Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1237/2021 10.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı evə köçürülmə tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının anasına məxsusdur. İddiaçı da 1972-ci ilin 2 avqust tarixində doğulan gündən həmin evdə yaşamış və pasport qeydiyyatındadır. Lakin xx.xx.2021-ci il tarixdə cavabdehlər onu evdən qovublar və evə buraxmırlar. Onu döyüb-söyüb küçəyə atıblar. Cavabdehlər onun anası. bacıları, qardaşı və bacısının oğludur. Dəfələrlə bu barədə polisə müraciət etmiş, lakin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməyini tövsiyə ediblər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o neçə vaxtdır öz evində yaşaya bilmir. Mübahisəli mənzil onun anasına məxsusdur. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı onun bacısıdır. Mübahisəli ev onların anasına məxsusdur.İddiaçı doğulduğu gündən mübahisəli mənzildə yaşayır. İddiaçı ilə daim birlikdə yaşayıblar. Lakin o, birgə yaşayış qaydalarını riaət etmir. Belə ki, iddiaçı daim evdə nalayiq sözlər danışır. Anası ilə pis rəftar edir. O, iddiaçını evdən qovmamışdır.İddianı etiraf edərək təmin edilməsinə və iddiaçının həmin evə köçürülməsinə etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı onun bacısıdır. Mübahisəli ev onların anasına məxsusdur. İddiaçı doğulduğu gündən mübahisəli mənzildə yaşayır. İddiaçı ilə daim birlikdə yaşayıblar. Lakin o, birgə yaşayış qaydalarını riaət etmir. Belə ki, iddiaçı daim evdə nalayiq sözlər danışır. Anası ilə pis rəftar edir. O, iddiaçını evdən qovmamışdır.İddianı etiraf edərək təmin edilməsinə və iddiaçının həmin evə köçürülməsinə etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh4 məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı onun bacısıdır. İddiaçı doğulduğu gündən mübahisəli mənzildə yaşayır. O, iddiaçı ilə qeyd olunan mübahisəli mənzildə yaşamır. Onun qeydiyyat ünvanı və evi başqadır. O, mübahisəli evə qonşuluqda başqa evdə yaşayır. İddianı etiraf edərək təmin edilməsinə və iddiaçının həmin evə köçürülməsinə etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh7 məhkəməyə verdiyi izahatında bildirdi ki, o, iddiaçının bacısının gəlinidir. Həmin evdə yaşayır. O, iddiaçını evdən qovmamışdır. İddianı etiraf edərək təmin edilməsinə və iddiaçının həmin evə köçürülməsinə etiraz etmədi. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 131 saylı MKİS tərəfindən verilmiş 76 nömrəli, xx.xx.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və İddiaçı qeydiyyatdadırlar. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki ünvan 1 iddiaçının anasına məxsusdur. İddiaçı da 1972-ci ilin 2 avqust tarixində doğulan gündən həmin evdə yaşamış və pasport qeydiyyatındadır. Lakin xx.xx.2021-ci il tarixdə cavabdehlər onu evdən qovublar və evə buraxmırlar. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 1972-ci ildə yaranmışdır. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1972-ci ildən yarandığından hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə hesab edir ki, İddiaçı doğulub böyüdüyü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 25, mənzil 15 ünvanında istifadə hüququ olduğundan, cavabdehlərin iddiaçının həmin mənzilə köçüb yaşamasına mane olmaları və iddiaçını həmin evdən çıxarmaları qanunsuz olmuşdur. Belə ki, münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mübahisəli mənzilə hüquq əldə etmişdir. Cavabdehlərin iddiaçını mübahisəli mənzilə buraxılmaması nəticəsində iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunmuşdur. Odur ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi barəsində iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının yaşayış yeri sayıldığından və cavabdehlərin onu həmin mənzilə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduğundan, bununla da o, yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunduğundan, iddia təmin edilərək, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1237/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1237/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver