Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1241/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X29 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Ucar rayonu X16 xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarında “X6” kimi göstərilmiş şəxsin “X12” olması və “X2” kimi göstərilmiş şəxsin “X7” olması faktlarının müəyyən edilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Ərizəçi Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ucar rayon X16 tərtib etdiyi subyektlərin siyahısında “X6” kimi göstərilmiş şəxsin X13 olması, “X3” kimi göstərilmiş şəxsin “X7” olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, Ucar rayonu X16 xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə Ucar rayonunun Bərgüşad kəndində atası X14 və onun ailə üzvlərinə, o cümlədən ona fərdi yaşayış evi tikmək üçün 5000.51 kv.m. torpaq sahəsi verilmişdir. Lakin həmin qərarda onun adı səhvən “Kütahizə”, anasının adı isə “nardanxatın” kimi göstərilmişdir. Həmin xüsusat isə ona həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyərkən məlum olmuşdur. Belə ki, o, həmin torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X30 müraciət etsə də, həmin idarənin xx.xx.2019-cu il tarixli cavabı ilə ona bildirmişlər ki, yalnız göstərilən çatışmazlığı aradan qaldırdıqdan sonra onun hüquqlarının dövlət qeydiyyatına lınması məsələsinə baxılacaqdır. Anası X7 xx.xx.2014-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində ölmüş, o isə ərə gedəndən sonra ərinin soyadı olan Abdullayeva soyadını qəbul etmişdir. Qeyd olunanlara əsasən, Ucar rayon X16 tərtib etdiyi subyektlərin siyahısında “X6” kimi göstərilmiş şəxsin X13 olması, “X3” kimi göstərilmiş şəxsin “X7” olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar rayon Ərazi İdarəsiməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məktubla məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 8926 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Ucar rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1980-ci ildə anadan olmuş, atası X17, anası X5r. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 ilə X12 arasında nikah bağlanmış, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X28 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X17 və ailə üzvlərinə məxsus Ucar rayonu, Bərgüşad kəndində yerləşən 0.50 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması Ucar rayon X16 tərtib etdiyi subyektlərin siyahısında Ərizəçi adı X8, X4 adı X1 qeyd edildiyindən, mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ucar rayon X15 xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X14 fərdi yaşayış evi tikmək üçün 5000.51 kv.m. torpaq ayrılmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarına Azərbaycan Respublikası Ucar rayon X15 İİ saylı protokolundan xx xxxxxx 1998-ci il tarixli çıxarışın əsli ilə təsdiq olunmuş surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Ucar rayon İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi nümayəndəliyi M.Əsədov adına kolxozun torpaq islahatı ilə əlaqədar Bərgüşad kəndində yaşayan, pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X17, X2, X6, X9 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxx 2001-ci il tarixli Ucar rayonun Bərgüşad kəndində vətəndaşın xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X17, X2, X6, X9 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, mexaniki səhvlik nəticəsində Ərizəçi adı Ucar rayon X16 tərtib etdiyi subyektlərin siyahısında “X6” kimi, “X7”nın adı “X3” kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Ucar rayon X16 tərtib etdiyi subyektlərin siyahısında qeyd edilmiş “X6”nın Ərizəçi ilə, “X3”nın “X7” ilə eyni şəxs olmaları faktı tam təsdiq olunduğundan və ərizəçinin qanuniistifadəsindəkiəmlakı üzərində hüquqlarının dövlət qeydiyyatına alınması hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Ucar rayon X16 tərtib etdiyi subyektlərin siyahısında (Bərgüşad kəndində yaşayan, pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı) qeyd edilmiş “X6”nın xx.xx.1980-ci il tarixdə Ucar rayonunda doğulmuş Ərizəçi ilə, həmin siyahıda qeyd edilmiş “X3”nın xx.xx.1948-ci il tarixdə Ucar rayonunda doğulmuş X7 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1241/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1241/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver