Məhkəmə qərarları › İş №2(003)-1341/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1341/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1341/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000,0 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsi və onun üzərində yerləşən evi almaq məqsədi ilə evin faktiki sahibi Cavabdeh ilə 2024-cü ilin may ayında görüşüb evin qiyməti ilə maraqlandı. Cavabdeh ona bildirdi ki, evi 365.000 manata satır. O hazırda o qədər pulunun olmadığını, yalnız 190.000 manat məbləği əvvəlcədən verib, yerdə qalan 175.000 manat məbləği avqust ayından sonra ödəyə biləcəyini dedikdə, Ceyhun dediyi şərtlərlə “Nisyə alqı-satqı müqaviləsi” bağlaya biləcəyini bildirdi və onlar razılaşdıq. Razılaşmaya uyğun olaraq xx.xx.2024-cü il tarixdə 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində görüşərkən ona məlum oldu ki, evin mülkiyyətçisi Cavabdeh tanışı X6r. Həmçinin Ceyhun ona bildirdi ki, az vergi ödəmək məqsədi ilə müqavilədə evin satış qiymətini 365.000 manat deyil, 265.000 manat yazdıracaq. Eyni səbəbə görə məndən aldığı 190.000 manat pulun yalnız 100.000 manatını ilkin ödəniş kimi müqavilədə göstərəcək və yerdə qalan 90.000 manat pulu ona müqavilədən kənar formada şəxsən verəcəyini bildirdi. İddiaçı buna etiraz etdikdə dedilər ki, başqa formada müqavilənin bağlanması mümkün deyil. Nəticədə Ceyhunun dediyi kimi oldu və onunla evin mülkiyyətçisi Nicat Quliyev arasında xx.xx.2024cü il tarixdə notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlandı. Müqaviləyə əsasən 100.000 manat pulu Notariusun bankda açılmış depozit hesabına qoydu və Nicat həmin məbləği götürdü. Daha sonra elə notariusun içində tanışı Rəvan Eminovun yanında 90.000 manat pulu Cavabdeh verdi. Müqavilənin şərtinə görə yerdə qalan 165.000 manat (əslində 175.000 manat) pulu avqust ayının 31-dək ödəməli idi. Müqavilənin şərtlərinə uyğun olaraq həmin bağ evi xx.xx.20243-cü il tarixdən ona təhvil verildi və xx.xx.2024-cü il tarixədək həmin evdə yaşadı. Avqust ayının sonunda Cavabdeh bildirdi ki, qalan pulu ödəyə bilmədiyinə görə evdən çıxır və alqı-satqı müqaviləsini ləğv etsinlər və ona verdiyi 190.000 manat pulunu ona geri qaytarsın. Ceyhun əsəbləşərək bildirdi ki, evdə 3 aydan çox qalıb Nigar, ona görə də 190.000 manat deyil, 150.000 manat pul qaytaracaq. İddiaçı ona bildirdi ki, müqavilənin şərtlərinə görə onun həmin evdə avqust ayının 31-nə qədər qalmaq hüququ var və buna görə ondan heç bir pul məbləği tuta bilməz. Daha sonra evi boşaldaraq açarları ilə birlikdə Ceyhun Ramazova təhvil verib evdən çıxdı və gedib başqa bir evdə kirayə müqaviləsi bağlayaraq yaşamağa başladı. Cavabdeh pulunu tələb edəndə Ceyhun hər dəfə bir bəhanə gətirərək gah deyirdi ki, yay mövsümü vaxtı evdə qalıb bu səbəbdən evi sata bilməmişdir, ona görə verdiyi puldan 40.000 manat kəsib 150.000 manat qaytaracaq, gah deyirdi qaldığı müddət üçün kirayə haqqı olaraq 40.000 manat pulu ümumi məbləğdən çıxacam, gah da deyirdi ki, evin dəyəri ucuzlaşdığına görə verdiyi puldan 40.000 manat çıxıb 150.000 manat qaytaracaq. Ceyhun bu sözləri dəfələrlə tanışları Rəvan Eminov, Dilarə Eminova və Əminə Abbaslının yanında şəxsən iddiaçıya demişdir. Oktyabr ayında Ceyhun ona bildirdi ki, alqı-satqı müqaviləsini bir şərtlə ləğv etməyə razıdır ki, müqavilənin ləğvi üçün depozit hesaba qoyulacaq 100.000 manat pulu çıxardıb yenidən iddiaçı ona verəcək və onlar gedib başqa notariusda 100.000 manat məbləğində onunla yeni borc müqaviləsi bağlayacaq və depozitə qoyulan həmin pulu çıxardıb ona o puldan yalnız 40.000 manat pul verəcək və 60.000 manatı özünə götürəcək. Yeni borc müqaviləsinə əsasən 100.000 manat pulu və əlavə 50.000 manat pul olmaqla, ümumilikdə 150.000 manat pulu bir yerdə borc müqaviləsini ləğv etdikləri gün iddiaçıya qaytaracaq. Nəticədə Ceyhunun dediyi şərt ilə razılaşaraq Nicatla arasında olan alqı-satqı müqaviləsini xx.xx.2024-cü il tarixdə ləğv etdilər, depozit hesabdan götürdüyü 100.000 manat pulu tanışı Rəvan Eminovun yanında Ceyhuna verdi, sonra gedib başqa notariusda Ceyhunla o, 100.000 manat məbləğində yeni borc müqaviləsi bağladılar. Ceyhun yeni borc müqaviləsinə görə depozit hesaba qoyduğu 100.000 manat pulu çıxardaraq, 40.000 manatını tanışı Rəvan Eminovun yanında iddiaçıya qaytardı, 60.000 manat pulu isə özünə götürdü. Bu o deməkdir ki, Ceyhun Nigara qaytarmalı olduğu 190.000 manat puldan həmin gün yalnız 40.000 manat pul qaytardı. Daha sonra Cavabdeh 06 noyabr 2024-cü il tarixdə aralarındakı borc müqaviləsinə xitam verərkən depozit hesab vasitəsi ilə 100.000 manat və əlavə olaraq 10.000 manat olmaqla, cəmi 110.000 manat məbləğində ona pul qaytardı. Bununla da Cavabdeh qaytarmalı olduğu 190.000 manat pul müqabilində, ona ümumilikdə 150.000 manat pul vəsaiti qaytarmışdır. Nəticədə 40.000 manat məbləğində pulunu bu günədək qaytarmamışdır. Daha sonra Cavabdeh barəsində 40.000 manat məbləğində pulumu qanunsuz mənimsəyərək qaytarmaması barədə polisə şikayət ərizəsi ilə müraciət etdi və Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarına əsasən şikayət mülki xarakterli olduğuna görə cinayət işi başlanılmadı. Həmin qərarın məzmunundan göründüyü kimi material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında açıq şəkildə etiraf edərək bildirmişdir ki, alqı-satqı predmeti olmuş evin əsl sahibi özüdür və həmin evi ona satarkən 100.000 manat müqavilə üzrə və 90.000 manat müqavilədən kənar olmaqla, ümumilikdə 190.000 manat ondan pul almışdır. Lakin həmin puldan 40.000 manatı özündə saxlayaraq iddiaçıya cəmi 150.000 manat pul qaytarmışdır. İddia ərizəsində göstərdiyi bütün faktları cavabdeh tam şəkildə etiraf etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh evin mülkiyyətçisi olmadığı halda İddiaçı pul almaq səlahiyyəti yox idi. Cavabdeh həmin 90.000 manatı hansı əsaslarla alıb bəlli deyil. Pulu qismən qaytarıb, 40.000 manatı özündə saxlayıb. Onların iddia tələbinə bu və digər müqavilələrin heç bir aidiyyatı yoxdur. İddiaçının tələb müqavilədən kənar tələbdir. Evin Ceyhuna heç bir aidiyyatı yoxdur. Belə ki o ev Nicatın adına olub. Ceyhunun subyektiv hüququ yoxdur iddiaçıdan nəsə tələb etməyə. Məhəkəmənin əvvəlki iclaslarıda iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini etiraf etmədi. Lakin bildirdi ki, həqiqətən deyilən məslələr baş verib. Evin faktiki sahibi cavabdehdir ancaq dostunun, yəni Nicatın adınadır. Xanım yaşanmamış evə girib. Xanım özü razılıq verib ki, 40.000 manat saxlanılsın. Belə ki, cavabdeh həmin evi real olandan ucuz qiymətə satmışdır. Belə ki, xanım həmin evdə yaşayıb evi pis vəziyyətə qoyduğuna görə ev ucuz qiymətə satılıb və bu da qarşılıqlı razılıq əsasında olub. Ən azından cavabdeh o evi kirayə versəydi, xeyli gəlir əldə edə bilərdi. Bunu sübut edən səs yazısı və vvhatssap tətbiqindən çıxarışları vardır. . Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Nigarla 15 ilə yaxındır ki, yaxın qonşu olmuşlar. O Nigara ev tapmağa kömək etmişdi, amma o, öz tanışı vasitəsi ilə tapmışdı evi. Müqavilə Ceyhunun dostu Nicatla bağlanıb. Nigar bağ evi almaq istəyirdi, müqavilə onunla bağlı idi. 365.000 manata almağa razılaşdılar. Abdulla və Hacı adlı şəxslər vasitəsi ilə tanış olublar Ceyhunla. Razılıq elə olmuşdu ki, 190.000 manat nəğd verəcəkdi, geri qalan məbləği 3 aya hissə hissə ödəməli idi. Nigar ilkin 90.000 manat pul verdi, may ayında bağlandı müqavilə. Pulu düzəldə bilmədi deyə ödənişi geri istədi. Ceyhun 190.000 manat puldan 150.000 manatını qaytarıb. 40.000 manatını saxlayıb verməyib. Nigarla danışırdılar aralarında ki, əvvəl demişdi 30.000 manat saxlayacaq, sonra 40.000 manat saxladı. Demək olar ki, bu məsələ ilə bağlı bütün danışıqlarda iştirak etmişdir. 1-2 görüşdə iştirak etməmiyib. Nigar həmin bağdan sentyabr ayının ortaları idi çıxanda. 40.000 manat pulun saxlanılmasının səbəbi, bağda 3-4 ay yaşaması olub. Bağ evi bütün yayı iddiaçının istifadəsində olub. Evi qaytaranda Ceyhun dedi ki, 40.000 manat pul kəsəcək. Nigarın 45.000 manatın saxlanılmasına razılaşmasını o eşitməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X8 izahatında bildirdi ki, Nigarı müştəri kimi tanıyıb, o bu işdə vasitəçi kimi iştirak edib. Ceyhunu da ev tikib satan kimi tanıyır. 365.000 manata razılaşdılar. 100.000 manat bank vasitəsi ilə, 90.000 manat isə əlbəəl verdi. Geri qalan məbləği hissə hissə ödəməli idi. Nigarın özü razılaşdıq ki, 45.000 manat əskik qaytarmalı idi, yay ayında evdə qalıb istifadə etdiyinə görə, ancaq Ceyhun 45.000 yox 40.000 manata razılaşdı. Nigar tərəfdən Rəvan da həmin söhbətdə iştirak edirdi. Avqust ayında Nigar çağırdı ki, pulu verə bilmir. Alqı-satqı Nicatın adına olsa da ev Ceyhunun olub, danışıqlar onunla aparılıb. 100.000 manat depozit qoyub, 90.000 manatı verəndə o orda olmayıb. İş materiallarına əlavə olunmuş sənədlər - xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin (nisyə) surətindən görünür ki, İddiaçı ilə X14 arasında ünvan 1 ünvanında yerləşən evi ilkin notariusun olaraq depozit hesabı vasitəsi ilə 100000,0 manat ödəməklə, qalan məbləği isə hissə-hissə ödəmək şərtilə 265000,0 manata almışdır. - xx.xx.2024-cü il tarixli “müqaviıənin ləğvinə dair” müqaviləsinin sürətindən görünür ki, İddiaçı ilə X14 arasında olan xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi (nisyə) ləğv edilmişdir. - xx.xx.2024-cü il tarixli “borc” müqaviləsinin sürətindən görünür ki, İddiaçı Cavabdeh 100000,0 manat məbləğində borc vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı xx.xx.2024-cü il tarixdə X5 adına rəsmləşdirilmişdir. -xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsini sürətindən görünür ki, Satıcı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Yeni qaydalarla : AZ 1044, ünvan 2 ünvanında yerləşən bir mərtəbəli, 140.7 kv.m ümumi, 65.7 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı bağ evini və həmin evin yerləşdiyi sahəsi 0.0450 ha olan torpaq sahəsini (bundan sonra cyaşayış sahəsib adlandırılacaq) Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. 1.2. Satılan yaşayış sahəsi ƏMDX DƏDK və RPHŞ Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr Nesi: **********29-11301: qeydiyyat No-si: **********: qeydiyyat tarixi: xx.xx.2024-cü il) əsasən Satıcıya məxsusdur. 1.3. Satıcı təsdiq edir ki, bu Müqavilənin bağlanması anına yaşayış sahəsi onun müstəsna mülkiyyətindədir, yaşayış sahəsi üzərində üçüncü şəxslər heç bir hüquqa malik deyil, yaşayış sahəsinə dair girov və ya digər yüklülüklər, üçüncü şəxslərin iddiaları və ya məhkəmə mübahisələri mövcud deyil, 1.4. Yaşayış sahəsinin satış qiyməti 335 000 (üç yüz otuz beş min) manatdır və həmin qiymətin 100 500 (bir yüz min beş yüz) manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 234 500 (iki yüz otuz dörd min beş yüz) manatı isə İpoteka saxlayan tərəfindən xx.xx.2024-cü il tarixli DKM/008N15A03994124 №-li Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsafti hesabına ödənilir. - xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı müraciət əsasında toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən və tərəflər arasında mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. - ərizənin sürətindən görünür ki, X14 ünvan 2 ünvanında yerləşən evdə ondan başqa heçkimin qeydiyyatda olmadığını və bununla bağlı yarana biləcək məsuliyyəti öz üzrətinə götürmüşdür. -ərizənin sürətindən görünür ki, X14 Bakı şəhəri 29 saylı notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı və ipoteka müqaviləsini “elektron notariat” informasiya sistemi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə elektron nüsxəsini ötürülərək, adıma 15 gün müddətində yeni çıxarış və texniki pasport qeydiyyata alınmasını xahiş etmişdir. -ərizənin sürətindən görünür ki, X9 ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və evin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmişdir. - nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X10 xx.xx.2021-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah evində) rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 709 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. - nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X4 xx.xx.2014-cü il tarixdə 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 723 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Mikayılov”, arvada “Mikayılova” soyadı verilmişdir. -ərizənin sürətindən görünür ki, X3, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Yeni qaydalarla: AZ 1044 Baxı şəhən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 10-cu Mərdəkan küçəsi, giriş 63 ünvanında yerləşən ümumi sahəsi 0.0450 ha olan torpeq sahasi və üzərində yerləşən ümumi sahəsi 140.70 kv. m olan bağ evinin ipoteka və alqı-satqı ( qarışıq müqavilə) müqaviləsinə əsasən əri X13 tərəfindən alınmasına və "xxxx" ASC -nin xeyrinə ipotekaya qoyulmasına razıyam. Alqı-satqı və ıpoteka muqavdasınin şərtlən də tanışam ve banka olan əsas faiz ve digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə razıdır və halda Bankın tələbinə əsasən yaşayış sahəsini könüllü boşaltmağı öhdəmə götürür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 ünvanlanmış məktubundan görünür ki, X13 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 335 000.00 (üç yüz otuz beş min manat 00 qəpik) manat məbləğində pulunun aralarında müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 2262.60 (iki min iki yüz altmış iki manat 60 qəpik) manat vergi məbləğinin X1 və qalan 332 737.40 ( üç yüz otuz iki min yeddi yüz otuz yeddi manat 40 qəpik) X11 verilməsi üçün bankınızda olan VÖEN **********, AZ09 HAJC SCRA ZN00 8000 7269 9001 nömrəli hesaba qəbul olunmasını xahiş etmişdir. - Uniprice MMC-nin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli, 140,7 kv.m ümumi, 65,1 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı bağ evinin 2024-cü ilin aprel ayında 2000,0 manat,may ayında 3000,0 manat, iyun ayında 6000,0 manat, iyul ayında 6000,0 manat, avqust ayında 6000,0 manat, sentyabr ayında 3000,0 manat, oktyabr ayında 2000,0 manat təşkil edir. - CD diskdə və flash kardda olan səsyazmadan görünür ki, tərəflərin 40000,0 manat pulun İddiaçı qaytarılmaması ilə bağlı məlumat var idi və iddiaçı bu vəziyyətə etirazını bildirməmişdir, əksinə qalan 150000,0 manatın tez zamanda qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı təqdim olunan sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh fərdi yaşayış evinin alınması üçün faktiki olaraq 190.000 manat pul vermiş, lakin bu məbləğin yalnız 150.000 manatı ona qaytarılmış, 40.000 manat isə cavabdeh tərəfindən saxlanılmışdır. İddiaçı iddia tələbi ilə bu saxlanılmış vəsaitin geri qaytarılmasını tələb edir. Araşdırmalar zamanı məlum olmuşdur ki, alqı-satqı predmeti olan bağ evi notarial qaydada üçüncü şəxs X5 adına rəsmiləşdirilmişdir, lakin faktiki sahibi Cavabdeh olmuşdur. Tərəflər arasında faktiki münasibətlər mülki xarakter daşımaqla, daşınmaz əmlakın alqı-satqısı və bu münasibətlərdən irəli gələn pul öhdəlikləri kontekstində formalaşmışdır. Hərçənd ki, notarial müqavilə Cavabdeh dostu Nicat Quliyevlə bağlanmışdır, lakin işin mübahisə olunmayan halından görünür ki, faktiki danışıqlar, ödənişlər və müqavilənin icrası Cavabdeh iştirakı və vasitəçiliyi ilə baş vermişdir. Bu hal tərəflərin izahatında da təsdiqini tapmışdır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi və satışını həyata keçirir. O, Mərdəkan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evini 365.000 manat satış qiyməti ilə bazara çıxarmışdır. Bu evlə maraqlanan Nigar adlı xanım ona müraciət etmiş və tərəflər qarşılıqlı razılıq əsasında ilkin ödəniş kimi 190.000 manatın verilməsi, qalan 175.000 manatın isə 3 ay ərzində ödənilməsi şərti ilə razılaşaraq ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh bu razılaşma əsasında evi Nigar xanıma təhvil vermişdir. 3 ayın tamamında Nigar xanım qalan 175.000 manatı ödəyə bilməyəcəyini bildirmiş və ilkin olaraq ödədiyi 190.000 manatın geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə ona evdə 3 ay yaşadığı, yeni təmir olunmuş evdən istifadə etdiyi və bu səbəbdən evin bazar dəyərinin aşağı düşməsi arqumentini əsas gətirərək yalnız 150.000 manat qaytara biləcəyini bildirmişdir. Nəticə etibarilə, o, Nigar xanıma 150.000 manat məbləğində vəsaiti geri qaytarmış, qalan 40.000 manatı isə evdən istifadə səbəbindən tutaraq qaytarmamışdır. Cinayət təqibi orqanının qərarına əsasən, tərəflər arasında imzalanmış ilkin alqı-satqı müqaviləsi və onun icrası ilə bağlı ortaya çıxan öhdəliklərin yerinə yetirilməməsi, iddiaçının ödədiyi vəsaitin tam qaytarılmaması faktı mülki mübahisə kontekstində qiymətləndirilməlidir. Beləliklə, tərəflər arasında yaranmış münasibətlər və mübahisə mülki-hüquqi xarakter daşıyır və bu baxımdan fakt üzrə cinayət işinin başlanmasına əsas olmamışdır. Bundan başqa iddia ərizəsində və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, alqısatqı müqaviləsinin ləğv edilməsi qarşılığında iddiaçının depozit hesabından götürdüyü 100.000 manat pulu cavabdehə verməsi və bu barədə 100.000 manat məbləğində yeni borc müqaviləsinin bağlanmasına dair tərəflər arasında razılıq olmuşdur. Təhlil olunan iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan 90.000 manat pulu evin faktiki alqı-satqısı ilə bağlı, müqavilədən kənar qaydada, nağd şəkildə almışdır. Bu məbləğ tərəflərin ilkin razılaşmasına uyğun olaraq daşınmaz əmlakın satış qiymətinin bir hissəsi kimi ödənilmiş, lakin vergi öhdəliklərindən yayınmaq məqsədilə rəsmi müqavilədə qeyd edilməmişdir. Daha sonra isə iddiaçının tələbi ilə və cavabdehin təzyiqləri nəticəsində həmin məbləğ borc müqaviləsi kimi rəsmiləşdirilmişdir. Daha sonra Cavabdeh 06 noyabr 2024-cü il tarixdə aralarındakı borc müqaviləsinə xitam verərkən depozit hesab vasitəsi ilə 100.000 manat və əlavə olaraq 10.000 manat olmaqla, cəmi 110.000 manat məbləğində ona pul qaytardı. Bununla da Cavabdeh qaytarmalı olduğu 190.000 manat pul müqabilində, iddiaçıya ümumilikdə 150.000 manat pul vəsaiti qaytarmışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin 90.000 manat pulu iddiaçı cavabdehə nağd formada, alqı-satqı əməliyyatı baş tutarkən vermiş və bu pulun əvəzində real olaraq heç bir borc münasibəti yaranmamışdır. Sonradan bu məbləğə dair borc müqaviləsi bağlanması isə faktiki olaraq əvvəllər verilmiş pulun sənədləşdirilməsi üçün formalaşdırılmış əhəmiyyətsiz yalan əqddir. Məhkəmə qeyd edir ki, tərəflər arasında 100000,0 manat üzrə bağlanmış borc müqaviləsi ilə bağlı təqdim olunan materiallar və tərəflərin izahatları həmin müqavilənin əhəmiyyətsiz yalan xarakter daşıdığını göstərmişdir. Bu hal, həmin müqavilənin hüquqi nəticə doğurmadığını və tərəflər arasında real borc münasibətlərinin həmin sənədlə əsaslandırılmasının mümkün olmadığını göstərir. Belə ki, borc müqaviləsinin bağlanması zamanı tərəflərin real niyyətləri əslində əvvəlki alqı-satqı münasibətlərinin tənzimlənməsi və faktiki ödənilmiş məbləğin geri qaytarılması olmuşdur. Bu hal Mülki Məcəlləyə əsasən yalan əqdin tipik göstəricilərindəndir. Çünki tərəflər borc münasibətləri yaratmaq niyyətində olmayıb, bu formal hüquqi münasibəti əvvəlki alqı-satqı prosesində alınmış və geri qaytarılmayan pul vəsaitinə hüquqi əsas vermək üçün yaratmışlar. Tərəflərin öz izahatlarında da bu fakt açıq şəkildə təsdiqlənmiş, borc müqaviləsinin gerçək hüquqi niyyəti əks etdirmədiyi məlum olmuşdur. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, həmin 90.000 manat pulu iddiaçı cavabdehə nağd formada, alqı-satqı əməliyyatı baş tutarkən vermiş və bu pulun əvəzində real olaraq heç bir borc münasibəti yaranmamışdır. Sonradan bu məbləğə dair borc müqaviləsi bağlanması isə faktiki olaraq əvvəllər verilmiş pulun sənədləşdirilməsi üçün formalaşdırılmış, lakin hüquqi qüvvəsi olmayan bir əqd hesab edilməlidir. Lakin işin mübahisəsiz halıdır ki, iddiaçının Cavabdeh verdiyi 190.000 manat pulun 150.000 manatı geri qaytarılmış, 40.000 manat isə cavabdeh tərəfindən saxlanılmışdır. Həmin məbləğin saxlanılması ilə bağlı cavabdeh və şahidlərin izahatlarından göründüyü kimi, bu məbləğin bağ evindən istifadə ilə və ya evin dəyərinin azaldığı iddiası ilə əsaslandırıldığı irəli sürülmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçının cavabdehin faktiki sahiblik etdiyi evdə müəyyən müddətində yaşaması, evin istismar vəziyyətinə təsir etməsi və nəticədə evin bazar dəyərinin azaldılması ehtimalı vardır. Məhkəmə sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçının evi istifadə etməsi nəticəsində evdə müəyyən dəyər itkiləri baş vermişdir. Cavabdeh evin dəyərinin iddiaçı ilə əvvəl razılaşdırılmış 365.000 manat əvəzinə digər şəxsə 335.000 manat qiymətə satış apardığını və bu fərqə görə zərər çəkdiyini əsas gətirmişdir. Bu əsasla məhkəmə cavabdehin 30.000 manat pul vəsaitini zərərin əvəzi kimi saxlamasını əsaslı hesab edir. Həmçinin iş materiallarına əlavə edilmiş flashcardda olan səsyazmadan görünür ki, İddiaçı 40000,0 manatın cavabdehdə saxlanılmasına etiraz etməyərək, qalan 150000,0 manatın ona ödənilməsinin tezləşdirilməsini xahiş etmişdir. Hüquqi qiymətləndirmə baxımından qeyd edilməlidir ki, tərəflər arasında rəsmi mülkiyyət hüququ cavabdehdə olmayıb, lakin evin faktiki sahibi Cavabdeh olduğu təstiq olunduğundan, cavabdehin həmin pulu qaytarmaq öhdəliyi, alqı-satqı müqaviləsi ləğv olunduğu andan doğmuş və qalan məbləğin qaytarılmaması mülki məsuliyyətə səbəb olmuşdur. Bununla belə, istismar nəticəsində dəymiş ehtimal olunan zərərin mövcudluğu müəyyən edildiyindən, bu halın da hüquqi nəticələri nəzərə alınmalıdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehə məxsus yaşayış sahəsi 5 ay müddətində iddiaçının faktiki istifadəsində olmuşdur, həmin müddətin yalnız 3 (üç) ayı qarşılıqlı razılıq və qanuni əsaslarla, qalan 2 (iki) ayı isə heç bir hüquqi əsas olmadan, yəni qanunsuz şəkildə baş vermişdir. Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla və iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında müqavilədən görünür ki, iddiaçının həmin evdə avqust ayına kimi yaşamaq hüququ var idi, lakin müqavilə oktyabr ayında ləğv edilmişdir. Beləliklə də bu hal belə qənaətə gəlməyə imkan vermişdir ki, cavabdeh faktiki olaraq 2 ay ərzində (sentyabr və oktyabr) əldə edə biləcəyi güman edilən gəlirdən məhrum olmuşdur. İş üzrə təqdim olunmuş mütəxəssis rəyindən isə müəyyən edilir ki, cavabdehə məxsus yaşayış sahəsinin aylıq icarə (bazarda kirayə) dəyəri 2024-cü ilin sentyabr ayı üçün 3.000 (üç min) manat, oktyabr ayı üçün isə 2.000 (iki min) manat təşkil etmişdir. Beləliklə, cavabdehin mülkiyyətində olan yaşayış sahəsində qanunsuz istifadəyə görə sonuncunun əmlakından əsassız istifadə nəticəsində 5.000 (beş min) manat məbləğində zərər dəymişdir. Qeyd olunan hüquqi normalar, iş üzrə təqdim olunmuş mütəxəssis rəyi və tərəflərin izahatı nəzərə alınmaqla, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə məxsus yaşayış sahəsində 2 (iki) ay müddətində əsasız və icazəsiz yaşaması nəticəsində cavabdehə 5.000 (beş min) manat məbləğində maddi zərər dəymişdir və həmin məbləğ də iddia tələbindən çıxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən əsaslıdır və ona görə də iddia tələbi tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5000,0 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000,0 (beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar