Məhkəmə qərarları › İş №2(003)-1454/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1454/2022

30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1454/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı doğum faktının təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı doğum faktının təsdiq edilməsi tələbinə dair ərizəsi daxil olmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *50.0.2. maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına dövlət rüsumu ödənilməsinə dair sübut əlavə edilməmiş, dövlət rüsumu başqa şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *52.*.5. maddəsindən görünür ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı doğum faktının təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *52.2-*52.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qarşı doğum faktının təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar