, bu barədə xx.xx.1964-cü ildə vətəndaşlıq vəziyyəti aktları kitabında 163 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1972-ci il tarixli, 74 nömrəli ölüm haqqında akt qeydinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1972-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il tarixdə ölmüş mərhum X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, dalan 2, ev 3- dair xx.xx.1997-ci il tarixdə ölmüş X7 doğum haqqında şəhadətnaməsində uyğunsuzluqlar olduğu üçün ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, ərizəçinin atası olmuş X7 doğumu qeydə alınan zaman yanlışlığa yol verilərək doğum haqqında qeydiyyat kitabında atasının adı X1 kimi göstərilmişdir. X2 miras qalmış əmlakla bağlı X7 (ərizəçinin atasının) doğum haqqında şəhadətnaməsində uyğunsuzluqlar olduğu üçün ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Buna görə də ərizəçi, X3 atası X7 atası olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi qohumluq faktının müəyyən olunması haqqında ərizə vətəndaşlıq vəziyyəti aktının qeydi zamanı yol verilmiş səhvlərlə əlaqədardır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.3-ci maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan müvafiq orqana müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət (elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar