Məhkəmə qərarları › İş №2(003)-13/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-13/2025

24.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-13/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsinin Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs) qarşı "qanunsuz tikilinin sökülməsi və ərazinin H.Z.Tağıyev adına NQÇİ-sinin istifadəsinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsi Cavabdeh (Maraqlı şəxs) qarşı "qanunsuz tikilinin sökülməsi və ərazinin H.Z.Tağıyev adına NQÇİ-sinin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna- Maştağa yolunun solunda 39T42*887;44853*5 koordinatlarda yerləşən SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda 39T42*887;44853*5 koordinatlarda yerləşən bir hissəsində iş üzrə 3-cü şəxs Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılır. Nəticədə, İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları pozulmuş və neft qaz əməliyyatları üzrə təhlükəsiz fəaliyyətini həyata keçirməsinə maneçilik yaranmışdır. Faktla bağlı müvafiq tədbirlərin görülməsi, həmçinin tikinti işlərinin dayandırılması məqsədilə SOCAR-ın İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X* Agentliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciətlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *80-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və va şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş vasavıs evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır.” Həmin Məcəllənin *80.2-ci maddəsinin tələbinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüquqi əldə etmir.Həmin Məcəllənin *80.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin tələbinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericilikdə müəyyən edilmiş qaydada, ayrılan və ya əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar kateqoriyasına aiddir. Məqsədi təyinatına və hüquqi rejiminə uyğun olaraq,torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən müəyyən edilir. Torpaq məcəlləsinin ***.*-ci maddəsinə əsasən,Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq Məcəlləsinin ***.2-ci maddəsinə əsasən özbaşına (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaq Məcəlləsinin ***.3-cü maddəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və ya fiziki şəxslər tərəfindən onların hesabına həyata keçirilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02 noyabr *999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin94 nömrəli *0 may 2000-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *4 fevral 2003-cü il tarixli qərarında deyilir. Qeyri qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsinin nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, həmin torpaq sahəsi ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş, onun müvafiq sənədləri vardır. İş üzrə 3-cü şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.6-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarıını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - **.0*.2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, NQÇİ-nin QTRİKS-ni Alməmmədov R.V, baş makşeyder Abdullayev v.x, HQÇİ-nin növbə rəisi Şirinov B.Ş, növb rəisi əvəzi Məmmədov S.S, mühafiəzçi Hüseynov R.N, müfahizəçi Əliyev E.K iştirakı ilə bu aktı tərtib edirik ondan ötəri ki, **.0*.2022-ci il tarixdə saat *2:00-da H.Z.Tağıyev adına HQÇİ-nin 2 saylı mədən ərazisində Buzovna-Maştağa yolunun sol tərəfində *358 saylı saylı neft quyusundan təqribən *30 metr məsafədə yerləşən torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən fərdi yaşayış evləri ilə əhatə olunan hündür daş hasara alınmış həyətyanı torpaq sahəsinin ərazisində olan fərdi yaşayış evinin ön hissəsində təxminən *2+** metr ölçülərdə 3 metr hündürlükdə hörgü işlərinin aparıldığı aşkar edilmişdir. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu ev sahibi Cavabdeh izah edilərək əlavə işlərin aparılmamasına dair şifahi xəbərdarlıq edildi. - Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20.02.*990-cı il tarixli 3 saylı qərarından görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi C.M.Quluzadə küçəsi tupik 7 mənzil 3-də yaşayan Elektrik şəbəkələri və şəbəkə müəssisəsləri istehsalat birliyində montyor vəzifəsində işləyən Əzizbəyov rayon XDS İK-nin *8 nömrəli 29 sentyabr *989-cu il tarixli qərarı ilə kooperativ mənzil növbəsində duran X4 Buzovna qəsəbəsi 80 nömrəli sahədə fərdi ev tikmək üçün 600.kv.m torpaq sahəsinin ayrılması qeyd edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının K-45- **2 saylı 04.05.20*8-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin *990-cı il tarixli 3 nömrəli qərara əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 80 nömrəli torpaq sahəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsini X2 adınadır. - 02 mart 20**-ci il tarixli etibarnamınin surətindən görünür ki, X8 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 80 nömrəli torpaq sahəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsini sənədləşdirmə, özəlləşdirmə, tikinti işlərini tamamlamağı, tikinti ilə birlikdə torpağı özəlləşdirmək, forma 2 arayışını almağa, DTXK-dən kadastr planı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsindən Çıxarış, texniki passport, * nömrəli arayış almağa və gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pul almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 50 il müddətinə, yəni 02 mart 206*-ci il tarixədək Cavabdeh etibar etmişdir. - Bakı İnzibati Məhkəməsinin 0*.07.2022-ci il tarixli qərardadından aydın olur ki, iddiaçı “SOCAR”ın “Azneft” İB cavabdeh Xəzər rayon İH-nə qarşı (üçüncü şəxs X5 olmaqla) Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20.02.*990-cı il tarixli 3 saylı qərarının etibarsız hesab edilməsi barədə iddiası qeyri mümkün hesab edilmişdir; - Bakı İnzibati Məhkəməsinin 2*.09.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 0*.07.2022-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin 22.*2.2022-ci il tarixli qərardadı ilə qüvvəsində saxlanılmış və verilmiş kassasiya şikayəti də təmin olunmamışdır; - Bakı İnzibati Məhkəməsinin 0*.07.2022-ci il tarixli qərardadının, Bakı Apellyasiya Məhkəməsinin 22.*2.2022-ci il tarixli qərardadının və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının məzmunundan görünür ki, “SOCAR”ın “Azneft” İB-İ ona ayrılmış torpaq sahəsində tikinti işləri aparan cavabdehin torpaq sahəsinə hüquq verən (etibarnamə əsasında) Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20.02.*990-cı il tarixli 3 saylı qərarının etibarsız hesab olunmasını tələb etmişdir; - İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının *7 iyun 2025-ci il tarixli *0/2604 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş ünvanda cavabdehin istifadəsində olan fərdi yaşayış evinin və hasar tikilisinin təqdim edilmiş SOCARİN "Neft Kəmərləri” İdarəsinin istismarında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda 39T42*887;44853*5 koordinatlarda yerləşən torpaq sahəsinin üzərində iki ədəd yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahədən təxminən 60-6* metr məsafədə neft buruğu vardır. Faktiki olaraq göstərilən torpaq sahəsinin (x,y) korrdinatları əlavə olunur. Vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (H.Z.Tağıyev adına NQÇİ) Sahədən 70-90 metr məsafələrdə ləğv edilmiş neft quyusu məlumatı mövcuddur. Mülki iş materiallarından görünür ki, iddiaçı “SOCAR”ın “Azneft” İB-nin istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna- Maştağa yolunun solunda 39T42*887;44853*5 koordinatlarda yerləşən SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçın tələbinin heç bir hüquqi əsası yoxdur. Buna görə də, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20.02.*990-cı il tarixli qərarını ilə Əzizbəyov rayon XDS İK-nin *8 nömrəli 29 sentyabr *989-cu il tarixli qərarı əsasında kooperativ mənzil növbəsində duran X4 Buzovna qəsəbəsi 80 nömrəli sahədə fərdi ev tikmək üçün 600.kv.m torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli sahə fərdi ev inşa etmək üçün cavabdehə dövlət orqanı-müvafiq icra hakimiyyəti orqanının əmri və sərəncamı əsasında ayrılmış, uzun illər bu əmr və sərəncam mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir. Cavabdeh həmin əmrə və sərəncama güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. X8 həmin torpaq sahəsini 02 mart 20**-ci il tarixli etibarnamə ilə 50 il müddətinə Cavabdeh etibar etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 7*. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 7*. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə *39-*.*. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: *39-*.*.*. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə *59. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə *80.*. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqlarıkənd təsərrüfatı təyinatlı torpaqlaryaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;xüsusi qorunan ərazilərin torpaqları;meşə fondu torpaqları;su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. Maddə 22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ - -*. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; - 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Əhmədova Azərbaycana qarşı” işi üzrə *8.**.202* -ci il tarixli Qərarı: "- 4*. Məhkəmə bir daha qeyd etmişdir ki, 8-ci maddənin mənasında "ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən "ev” olubolmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (X3rşı, № 666*0/*0, § 30, *4 mart 20*7). Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq - Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyriqanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmamasıdır. Başqa bir amil, işin daha az ciddi üsullarının olub-olmaması ola bilər; siyahı tam deyil. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № *9009/04, §

50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § **8 (iv) cərimə, 24 aprel 20*2-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd edir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § *02 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamışdırlar və çəlişən maraqları qarşılaşdıra bilməmişdirlər (Kaminskas Litvaya qarşı, № 448*7/*8, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).” Beləliklə məhkəmə hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və uzun müddət ərzində həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır. Məhkəmə hazırkı tələbə münasibətdə qeyd edir, cavabdehin özünə məxsus (etibarnamə əsasında) torpaq sahəsində inşa etdiyi tikili qanunsuz tikili hesab edilə bilməz. Belə ki, MM-in *80.* -ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi ilə bağlı olmuş və müvafiq orqanın sərəncamına əsasən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi əsaslara münasibətdə məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanuni əsaslarla tikilmişdir, iddiaçı bu sadaladığı hallara istinad edə bilməz. İddiaçı özü bu təhlükəsizliyi təmin etməli idi, bunun üçün digər bütün imkanların tükəndiyi halda isə, Avropa İnsan Hüquqları Məhkəməsinin adıçəkilən qərarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq, cavabdehə müvafiq kompensasiya yaxud, ekvivalent təminat verməklə belə bir iddia qaldırıla bilərdi. Məhz bu hal üçün kompensasiyanın ödənilməsi ilə bağlı qanunvericilikdə konkret hər hansı bir müddəa olmasa da, bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarında göstərdiyi mövqeyə əsaslanmaqla şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatından irəli gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, X4 (Cavabdeh etibarnamə əsasında verilmişdir) Bakı şəhəri Buzovna qəsəbəsi 80 nömrəli sahədə fərdi ev tikmək üçün 600.kv.m torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Əzizbəyov rayon XDS İK-nin 03 nömrəli 20.02.*990-cı il tarixli qərarı mövcuddur və qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də həmin əmrin və sərəncamın hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir. Cavabdeh həmin qərara güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və buna görə də, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,"Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə *07). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (**9.*). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri *00,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri *00,0 manat iddiaçıdan tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən *00 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin **9, 2*6-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət e t d i :

İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsinin Cavabdeh (üçüncü şəxs Maraqlı şəxs) qarşı "qanunsuz tikilinin sökülməsi və ərazinin H.Z.Tağıyev adına NQÇİ-sinin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - *00,0 (əlli) manat iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Neft Kəmərləri” İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN *70032662*, Hesab AZ34CTRE**********000208850*) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar