Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-142/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat pulun və 55 manat dövlət rüsumunun, cəmi 3555 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə münasibətləri olduğundan, cavabdehin öz təklifi ilə Mərdəkan qəsəbəsi ərazisində bir il əvvəl hasar tikintisi ilə aparması üçün ona ilə 3500 manat məbləğində pul vermişdir. Aralarındakı razılaşmaya əsasən cavabdeh bir neçə gün müddətində həmin hasarı inşa edərək tam vəziyyətdə təhvil verməli idi. Cavabdeh bildirmişdir ki, onun tikinti briqadası var, bir neçə usta və fəhlələri vardır, ona görədə qısa müddətdə hasarı tikmək ona heç bir çətinlik törətməyəcəkdir. Cavabdehlə münasibətləri yaxşı olduğundan ona etibar edərək inanmış və həmin pulu ona vermişdir. Lakin cavabdeh orada heç bir tikinti işi aparmamış, sadəcə bir cərgə daş düzdükdən sonra onu tapa bilmişdir. Tapdıqda isə hər dəfə tezliklə hasarı inşa edəcəyini deyirdi. Məcbur qaldığından polisə ərizə ilə müraciət etmiş və Xəzər RPİ 1ci PB-də araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixində təhqiqatçı David Yusifovun cinayət işinin rədd edilməsi haqqında qərarını almışdır. Qərarda aralarındakı məsələnin mülki mübahisə olması səbəbilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hazırda özünün maddi problemləri olduğundan pula ehtiyacı var. Lakin, cavabdehin üzərinə düşən vəzifəni icra etməməsi, yəni pulu qaytarmaması onu maddi cəhətdən sıxıntıya salır. Artıq düşünür ki, cavabdeh faktiki olaraq pulu qaytarmaqdan yayınır. Bu səbəbdən də, məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehdən 3082 manat pulun və 55 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Qala qəsəbəsi Təzə sahə ünvanında yerləşən ona məxsus torpaq sahəsinin hasarlanması üçün Cavabdeh ilə razılığa gəlmişlər. Cavabdeh bunun müqabilində 3500,0 manat vermişdir. Lakin o, həmin pulun müqabilində 400,0 manat dəyərində mişar daşları, 4 torba sement almışdır. Torpaq sahəsində işlərə başlayandan bir qədər sonra icra hakimiyyəti tikintiyə icazə verməmişdir. Birdə tikintin aparılması zamanı orada 2 gün fəhlələr işləyib. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə icraatıma, hal-hazırda Xətai rayonunda döngəl H.Salmanlı küçəsi, ev 4-də yaşayan İddiaçı ərizəsi əsasında toplanmış material daxil olmuşdur. Ərizədə vət.İddiaçı bildirmişdir ki, təxminən 1 il bundan qabaq Samil adlı şəxsə 3500 manat tikinti aparmaq üçun pul vermiş lakin həmin şəxs ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. Ərizəsinin sonunda o, Samil adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, təxminən 2 il bundan qabaq Adil ona tikinti aparmaq üçün 3500 manat pul vermiş həmin puldan daş və sement almış fəhlələrə pul vermiş və Adilə 1000 manat borcu qalmışdır. İş üzrə keçirilmiş məhkəmə mühəndis tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6509 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, baxış zamanı təqdim olunan Qala qəsəbəsi Təzə sahə ünvanında yerləşən torpaq sahəsinin uzunluğu 42 metr, en 30 metr olan hissəsində hasarın tikilməsi ilə bağlı tikinti işlərinin aparılmadığı müəyyən olundu. Məhkəmə iclasında iddiaçının izahatı, cinayət işinin rədd edilməsi haqqında qərardan, ekspert rəyindən müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Təzə sahə ünvanında yerləşən torpaq sahəsinin uzunluğu 42 metr, eni 30 olan hissəsinə tikinti işləri, yəni hasar inşa etməsini cavabdehə tapşırıq vermiş, həmin işin tam başa çatdırılaraq iddiaçıya təhvil verilməsi müqabilində cavabdehə 3500 manat pul vermiş və cavabdeh həmin pulu iddiaçıdan almış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, 400 manat dəyərində mişar daşı və ümumi dəyəri 18 manat olan 4 kisə sement almış, ümumilikdə iddiaçıdan aldığı 3500 manat puldan 418 manat xərcləmiş, 3082 manat pulu isə iddiaçıya qaytarmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Qeyd edilən Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Göstərilən Məcəllənin 779-cu maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehin iş materiallarında olan iddiaçının xx.xx.2023-cü il tarixdə müraciəti əsasında Xəzər RPİ-nin 1-ci Polis Bölməsində toplanmış materiala əlavə edilən izahatının surətindən görünür ki, o, təxminən 2 il bundan qabaq Adildən tikinti işlərini aparılması üçün 3500,0 manat pul vəsaiti almasını etiraf etmişdir. Lakin o, həmçinin həmin izahatında bildirmişdir ki, o həmin puldan daş və sement almış fəhlələrə pul vermiş və Adilə 1000 manat borcu qalmışdır. Lakin məhkəmə hesab edir ki, onun 2500,0 manatlıq işlər görməsi iş materiallarında olan sənədlərlə təsdiq olunmur. Belə ki, ekspertiza rəyindən də müəyyən olunur ki, cavabdeh mübahisəli ünvanda hər hansı işlər görməmişdir. Ekspert rəyi və ona əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi mübahisəli ərazidə hər-hansı tikinti işləri aparılmamış, sədəcə əraziyə mişar daşları tökülmüşdür. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Araşdırma zamanı ekspertizasının rəyi əsasında cavabdeh tərəfindən mübahisəli ərazidə hər-hansı tikinti işləri aparılmamış, sədəcə əraziyə mişar daşları tökülməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə iclasında iddiaçı izahatında cavabdehə hasar tikintisi üçün 3500 manat məbləğində pul verməsini, cavabdehin 400 manat dəyərində mişar daşı və 18 manat dəyərində 4 kisə sement alaraq əraziyə boşaltması, bundan başqa hasarın tikintisi ilə bağlı heç bir tikinti işləri aparmamasını qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh hasar tiktintisi üçün iddiaçıdan 3500 manat pulu alması işin materialları ilə yanaşı, cavabdehin iddiaçının xx.xx.2023-cü il tarixdə müraciəti əsasında Xəzər RPİ-nin 1-ci Polis Bölməsində toplanmış materiala əlavə edilən izahatında etiraf etməsi ilə təsdiq olunur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan torpaq sahəsində hasar tikintisi aparması, həmin işin müqabilində 3500 manat alması, yalnız 418 manat dəyərində iş görməsi, qalıq 3082 manat pulu isə iddiaçıya qaytarmamışdır. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddiaçıda həmin pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iclasında da, iddiaçı cavabdehin 418 manat məbləğində daş və sement almasını təsdiq etmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlirki, iddia tələbi təmin edilərək Cavabdeh 3082 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən, 55 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə habelə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul cavabdehdən alınaraq X1 hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3082 manat məbləğində pul vəsaiti və 55 manat dövlət rüsumu olmaqla, cəmi 3137 manat pul alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (bir yüz) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-142/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-142/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver