Məhkəmə qərarları › İş №2(003)-1453/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1453/2022

24.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1453/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”VİP Aviasiya Xidmətləri Şirkəti” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və 14* N-li, xx.xx.2022-ci il tarixli 08 N-li, 05-Ş N-li əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildən xx.xx.2022-ci il tarixədək Cavabdeh-nin əməkdaşı olmuşdur. Daha sonra VİP Aviasiya Xidmətləri Şirkəti” MMC ilə xx.xx.2021-ci il tarixli 52N-li müddətsiz əmək müqaviləsinə əsasən, o, “Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamenti”nə 3 aylıq sınaq müddət müəyyən olunmaqla, rəis müavini vəzifəsinə təyin olunmuşdur. Müəssisədə işlədiyi müddət ərzində dürüst, vicdanlı işçi kimi fəaliyyət göstərmiş, müəssisədaxili intizam qaydalarına riayət etmiş və tərəfindən heç bir intizam xətası törədilməmişdir. Cavabdeh-nin baş direktoru Sabir Şükürovun 18 noyabr 2021-ci il tarixli, 14* N-li əmri ilə barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbeh tədbiri tədbiq edilmişdir. Həmin əmr qanunvericiliyin tələblərinə zidd olaraq verildiyi üçün bu əmri qanunsuz və əsassız hesab etmişdir. Belə ki, həmin əmrdə intizam məsuliyyətinə cəlb edilməsi əsası kimi “Gazelli Spa and Wellness” gözəllik mərkəzinin girişində yaranan və MAA-da keçiriləcək “Təhlükəli Yüklər” mövzusunda təlimə buraxılmaması ilə əlaqədar yaranan mübahisəli vəziyyətlər göstərilir. Əmrdə göstərilən əsaslar heç biri onun əmək intizamı və əmək funksiyaları ilə bağlı məsələlər deyil, həmin vaxtdan kənarda baş vermişdir. Ümumiyyətlə onun rəis müavini kimi vəzifə təlimatı olmamışdır və o, belə bir təlimatla tanış olub ona qol çəkməmişdir. Cavabdeh ilə "xxxx" MMC şirkəti arasında bağlanmış müqaviləyə əsasən Cavabdehnin işçiləri “FLY İNN” mehmanxananın nəzdində yerləşən “Gazelli Spa and Wellness” gözəllik mərkəzində xidmətlərdən istifadə edə bilər. İşin faktiki halı bundan ibarətdir ki, bu müqaviləyə əsasən müəssisənin əməkdaşları olaraq onlar həmin gözəllik mərkəzində olan xidmətlərdən istifadə etməyə məcbur edilmişlər. Belə ki, cavabdeh tərəfindən ”Gazelli Group” MMC-yə gözəllik mərkəzində xidmətlərdən istifadə edəcək işçilərin siyahısı göndərilmiş, oktyabr ayının əvvəllindən o, həmin xidmətlərdən istifadə etmiş, bunu təsdiq edəcək qəbzlər var. Həmin siyahı üzrə hər hansı işçi əgər, gözəllik mərkəzində iştirak etməsə həmin işçilər “qara siyahıya” alınmışdır. O, xx.xx.2021-ci il tarixdə həmin gözəllik salonuna getdikdə ikinci doza peyvənd olunmaması əsası ilə içəri buraxılmamışdır. Mehmanxanaya buraxılmaması səbəbi kimi Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli Qərarı ilə təsdiq olunmuş “İşçilərinin COVD-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin” Siyahısına istinad olunmuşdur. Halbuki, həmin Siyahıda bərbərxana və gözəllik salonları üçün peyvəndin məcburiliyi və belə bir peyvəndin olması qeyd olunmamışdır. Əgər qeyd olunmuş olsaydı belə onun həmin vaxta yəni 15 oktyabr 2021-ci il tarixinə 1 doza peyvənd olunmuşdur. Buna görə də, o, gözəllik salonuna buraxılmalı idi. Göstərilənlərə əsasən o, yazılı surətdə otelə məsələnin araşdırılması üçün müraciət etmişdir. Bundan əlavə, əmrin verilməsinin əsaslarından biri də “Təhlükəli yüklər” mövzusunda Milli Aviasiya Akademiyasında keçiriləcək təlim zamanı yaranan mübahisəli şəraitlə bağlıdır. Belə ki, 2021-ci ilin oktyabr ayında o, həmin təlimə getmiş, lakin COVİD-19 pasportu olmadığına görə həmin təlimə buraxılmamışdır. Bunun nəticəsində də, MAA-nın girişində mübahisəli şərait yaranmışdır. Bu iki halı əsas gətirərək barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməklə intizam məsuliyyətinə cəlb olunmuşdur. Halbuki, təlimdə iştirak edəcək işçilər məhz cavabdeh şirkət tərəfindən göndərilmişdir. Cavabdeh onun COVİD-19 pasportunun olmadığından xəbərdar idi, lakin buna baxmayaraq onu həmin təlimə göndərmişdi. O, təlimə buraxılmadığı üçün şirkətə geri qayıtmışdır. Göründüyü kimi, həmin hallar heç bir halda onun əmək fəaliyyəti ilə əlaqədar olmamaqla, əmək vəzifə və öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı deyildir. Bundan əlavə, həmin əmrin əsası kimi göstərilən hal bəhanə təşkil edir, yəni əmrin əsası kimi qeyd olunan hallar tənbehin tədbiqi üçün görünüş məqsədli, qisas motivli qeyd olunan hallardır. Belə ki, göstərilən hallardan əvvəlki vaxtda, 13 sentyabr 2021-ci il tarixdə o, işə getdikdən sonra özünü nasaz hiss etdiyindən X2 yerləşən tibb məntəqəsinə getmişdir. Tibb məntəqəsində olan həkim X1 onun ilk əvvəl təzyiqini ölçmüş, daha sonra müayinə etmək adı altında ona qarşı əxlaqsız hərəkətlərə yol vermişdir. Bununla bağlı o, Hava NTPİ-nə ərizə ilə müraciət etmişdir. X3 İdarəsinin İstintaq Bölməsi tərəfindən həmin işə baxılmış, 14 oktyabr 2021-ci il tarixli Qərarla cinayət işinin başlanmasının rədd olunmuşdur. Qeyd olunan hallar barəsində tədbiq olunan intizam məsuliyyətinin əsas səbəbini təşkil edir. Belə ki, onun tərəfindən verilən Hava NTPİ-nə verilən şikayət, həmçinin mehmanxanaya buraxılmaması ilə bağlı olaraq “Fly İnn” Mehmanxanasının direktorunun adına yazdığı şikayətlərlə bağlı olaraq həmin əmr verilmişdir, guya o, şirkətin imicinə xələl gətirmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC guya onun şirkətin nüfuzuna xələl yetirdiyi halını əsas gətirərək onun barəsində qeyri-qanuni intizam tənbehini tədbiq etmiş və intizam tənbehi verərkən Əmək Məcəlləsinin 186.3-cü maddəsinə uyğun olaraq, onun şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almamışdır. Bu baxımdan xx.xx.2021-ci il tarixli, 14* N-li intizam tənbehinin tədbiqi haqqında əmr qanunsuz və əsassız verildiyindən etibarsız hesab olunaraq ləğv olunmalıdır. Daha sonra, cavabdehin 08 N-li, xx.xx.2022-ci il tarixli əmri ilə o, əmək müqaviləsi ləğv olunmaqla, intizam məsuliyyətinə cəlb edilmiş və 05-Ş nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən AR Əmək Məcəlləsinin *0 “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən əmrlərdən xx.xx.2021-ci il tarixli 14* N-li əmr xx.xx.2021-ci il tarixdə verilmişdir. Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinin rəis müavini İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2021-ci 1 tarixli 14* N-li əmr verildikdən, habelə iddiaçının tutduğu Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentin rəis müavini vəzifəsindən 3 aylıq sınaq müddəti ərzində özünü doğrultmadığı əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-ci maddəsinin d bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam veriləcəyi barədə iddiaçı xx.xx.2021-ci il tarixdə xəbərdar edildikdən sonra iddiaçı elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə VİP Aviasiya Xidmətləri Şirkətin MMC-nin Baş direktoruna yazılı ərizə ilə müraciət edərək Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinə aparıcı auditor vəzifəsinə keçirilməsinə icazə verilməsini xahiş etmiş, bundan sonra da iddiaçı xx.xx.2021-ci il tarixli 183Ş N-li əmrlə özünün ərizəsi və iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 52 N-li əmək müqaviləsinə edilmiş dəyişiklik əsas götürülməklə həmin vəzifəyə keçirilmişdir. Yəni, iddiaçı xx.xx.2021-ci il tarixli 14* N-li əmrin mövcud olmasından ən geci xx.xx.2021-ci il tarixdə xəbərdar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri 1,bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 3*5. İddia müddətinin tətbiqi 3*5.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 3*5.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli 14* N-li əmrin ləğv edilməsi tələbi üzrə iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Odur ki, xx.xx.2021-ci il tarixli 14* N-li əmrin ləğv edilməsi ilə bağlı hissədə iddia tələbi, iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-nin direktoru xx.xx.2021-ci il tarixli arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinə rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, müqavilə Əmək Məcəlləsinin 68, 69, *0, *3, *4 və *5-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-nin xx.xx.2021-ci il tarixli 14* saylı əmrinin surətindən görünür ki, şirkət əməkdaşlıq etdiyi müəssisələrdə haqsız yerə yaratdığı mübahisəli vəziyyətləri ilə şirkətin nüfuzuna xələl yetirdiyinə görə Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinin rəis müavini İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməklə intizam məsuliyyətinə cəlb edilmişdir. Həmin əmrdə həmçinin göstərilmişdir ki, şirkət "xxxx" MMC şirkəti ilə imzalanmış müqaviləyə və şirkətin vahid geyim stilinin və imz-cin tədbiqi haqqında əmrə əsasən “Fly İnn” mehmanxanasının daxilində yerləşən “Gazelli Spa and Yellness” gözəllik mərkəzində xidmətlərdən yararlanmaq üçün Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinin rəis müavini İddiaçı xx.xx.2021-ci il tarixində mehmanxananın əsas girişinə yaxınlaşmışdır. Əsas girişdə xidmət göstərən mehmanxananın əməkdaşı xüsusi karantin rejimi ilə əlaqədar olaraq İddiaçı Covid pasportunu təqdim etməsini tələb etmişdir. Lakin, İddiaçı Covid - 19 xəstəliyə qarşı yalnız bir doza peyvənd olduğunu nəzərə alaraq mehmanxananın əməkdaşı İddiaçıı mehmanxanaya buraxmamışdır. Bu kimi qayda ilə razı olmayan İddiaçı mehmanxananın girişində haqsız formada mübahisəli vəziyyət yaradaraq öz etirazını bildirmış və Fly İnn mehmanxanasının direktorun adına şikayət məktubu yazmışdır. İşçi cari ilin noyabr ayında “Təhlükəli yüklər” mövzusundan təlimdə iştirak etməsi üçün Milli Aviasiya Akademiyasının tədris mərkəzinə göndərilmişdir. Lakin, həmin dövrdə İddiaçı peyvənd olunmadığına görə Milli Aviasiya Akademiyasına buraxılmamış və Milli Aviasiya Akademiyasının tədris mərkəzinin əməkdaşlarından verilən məlumata əsasən MAA-nın girişində mübahisəli şərait yaratmışdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinin rəis müavini İddiaçı şirkətin əməkdaşlıq etdiyi müəssisələrdə haqsız yerə yaratdığı mübahisəli vəziyyətləri və şirkətə daxil olan müraciətləri nəzərə alaraq şirkətin nüfuzuna xələl yetirmişdir. İş materiallarında olan "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-nin xx.xx.2021-ci il tarixli 183-Ş saylı əmrinin surətindən görünür ki, Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinin rəis müavini xx.xx.2021-ci il tarixindən ayda 1000 manat maaşla həmin departamentin aparıcı auditoru vəsifəsinə keçirilmişdir. İş materiallarında olan "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-nin xx.xx.2022-ci il tarixli 08 saylı əmrinin surətindən görünür ki, həmin əmr özünün əmək funksiyasını kobud şəkildə pozduğuna görə KNTTD-nin aparıcı auditoru İddiaçı əmək müqaviləsi ləğv olunmaqla intizam məsuliyyətinə cəlb edilməsi haqqında verilmişdir. Həmin əmrdən həmçinin görünür ki, İddiaçı şirkətin VASC-P-09 “İşçilərin davranış qaydaları və geyim üslubu proseduru”nun 9.29 bəndini(Öz şəxsi məqsədinizə çatmaq və şəxsi mənfəət götürmək məqsədi ilə şirkətin avadanlıqlarından, məlumatlarından, əlaqələrindən və imkanlarından istifadə etmək) kobud şəkildə pozmuşdur. İş materiallarında olan "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-nin xx.xx.2022-ci il tarixli 05-Ş saylı əmrinin surətindən görünür ki, keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departametinin Aparıcı auditorunun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-ci maddəsinin “ç” bəndinə (işçinin özünün əmək funksiyasını pozduğuna görə) əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas olaraq baş direktoun xx.xx.2022-ci il tarixli 08 saylı əmri göstərilmişdir. İş materiallarında olan "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-nin əməkdaşın sınaq müddətini uğurla keçmədiyi barədə xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, 3 aylıq sınaq müddəti ərzində özünü doğurultmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-ci maddəsinin d bəndinə əsasən onun bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında Hava NPİ-nin İB-də toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin *0-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Həmin Məcəllənin *0-ci maddəsinin «ç» maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin *2-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin *2-ci maddəsinin «e» bəndinin tələbinə görə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-yə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departamentinə rəis müavini vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə müəssisə daxili nizam-intizam və rejim qaydalarını pozmuş və verilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə ki, o, “Təhlükəli yüklər” mövzusundan təlimdə iştirak etməsi üçün Milli Aviasiya Akademiyasının tədris mərkəzinə göndərilmiş, lakin, həmin dövrdə İddiaçı peyvənd olunmadığına görə Milli Aviasiya Akademiyasına buraxılmamış və MAA-nın girişində mübahisəli şərait yaratmış və şirkətin əməkdaşlıq etdiyi müəssisələrdə haqsız yerə yaratdığı mübahisəli vəziyyətləri və şirkətə daxil olan müraciətləri nəzərə alınmaqla şirkətin nüfuzuna xələl yetirmişdir. Nəticədə "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-nin xx.xx.2021-ci il tarixli 14* saylı əmri ilə Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən o, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməklə intizam məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra, o, müəssisə daxili nizamintizam və rejim qaydalarını təkrarən pozmuş belə ki, iş vaxtı saat 18:00 bitdikdən sonra şirkətin ofisində qalaraq iş yerinə aid olamayan “Personal və sənədlərlə İşi üzrə” şöbənin xidmət göstərdiyi sahəyə daxil olmaqla şirkətin rəsmi, blankını və sözügedən şöbəyə aid olan ştampı götürərək blanka ştamp qoymuşdur. Nəticədə xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsi *0-ci maddənin «ç» bəndinə əsasən xitam verilməklə intizam məsuliyyətinə cəlb edilməsi əmri verilmişdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *0-ci maddəsinin «ç» bəndi ilə tutdluğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qaydada verilmişdir. Məhkəmə həmçinin iddiaçı tərəfindən mübahisələndirilən ”VİP Aviasiya Xidmətləri Şirkəti” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 14* N-li əmr barəsində hesab edir ki, iddiaçı iddia müddətini ötürüb. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş üzrə materiallardan göründüyü kimi, iddiaçı qeyd edilən əmrlə bağlı dekabrda "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-nin baş direktoru Şükürov Sabirə ərizə yazaraq başqa işə keçirilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı qeyd olunan əmrlə bağlı dekabrda xəbərinin olmasına baxmayaraq, iddia qaldırmamış, iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının ”VİP Aviasiya Xidmətləri Şirkəti” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və 14* N-li, xx.xx.2022-ci il tarixli 08 N-li, 05-Ş N-li əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin **.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 21*.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Aviasiya Xidmətləri Şirkəti MMC-yə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar