Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1406/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğum haqqında akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, doğum akt qeydiyyatının bərpa olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün xx xxx 1969-cu il, doğulduğu yerin Ermənistan, Ararat rayonu, Yerasxavan kəndi, anasının azərbaycanlı X7 və atasının azərbaycanlı X2 qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1969-cu ildə Ermənistan, Ararat rayonu, Yerasxavan kəndində anadan olmuşdur. Bu barədə Ermənistan SSR-in Ararat rayonunda doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin həmin doğum haqqında şəhadətnamə tərəfindən itirilmiş, məlum məsələlərə görə doğum haqqında şəhadətnamənin təkrar alınması qeyri-mümkündür. Bu barədə Maraqlı şəxsnə tərəfindən müraciət edilmiş, lakin şöbənin məktubu ilə ona imtina verilmişdir ki, itmiş qeydin bərpası barədə məhkəməyə müraciət etməlidir. Atası Ermənistanda ölmüşdür, ona görə də atasının da sənədləri yoxdur. Qeyd olunanlara əsasən, doğum akt qeydiyyatının bərpa olunması, həmin doğum akt qeydiyyatında təvəllüdünün xx xxx 1969-cu il, doğulduğu yerin Ermənistan, Ararat rayonu, Yerasxavan kəndi, anasının azərbaycanlı X7 və atasının azərbaycanlı X2 qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirmişdir ki, ərizəçinin xalası nəvəsidir, onlar yaxınlıqda yaşayırlar. Ərizəçinin anası xx xxxxxx 1935-ci il təvəllüdlü Tamam xanım, atası 1909-cu il təvəllüdlü Məmməd kişi olub, onlar məcburi köçkün olduğundan, ərizəçi doğum şəhadətnaməsini itirmiş və təzədən ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1969-cu il tarixdə Ermənistan, Ararat rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan respublikasının Ədliyyə Nazirliyi X1 Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.1995-ci ildə Maraqlı şəxsndə Həsənova (İsmayılova) Səbinə Kamil qızı ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1995-ci il təvəllüdlü Məmməd Həsənov, xx.xx.1998-ci il təvəllüdlü Əli Həsənov və xx.xx.1999-cu il təvəllüdlü Kazım Həsənov doğulmuşdur. Ermənistan Respublikasında tərtib edilmiş X1 qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirlinin rayon (şəhər) qeydiyyat şöbələrində, eləcə də X1 Reyestri Xidmətinin arxivində saxlanılmadığından, Ərizəçi doğumuna dair məlumat verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər RPİ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2005-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq ilk dəfə şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Ərizəçi sözügedən ünvana qeydiyyata alınmağına əsas verən sənədlər beş il saxlanıldıqdan sonra məhv edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında xx.xx.2020-ci il tarixli 322 saylı qeyd aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının;“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İşin hallarından görünür ki, ərizəçi Ermənistandan Azərbaycan Respublikasına köçərkən doğum haqqında şəhadətnaməsi itmiş və həmin sənədin bərpası mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsindən imtina edilmiş və aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Ərizəçi xx xxx 1969-cu il tarixdə Ermənistan, Ararat rayonu, Yerasxavan kəndində anadan olmuş, atası X8, anası X5r. Lakin doğum haqqında akt qeydi itirildiyindən, başqa qaydada əldə etmək mümkün olmamış və ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Ərizəçi X8 və X3 birgə nikahından xx xxx 1969-cu il tarixdə Ermənistan, Ararat rayonu, Yerasxavan kəndində anadan olması faktı sübuta yetirilir. Ərizəçi bu faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, doğum akt qeydiyyatı bərpa olunaraq, həmin doğum akt qeydiyyatında təvəllüdü xx xxx 1969-cu il, doğulduğu yer Ermənistan, Ararat rayonu, Yerasxavan kəndi, soyadı Həsənov, adı Alaverdi, anası azərbaycanlı, xx xxxxxx 1935-ci il təvəllüdlü X7 və atası azərbaycanlı, xx.xx.1909-cu il təvəllüdlü X2 qeyd olunmalıdır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum akt qeydiyyatı bərpa olunaraq, həmin doğum akt qeydiyyatında təvəllüdü xx xxx 1969-cu il, doğulduğu yer Ermənistan, Ararat rayonu, Yerasxavan kəndi, soyadı Həsənov, adı Alaverdi, anası azərbaycanlı, xx xxxxxx 1935-ci il təvəllüdlü X7 və atası azərbaycanlı, xx.xx.1909-cu il təvəllüdlü X2 qeyd edilsin. Qətnamə, qeydiyyat şöbəsində müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1406/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1406/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver