Məhkəmə qərarları › İş №2(003)-133/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-133/2022

12.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-133/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında, 0.045820 ha torpaq sahəsində yerləşən sahəsi 407.40 kv.m olan qeyriyaşayış binasından çıxarılması, həmin qeyri-yaşayış binasının ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında, 0.045820 ha torpaq sahəsində yerləşən sahəsi 407, 40 kv.m olan qeyri-yaşayış binası onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun qardaşıdır. Cavabdeh ona məxsus yuxarıda qeyd etdiyi qeyri-yaşayış binasını qanunsuz olaraq zəbt etmiş və onun mülkiyyətində olan əmlaka daxil olmağa, ondan istifadə etməyə maneəçilik törədir. Ona məxsus əmlakdan çıxması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Odur ki, pozulmuş hüquqlarımın bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında 0.045820 ha torpaq sahəsində yerləşən sahəsi 407.40 kv.m olan qeyri-yaşayış binasından çıxarılması, həmin qeyi-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 ünvan 3 ünvanında 0.045820 ha torpaq sahəsində yerləşən sahəsi 407.40 kv.m olan qeyri-yaşayış binasından çıxarılması, həmin qeyi-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat veərərk, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 04.02.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 1 A olna qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İş materiallarında olan mübahisə predmetinə aid olan yerli baxış aktından görünür ki, qeyri yaşayış binası bir aptek və bir marketdən ibarətdir. Mübahisəli olan marketə baxış keçiriərkən oranın Cavabdeh2 tərəfindən işlədildiyi məlum oldu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə müəyyən etdi ki, ünvan 3 ünvanında 0.045820 ha torpaq sahəsində yerləşən sahəsi 407.40 kv.m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. Məhəkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Hazırkı mülki iş üzrə iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və onun mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüquqları bərpa edilməli və Cavabdeh2 ünvan 3 ünvanında 0.045820 ha torpaq sahəsində yerləşən sahəsi 407.40 kv.m olan qeyri-yaşayış binasından çıxarılmalı, həmin qeyi-yaşayış sahəsi iddiaçı İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 ünvan 3 ünvanında 0.045820 ha torpaq sahəsində yerləşən sahəsi 407.40 kv.m olan qeyri-yaşayış binasından çıxarılsın və həmin qeyi-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar