Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-135/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dair iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 10000 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun xahişi ilə, şahidlərin yanında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hər biri 2500 manat olmaqla, cəmi 10000 manat borc pul vermişdir. Cavabdeh öz əl yazısı ilə eyni tarixli qəbzlər yazıb imzalayaraq həmin pulu aldığını təsdiq etmiş, eyni zamanda borcunu bir ay müddətinə qaytaracağını bildirmişdir. Lakin cavabdeh bu günədək borcundan heç bir ödəniş etməmişdir. Cavabdehə bir neçə dəfə borcun ödənilməsi ilə bağlı müraciət edilsə də, nəticəsiz qalmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçını tanımır, Rüstəm adlı şəxsdən 1500 manat sələmə pul alıb. Əsas pulu qaytarmayıb, lakin faizləri ödəyib. Qəbzlərdəki yazıları o yazmayıb, imzalar da o çəkməyib, onun imzasına oxşadılıb çəkilib. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin əvvəlki məhkəmə iclası izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzdən görünür ki, Cavabdeh 1 ay müddətində qaytarmaq şərtilə İddiaçı 2500 manat borc almışdır. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzdən görünür ki, Cavabdeh 1 ay müddətində qaytarmaq şərtilə İddiaçı 2500 manat borc almışdır. İş materiallarına daxil olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzdən görünür ki, Cavabdeh 1 ay müddətində qaytarmaq şərtilə İddiaçı 2500 manat borc almışdır. İş materiallarına əlavə edilən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzdən görünür ki, Cavabdeh 1 ay müddətində qaytarmaq şərtilə İddiaçı 2500 manat borc almışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 10-11-ci vərəqələrində Cavabdeh adından olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı 2500 manat məbləğində borc pul götürməsi və götürdüyü borcu 1 ay ərzində qaytaracağına söz verməsi barədə 4 ədəd qəbzdəki yazılar və yazının sonundakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzləri cavabeh Cavabdeh yazmışdır və bununla da iddiaçıya qarşı olan ümumlikdə 10000 manat borcu etiraf etmişdir. Lakin bu günədək iddiaçıya borcu qaytarmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 10000 manat tutulmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza xərci olan 110 manat cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 120 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 AZN (on min manat) məbləğində borc pul və dövlət rüsumu üçün ödənilmiş 120 AZN məbləğində pul alınaraq İddiaçı verilsin. Ekspertiza xərci olan 110 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-135/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-135/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver