Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1384/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ HakimXəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, 13 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, 13 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlə heç bir qohumluğu yoxdur. Lakin cavabdeh onun qızı Nərgis Huşənginin iş yoldaşı olmuş və pasport alıb Türkiyyəyə oxumağa getmək istədiyini və babasının evində ailəsi ilə yaşasa da, sənədlərdə hərf səhvi olduğundan ora qeydiyyata düşə bilmədiyini, sənədlər düzələnə qədər imtahana gecikəcəyini, indi pasport almaq üçün qeydiyyat ünvanı lazım olduğunu bildirmişdir. O, cavabdehi bir şərtlə qeydiyyata aldırmışdır ki, pasportunu aldıqdan sonra qeydiyyatdan çıxsın. Cavabdeh də söz vermişdir. Lakin cavabdeh qeydiyyatdan çıxmamış, onun çağırışına gəlməmişdir. Cavabdeh hər dəfə onu bir bəhanə ilə aldadır. Cavabdeh bir gün də olsun onun mənzilində yaşamayıb. Lakin onun evində qeydiyyatda olduğu üçün problem yaşayır. Belə ki, mənzilin üzərində tam səlahiyyətindən istifadə edə bilmir və cavabdhein yerinə mənzil və kommunal xidmətlər üçün ödəmələr edir. Qeyd olunanlara əsasən, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, 13 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. Onlar Şağan qəsəbəsində yaşayırlar. Cavabdeh heç vaxt iddiaçıya məxsus evdə yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, ev 13 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, ev 13 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, ev 13 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, ev 13 ünvanında müvafiq olaraq qeydiyyatda olsa da, orada yaşamır, onun həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx xxx 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, 13 saylı evdən istifadə hüququbarədə onunlahəmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və ona görə də cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcud deyil. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, 13 saylı evdən istifadə hüququnun mövcud olmamasını və onunhəmin mənzildə yaşamamasınınəzərə alaraq məhkəmə beləqənaətə gəlir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququmövcud olmadığı halda həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsindən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, 13 saylı evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi ilə yanaşı, onun həmin mənzildən qeydiyyatdan çıxarılmasıda qanunamüvafiq və əsaslıdır. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi rədd edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, ev 13 ünvanına istifadə hüququnun olmaması müəyyən edilməli, həmçinin, hazırki qətnamənin cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması nəzərə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi rədd edilsin. Bu qətnamə, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 13, 13 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1384/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1384/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver