Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-127/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Babalı oğlununiştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12600 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki,xx xxxxxxxx 2018-ci il tarixdə o, satmaq üçün özünə məxsus 5250, 7000 və 5831 manat dəyərində tekstil və geyim əşyaları və digər mallarvermişdir. Ümumi ondan götürdüyü malların dəyəri 15600 manat təşkil edir. Cavabdeh vaxtında ona pullarını vermədiyinə görə dəfələrlə aralarında mübahisə yaranmışdır. Nəhayət məcbur qalıb Binəqədi Rayon Polis İdarəsinəərizə ilə müraciət etmiş və həmin vaxt cavabdeh tərəfindən ona borclu olduğu puldan 3000 manat qaytarmışdır. Hal-hazırda 12600 manat borcu qalmışdır. Ona görədəməhkəməyə müraciət etmə qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatına əlavə olaraq bildirmişdir ki, o, 5250+7000+5831+816 manat olmaqla, ümumilikdə 18897,0 manat dəyərində malları cavabdehə müxtəlif vaxtlarda vermişdir. Həmin malların dəyərindən ayrıayrı vaxtlarda cavabdeh ümumilikdə 3297,0 manatı qaytarmış, son nəticədə cavbdehin həmin malların dəyərindən 15600 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı polis idarəsinə cavabdeh barədə şikayət ərizəsi ilə müraciət etdiyi zaman cavabdeh polis idarəsində ona 3000 manat pul ödəmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 12600 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. 5831,0 manat dəyərində malların cavabdehə verilməsini təsdiq edəcək hər-hansı sübutu yoxdur. Lakin ondan götürdüyü 5831,0 manat dəyərində malları satmaq üçün kimlərə və hansı dəyərdə mallar verdiyi haqqında onun məlumatı var. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Babalı oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qismən qəbul etməklə izahatında bildirmişdir ki, o, satmaq üçün iddiaçıdan tekstil və geyim əşyaları və digər mallar götürmüşdür.O, iddiaçı ilə 2018-ci ildən işləyir. O, müxtəlif vaxtlarda iddiaçıdan satmaq üçün əşyalar götürmüş və pulunu hissə-hissə iddiaçıya ödəmişdir. O, etiraf edir ki, öz imzası ilə yazdığı qəbzdə 7000 və 5250 manatlıq malları iddiaçıdan almışdır. O, 2018- 2019-cu illərdə iddiaçıdan götürdüyü həmin malların dəyərindən hər ay 300 manat ödəniş etmişdir. Onun iddiaçıya ümumilikdə 9821,0 manat borcu olmuşdur ki, həmin borcdan 3000,0 manatını Binəqədi rayon polis bölməsində iddiaçıya qaytarmışdır. Hazırda onun malların dəyərinə görə iddiaçıya 6821,0 manat borcu vardır. Həmçinin qeyd edir ki, iddiaçıdan götürdüyü tekstil və geyim əşyalarından sata bilmədiyi üçün 3375,0 manat dəyərində olan hissəsi onun evindədir. O, iddiaçıya mallarını gəlib aparmasını bildirsə də, iddiaçı həmin malları aparmamışdır. O, iddiaçıya olan borcundan hissə-hissə qaytardığı zaman yenidən ondan satmaq üçün mal götürmüşdür. Həmçinin o iddiayaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. İddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5250 manat dəyərində geyim və cehizlik mal götürmüşdür. Qızı Aygün isə 765 manatlıq mal götürüb, ayda o, 200 manat, qızı isə 100 manat ödəməklə borcunu başa çatdıracaqdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 7000 manat dəyərində tekstil və geyim əşyaları götürmüşdür. Hər ayın axırı məbləğ qurtarana kimi 400 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanması, buna görə Cavabdeh iddiaçıya borcunun olması və iddiaçı qarşısında olan öhdəliklərin icra edilməməsi işin materialları ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçı nisyə mal (yəni geyim və tekstil malları) almaq hüququna malik olduğu kimi eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də Rasim Sultanov göstərilən müqavilə şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 329.2. maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3. maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Belə ki, işin məhkəmə iclasında tədqiq olunan hallarına, həmçinin tərəflərin izahatlarına əsasən müəyyən edilir ki, həqiqətən də tərəflər arasında məhz borc münasibətləri olmuş, Cavabdeh İddiaçı borc aldığı pulu hazırki vaxtadək tam qaytara bilməmişdir. Bu yerdə məhkəmə qeyd edir ki, borc verilmiş pulun məbləği haqqında tərəflər arasında fikir ayrılığı mövcuddur. Belə ki, İddiaçı cavabdehə satmaq üçün müxtəlif vaxtlarda 5250+7000+5831+816 manat dəyərində olmaqla, ümumilikdə 18897,0 manat məbləğində əşyalar verdiyini, həmin malların dəyərindən ayrı-ayrı vaxtlarda cavabdehin ümumilikdə 3297,0 manat məbləğində pulu, daha sonra isə cavabdehin həmin borcdan 3000 manat məbləğində pulu polis idarəsində ödəniş etdiyini, hazırda cavabdehin ona 12600 manat borcunun olduğunu iddia edir. Cavabdeh isə iddiaçıdan müxtəlif vaxtlarda geyim və tekstil mallarını müxtəlif vaxtlarda götürdüyünü, iddiaçıya həmin borcdan ayrıayrı vaxtlarda ödənişlər etdikdən sonra onun iddiaçıya ümumilikdə 9821,0 manat borcunun olduğunu, həmin borcdan 3000,0 manat məbləğində pulu Binəqədi rayon polis bölməsində iddiaçıya qaytardığını, hazırda onun malların dəyərinə görə cavabdehə 6821,0 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aralarında şifahi qaydada bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən geyim və tekstil əşyalarının həmin razılığa əsasən ona təhvil verilməsi hüququna malik olduğu kimi, eyni zamanda geyim və tekstil əşyalarının dəyərinin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan şifahi alğı-satqı müqaviləsinə əsasən geyim və tekstil əşyalarını almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərinin ödəməli olmasına dair öhdəliyini isə tam icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə qismən haqlıdır. Məhkəmə qeyd edir ki, borcun məbləğinə dair iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə satmaq üçün müxtəlif vaxtlarda 5250+7000+5831+816 manat dəyərində olmaqla, ümumilikdə 18897,0 manat məbləğində əşyalar verdiyini, həmin malların dəyərindən ayrı-ayrı vaxtlarda cavabdehin ödənişlər etdikdən sonra hazırda cavabdehin ona 12600 manat borcunun olduğunu iddia etsədə 5831 manat dəyərində əşyaları cavabdehə verdiyini sübuta yetirə bilməmiş və cavabdeh də həmin məbləğdə əşyaları iddiaçıdan aldığını etiraf etməmişdir. Cavabdeh isə iddiaçıya götürdüyü mallarınmalların dəyərinə görə iddiaçıya 6821,0 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 5831 manat dəyərində tekstil və geyim əşyaları verdiyini sübuta yetirə bilməmiş, lakin cavabdehin iddiaçıya 9821 manat borcunun olmasını və həmin borcdan polis idarəsində 3000 manat məbləğində pulu iddiaçıya qaytarmasını, hazırda cavabdehin iddiaçıya 6821 manat məbləğində borcunun olduğunu etiraf etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə 6821 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli iddia tələbi qalan hissədə təmin edilməməlidir. . Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6821 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-127/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-127/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver