Məhkəmə qərarları › İş №2(003)-1383/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1383/2020

28.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1383/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3nə qarşı vərəsəlik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirası qəbul etməsi faktı müəyyən edilərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 11 1/9 desyatinə (1 desyatin = 1.092 ha) bərabər olan üzüm bağına və bağ evinə vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş və onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan xx xxxxxx 1916-cı il tarixli sənədlərdən məlum olur ki, anası Leyla Ramazanovanın babası Ağa X1 11 1/9 desyatinə bərabər olan şumluq torpaq sahəsinin və 11 1/9 desyatinə bərabər olan üzüm bağının sahibi olmuşdur (l desyatin= 1,092 ha). Həmçinin Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən verilmiş məlumatlardan görünür ki, Türkan Məscidinin sənədlərində Ağa X10 1845-ci il, onun həyat yoldaşı Nazənin 1860-cı il və onun oğlu Şah Əli 1871-ci il adları qeyd olunmuşdur. Türkan Məscid sənədlərinin ümumi siyahılarında Kərbəlayi Ağa X5 1845-ci ildə doğum tarixinə dair məlumat aşkar olunub ölüm tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. xx xxx 1924-cü ildə Ramazan Fətulla oğlu (təvəllüd 1894-cü il) və Leyla Ağazadənin (təvəllüd 1908-ci il) nikahı qeyd olunmuşdur. Onların nikahından bacısı X8, o - X9, qardaşı X15 anadan olmuşdur. X35 xx xxxxxx 1974-cü ildə vəfat etmişdir. X22 xx xxxxxx 2002-ci ildə, qardaşı Nadir Ramazanov isə xx xxxx 2002-ci ildə vəfat etmişdir. Göstərilən miras əmlakın sahibi olan anasının babası X17 yeganə vərəsəsi onun övladı Şah Əli olmuş, vəfatından sonra miras əmlak mərhumun qızı olan X35yə qalmışdır. Həmin miras əmlak və bağ evi ana-atasının sağlığında tərəfindən faktiki qəbul edilərək idarə edilmişdir. O, miras mülkdə anadan olmuş, orada böyüyüb boya-başa çatmışdır. Bunu təsdiq edən X19 və X4 adlı şahidlər var və notarial qaydada ərizə verib təsdiq etmişlər ki, göstərilən miras əmlak olan torpaq və bağ sahəsilə ev iddiaçının istifadə olunaraq sahiblik edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, anasının ölümündən sonra ondan miras qalmış həmin torpaq və bağ sahəsinə dair vərəsəlik və mülkiyyət hüququ tanınmalıdır. Miras qoyan X35 xx xxxxxx 1974-cü ildə vəfat etdiyindən qüvvədən düşmüş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsinə görə həmin vaxtdan vərəsəlik açılmışdır. Qeyd olunan maddəyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Qeyd olunanlara əsasən, mirası qəbul etməsi faktı müəyyən edilərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 11 1/9 desyatinə (1 desyatin = 1.092 ha) bərabər olan üzüm bağına və bağ evinə vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin məktubundan görünür ki, Arxivin “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Bakı qradonaçalnikliyinin Türkan kəndi üzrə istifadələrində dövlətə məxsus torpaq sahələri olan torpaq sahiblərinin xx xxxxxx 1916-cı ilə dair siyahısında məlum olur ki, Ağa X2 11 1/9 desyatinə bərabər olan şumluq torpaq sahəsinin, 1 1/9 desyatinə bərabər olan üzüm bağının sahibi olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışın surətindən görünür ki, Zaidə Ramazan qızı xx xxxxxx 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Ramazan Fətulla oğlu, anası X34r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin məktubundan görünür ki, Türkan məscidinin sənədlərində Kərbəlayi X11, onun həyat yoldaşı : Nazənin, oğlu: Şah Əli qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin məktubundan görünür ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Kərbəlayi X6 ölüm tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 11 1/9 desyatinə (1 desyatin = 1.092 ha) bərabər olan üzüm bağının babasından qalmış miras olaraq tərəfindən faktiki qəbul edildiyini əsas gətirərək, həmin sahə üzərində vərəsəlik və mülkiyyət hüquqlarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləni 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının vərəsəlik hüquqlarının müəyyən edilməsi məsələsinə baxmazdan əvvəl həmin torpaq sahəsinin hüquqi statusu, iddiaçının babasının və ya valideynlərinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olması müəyyən edilməlidir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 11 1/9 desyatinə (1 desyatin = 1.092 ha) bərabər olan üzüm bağının onun babasına məxsus olduğunu iddia etsə də, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsi üzərində ona miras qoymuş şəxslərin hüquqlarını təsdiq edən sənədlər olmadığından, məhkəmə hesab edir ki, onun torpaq sahəsinin üzərində vərəsəlik və mülkiyyət hüquqlarının müəyyən edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan, İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3nə qarşı vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t di : İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3nə qarşı vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar