Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1418/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, 1 saylı mənzil sahəsi 35,40 kv.m.olmaqla onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə o, 16.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh ona məxsus evdə pasport qeydiyyatına düşmüşdür. O ümumiyyətlə cavabdehi tanımır, heç vaxtda görməmişdir. Hazırda onun kimliyi barədə onda məlumat yoxdur. Qeydiyyata alınmasına baxmayaraq cavabdeh heç bir vaxt ona məxsus ünvanda yaşamayıb. Hazırda belə bir vəziyyət yaranıb ki, o özünə məxsus mülkdən istifadə edə bilmir. Cavabdeh ona maneçilik törədir. Belə olan halda o öz hüqularının bərpası üçün məhkəməyə müraciət etməli olur. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh 16.12.2020-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35,40 m2 ibarət mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə xitam verilməlidir. Belə ki, ilkin olaraq iddia icraatı qaydasında məhkəməyə müraciət etsə də, sonradan cavabdehin istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələbdə dəyişiklik etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi aydın olmayan tələb olduğundan və mıəhkmədə baxılmalı olmadığından icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmilşdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsindən və iddiaçının məhkəmənin 31.03.2021-ci il tarixli iclasında vermiş olduğu izahatından aydın olmuşdur ki, Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, 1 saylı mənzil sahəsi 35,40 m2 olmaqla onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatında olan Cavabdeh onun ailə üzvü deyildir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə iddiaçı, cavabdehin istifadə hüquqlarının müəyyən edilməməsini xahiş etsə də, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddiaçı mülkiyyətçisi olduğu Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 4, 1 saylı mənzildə qeydiyyatda olan cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən imtina edildikdə, bununla bağlı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh 16.12.2020-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35,40 m2 ibarət mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1418/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1418/2021
10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver