Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1247/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X8, Cavabdehlər Cavabdeh və X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladları xx xxxx 2009-cu il təvəllüdlü X11 və xx xxx 2011-ci il təvəllüdlü Alimentova Röya Heybət qızı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48-də yerləşən, hazırda cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən, iddiaçının ərizəsi əsasında X6 cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2009-cu il təvəllüdlü X11 və xx xxx 2011-ci il təvəllüdlü Alimentova Röya Heybət qızı adlı uşaqları doğulmuşdur. Cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. O, ailə qurarkən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48-də yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, burada birgə təsərrüfat aparmışlar. O, sözügedən evə gəlin gələrkən ev tam hazır olmamış, onlar birlikdə yaşadıqları müddətdə evdə əlavə təmir-tikinti işləri aparmışlar, həmçinin mətbəx və hamam artırılmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-3575/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən də göründüyü kimi o, orada uşaqları ilə birlikdə yaşamışdır. Cavabdehin ona etdikləri təzyiqlərə, söz-söhbətlərdən sonra xx xxxxxx 2020ci il tarixdə onu uşaqları ilə birlikdə həmin evdən çıxarmış, qapıya qıfıl salmışdır. Hazırkı tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur və uşaqları ilə birlikdə validyenlərinin evində qalır. O, artıq valideynlərinə yük olmaq istəmir. Qeyd olunanlara əsasən, onun azyaşlı övladları xx xxxx 2009-cu il təvəllüdlü X11 və xx xxx 2011-ci il təvəllüdlü Alimentova Röya Heybət qızı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48-də yerləşən, hazırda cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48 saylı evin mülkiyyətçisi onun atası olmuşdur. Atası mübahisəli evi qardaşına bağışlayıb. Evdə yenidənqurma işlərini atası ilə qardaşı edib. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48 saylı ev onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evidir. Evin əvvəlki ünvanı iddia ərizəsində göstərildiyi kimi olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək təmin olunmamasıbarədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3575/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 saylı torpaq sahəsindən istifadə hüququ tanınmışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, İcra Hakimiyyəti aparatının arxiv arayışından məlum olur ki, Əzizbəyov Rayon Xalq Deputatlarının icraiyyə komitəsinin xx xxxxxxx 1988-ci il tarixli 15 saylı qərarı ilə X1 Şüvəlan qəsəbəsi Ə.H.Qarayev küçəsi 8/48 ünvanında 0.06 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş X12, X5 və X10 tərəfindən 7 saylı notariat kontorunda yazılmış xx xxxxxxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, ərizəçilər bildirmişlər ki, X16 iki övladı ilə birlikdə ünvan 1 ünvanında xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixinə qədər qeydiyyatsız yaşamışdır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, İddiaçıilə Cavabdeh arasında olan nikaha 2020-ci ildə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, 7 saylı Dövlət Notariat Kontorunun 4Ə-41 reyestr nömrəli xx xxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi X2 mülkiyyətindədir. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia tələbində göstərilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48 saylı ünvanla X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi eyni əmlakdır. İşin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı2008-ciildəCavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48 saylı evə (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi) gəlin köçərək orada yaşamağa başlamış, cavabdehlərlə ümumi təsərrüfat aparmışdır. Lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində 2020-ciiltarixdəİddiaçı mübahisəli evi tərk etmiş və Cavabdeh ilə boşanmışdır. Eyni zamanda, işin məhkəmə iclasında müəyyən olunan hallarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48 saylı ev, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi X3 adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. Hazırki iş üzrə iddiaçı cavabdehlə 2008-ci ildə nikaha daxil olduğu üçün onların arasında olan mübahisə 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranmasıüçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıkimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur vəbuAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, İddiaçıBakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evindən (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48) istifadə hüququ barədəonunlahəminmənzilinsahibiX14 oğlu arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, iddiaçınınhəminevdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununlaəlaqədarolaraq, məhkəmə, belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəlievdənistifadə hüququvəonunhəminevəköçürülməsiüçünəsaslar mövcud deyil, onagörədəİddiaçı Cavabdeh və X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh və X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1247/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1247/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver