Məhkəmə qərarları › İş №2(003)-1340/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1340/2022

21.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1340/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi X1, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması, qanunsuz tikililərin sökülməsi, ərazinin boşaldılaraq torpaq sahəsinin əvvəlki vəziyətə qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Qala Bələdiyyəsinin 363 saylı, 26 dekabr 2005-ci il tarixli Sərəncamı və 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Massivdə alqı-satqı yolu ilə ayrılan 1000 kv/m, Qala Bələdiyyəsinin 364 saylı, 26 dekabr 2005-ci il tarixli Sərəncamı və 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Massivdə alqısatqı yolu ilə ayrılan 500 kv/m torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və X2 çıxarılması, zəbt olunmuş 1500 kv/m ərazidə inşa edilmiş qanunsuz tikililər boşaldılmaqla qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin öz hesablarına sökülməsi, qanunsuz inşa edilmiş tikililər cavabdehlərin öz hesabına sökulmədiyi halda məcburi sökülməsi ümumilikdə 1500 kv/m torpaq sahəsinın əvvəlki vəziyyətə gətirilməklə onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 dekabr 2005-ci il tarixdə Xəzər rayonunun inzibati ərazisində yerləşən Qala Bələdiyyəsinin 363 və 364 saylı Sərəncamlarına əsasən Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov), Qala qəsəbəsinin Yeni Massivində yerləşən ərazidə, İddiaçı1 adına 1000 kv/m, İddiaçı2 adına 900 kv/m olmaqla torpaq sahəsi almışlar və onlarla Qala Bələdiyyəsi arasında torpağın mülkiyyətə verilməsi barədə 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Torpağın satış dəyəri olaraq Bələdiyyənin büdcəsinə ayrı-ayrılıqda 1 kv/m üçün 4400 manat pul ödəmişik. Həmçinin bizə torpaq sahəsinin cizgiləri verilmiş, torpağın vergisini də ödəmişlər. Belə ki, torpaq sahəsini aldıqları vaxtdan imkanları olmaması səbəbindən həmin torpaq sahəsində heç bir iş görə bilməmişlər. Lakin hər zaman torpaq sahəsinə nəzarət etmişlər. Lakin bu yaxınlarda əraziyə gedərkən onlara məlum oldu ki, cavabdehlər tərəfindən onlara məxsus olan torpaq sahəsi qanunsuz olaraq zəbt olunmuşdur. Həmin torpaq sahəsində cavabdehlər qanunsuz tikililər inşa etmiş və torpaq ərazisini qeyri rəsmi özgəninkiləşdirməklə onların torpaq üzərində hüquqlarını pozmuşlar. Cavabdehlərlə apardıqları söhbətlər fayda verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edirik. Hesab edirlər ki, cavabdehlər onlara məxsus olan qanuni torpaq sahələrini zəbt edib qanunsuz tikili inşa etməkdə haqlı olmamışlar, bu səbəbdən də cavabdehlər həmin torpaq sahəsində çıxarılmaqla qanunsuz tikili boşaldılaraq sökülməli, torpaq sahəsi əvvəlki vəziyyəti qaytarılmalıdır. Qeyd edirik ki, sözügedən torpaq sahəsi onlara məxsusdur, həmin torpaq sahəsi üzərində potensial mülkiyyət hüququ vardır. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə hər biri ayrıayrılqda iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 363 nömrəli sərancamından görünür ki, Bakı şəhəri Maştağa qəsəbəsi aeromərkəz A168 yataqxanasında yaşayan İddiaçı1 Qala qəsəbəsində ev tikmək üçün 1000 kv/m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsi ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi İddiaçı1 Qala qəsəbəsində ev tikmək üçün ayrılmış 1000 kv/m torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 364 nömrəli sərancamından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı2 Qala qəsəbəsində ev tikmək üçün 500 kv/m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsi ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi İddiaçı2 Qala qəsəbəsində ev tikmək üçün ayrılmış 500 kv/m torpaq sahəsinə dair tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Qala bələdiyyəsinin Xəzər RPİ-nin 1-ci PŞ-nə ünvanladığı xx.xx.2021-ci il tarixli 1-1/109 nömrəli məktubda qeyd edilmişdir ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirildi və vətəndaş İddiaçı1 hər hansı bir məqsədlə, hər hansı bir ölçüdə torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasınını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin **********00 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin verilməsi barədə məktubda qeyd edilmişdir ki, Xəzər rayonu Qala bələdiyyəsinin müvafiq sərəncamları ilə ayrılmış torpaq sahələrinə dair təqdim edilmiş sxemlərdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyindən xx.xx.2022-ci il tarixli 2(003)-1340/2022 nömrəli qərardadla mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasınını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin İddiaçı1 ünvanladığı **********90 nömrəli xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində ayılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, torpaq sahəsinə dair tərəfinizdən təqdim edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmetinə aid olan torpq sahəsinin onlara aid olduğu iddia etsələrdə, buna dair sübut, dəlil məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə həmçinin iş materiallarına əlavə edilmiş İddiaçı1 torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 363 nömrəli və İddiaçı2 torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 364 nömrəli sərəncamlarına və həmin sərəncamlar əsasında bələdiyyə ilə hazırkı mülki iş üzrə iddiaçılar arasında alqı satqı müqaviləsi bağlansa da, Xəzər rayonu Qala bələdiyyəsinin müvafiq sərəncamları ilə ayrılmış torpaq sahələrinə dair təqdim edilmiş sxemlərdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmiş və müvafiq orqanda qeydə alınmamışdır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə də araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması, qanunsuz tikililərin sökülməsi, ərazinin boşaldılaraq torpaq sahəsinin əvvəlki vəziyətə qaytarılması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Xəzər rayonu Qala Bələdiyyəsinin 363 saylı, 26 dekabr 2005-ci il tarixli Sərəncamı və 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Massivdə alqı-satqı yolu ilə ayrılan 1000 kv/m, Qala Bələdiyyəsinin 364 saylı, 26 dekabr 2005-ci il tarixli Sərəncamı və 26 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Massivdə alqı-satqı yolu ilə ayrılan 500 kv/m torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və X2 çıxarılması, zəbt olunmuş 1500 kv/m ərazidə inşa edilmiş qanunsuz tikililər boşaldılmaqla qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin öz hesablarına sökülməsi, qanunsuz inşa edilmiş tikililər cavabdehlərin öz hesabına sökulmədiyi halda məcburi sökülməsi ümumilikdə 1500 kv/m torpaq sahəsinın əvvəlki vəziyyətə gətirilməklə onlara qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar