Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1382/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştiakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 691116 saylı, 14.10.2020-ci il tarixli girov bileti üzrə 700 (yeddi yüz) manat əsas borc və 300 (üç yüz) manat faiz borcu, 691174 saylı, 29.10.2020-ci il tarixli girov bileti üzrə 10000 (on min) manat əsas borc və 5650 (beş min altı yüz əlli) manat faiz borcu, 691213 saylı, 15.12.2020-ci il tarixli girov bileti üzrə 2000 (iki min) manat əsas borc və 350 (üç yüz əlli) manat faiz borcu, cəmi 19000 (on doqquz min) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən lombardda fəaliyyət göstərir. Cavabdeh tərəfindən 691 116 saylı, 14.10.2020-ci il tarixli girov bileti üzrə 700 (yeddi yüz) manat, 691174 saylı, 29.10.2020-ci fl tarixli girov bileti üzrə 10000 (on min) manat, 691213 saylı, 15.12.2020-ci il tarixli girov bileti üzrə 2000 (iki min) manat borc götürülmüşdür. Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən imtina edir. Cavabdeh 29.01.2021-ci il tarixə 691116 saylı 14.10.2020-ci il tarixli girov bileti üzrə əsas borc 700 (yeddi yüz) manat və 300 (üç yüz) manat faiz borcu, 691174 saylı, 29.10.2020-ci il tarixli girov bileti üzrə əsas borc üzrə 10000 (on min) manat və 5650 (beş min altı yüz əlli) manat faiz borcu, 691213 saylı 15.12.2020-ci il tarixli girov bileti üzrə əsas borc 2000 (iki min) manat və 350 (üç yüz əlli) manat faiz borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat veərərk, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 691213 saylı 15.11.2020-ci il tarixli girov biletindən görünür ki, Sayatov Rövşən 15.12.2020-ci il tarixdə qaytarılması şərti ilə 2000 manat götürmüşdür. İş materiallarında olan 691174 saylı 19.09.2020-ci il tarixli girov biletindən görünür ki, Sayatov Rövşən 29.10.2020-ci il tarixdə qaytarılması şərti ilə 10000 manat götürmüşdür. İş materiallarında olan 691116 saylı 14.09.2020-ci il tarixli girov biletindən görünür ki, Sayatov Rövşən 14.10.2020-ci il tarixdə qaytarılması şərti ilə 700 manat götürmüşdür. İş materiallarında olan Cavabdeh ünvanlanmış 01.02.2021-ci il tarixli pretenziyada görünür ki, sonuncu 3 (üç) gün ərzində 691116 saylı, 14.10.2020-ci il tarixli girov bileti üzrə 700 (yeddi yüz) manat, 691174 saylı, 29.10.2020-ci il tarixli girov bileti üzrə 10000 (on min) manat, 691213 saylı, 15.12.2020-ci il tarixli girov bileti üzrə 2000 (iki min) manat borc məbləğini və faizləri ödəməyi barədə xəbaərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 691116 saylı, 14.10.2020-ci il tarixli girov bileti üzrə 700 (yeddi yüz) manat, 691174 saylı, 29.10.2020-ci il tarixli girov bileti üzrə 10000 (on min) manat, 691213 saylı, 15.12.2020-ci il tarixli girov bileti üzrə 2000 (iki min) manat borc götürmüşdür. Lakin girov bileti üzrə müəyyən edilmiş borc və faizlər qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 691116 saylı, 14.10.2020-ci il tarixli girov bileti üzrə 700 (yeddi yüz) manat əsas borc və 300 (üç yüz) manat faiz borcu, 691174 saylı, 29.10.2020-ci il tarixli girov bileti üzrə 10000 (on min) manat əsas borc və 5650 (beş min altı yüz əlli) manat faiz borcu, 691213 saylı, 15.12.2020-ci il tarixli girov bileti üzrə 2000 (iki min) manat əsas borc və 350 (üç yüz əlli) manat faiz borcu, cəmi 19000 (on doqquz min) manat məbləğində pulu tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 691116 saylı, 14.10.2020-ci il tarixli girov bileti üzrə 700 (yeddi yüz) manat əsas borc və 300 (üç yüz) manat faiz borcu, 691174 saylı, 29.10.2020-ci il tarixli girov bileti üzrə 10000 (on min) manat əsas borc və 5650 (beş min altı yüz əlli) manat faiz borcu, 691213 saylı, 15.12.2020-ci il tarixli girov bileti üzrə 2000 (iki min) manat əsas borc və 350 (üç yüz əlli) manat faiz borcu, cəmi 19000 (on doqquz min) manat məbləğində pulu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1382/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1382/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver