Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1447/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın - doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın - doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun *2.05.*984-cü il tarixdə Bakı şəhərində X* doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəmənin baxış iclasında dəftərxana vasitəsilə ərizə təqdim edərək, doğumun qeydə alınması tələbinə dair ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06.**.2025-ci il tarixə təyin edilmiş iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iştirakçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinə əasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericiliyin tələbinin hazırki işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın - doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə xüsusi icraat qaydasında mülki iş baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə baxılmamış saxlandığından, ərizəçi tərəfindən *0.02.2025-ci il tarixli, **********26 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *00 (bir yüz) AZN dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-in **4.*.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 260.4-cü maddəsinin tələbinə əsasən, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Ərizəçi Maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın - doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə xüsusi icraat qaydasında mülki iş baxılmamış saxlansın. Ərizəçi tərəfindən *0.02.2025-ci il tarixli, **********26 nömrəli mədaxil qəbzi ilə ödənilmiş *00 (bir yüz) AZN dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-1447/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1447/2025
06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver