Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-146/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh, qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh, qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində ona fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin onun hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X3 28 saylı, 25 dekabr 1998ci il tarixli əmr ilə ona Binə qəsəbəsində fərdi ev tikmək üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. Müraciəti əsasında Xəzər rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilən cizgi-plan və xəritədən çıxarış da verilmişdir. Torpaq sahəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. Torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin çıxarış və torpasq sahəsinin plan və ölçüsü alınmışdır. 2019-cu il tarixdə o, müəyyən işlərin görülməsi ilə əlaqədar bacısı qızı Səripova Elduzəyə etibarnmə vermişdir. 2019-cu ilin sentyabr ayında məlum olmuşdur ki, Gülavatın adlı qadın həmin torpaq sahəsində onun razılığı olmadan ona məxsus torpaq sahəsində qanunsuz tikililər inşa etmişdir. Cavabdeh cizgi-planı üzrə koordinatları və sərhədləri naturada təyin edilmiş 12 sot torpaq sahəsinə giriş-çıxış yollarını bağlamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin torpaq sahəsindən çıxmır və qanunsuz tikilini sökmür. Qeyd edilən hal ilə bağlı Xəzər RPİ-nin 3-cü PB-nə müraciət olunmuş, araşdırılma aparılmış, 21 dekabr 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, cavabdehin istifadəsində olan torpaq sahəsi iddiaçıya məxsusdur və həmin torpaq sahəsi iddiaçıya Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli 28 N-li əmr əsasında ayrılmışdır. Hazırda isə iddiaçının həmin torpaq sahəsində dair mülkiyyət hüquqları Dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona müvafiq çıxarış da verilmişdir. İş üzrə cavabdeh hər hansı bir hüququ olmadan həmin torpaq sahəsini zəbt etmiş və orada tikililər tikməklə yaşayır. Bu halın isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqununun pozulması deməkdir. Odur ki, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi ona məxsusdur və həmin torpaq sahəsini etibarnamə əsasında almışdır. Belə ki, o, bir müddət həbsdə olmuş və bu zaman ona məxsus torpaq sahəsindən istifadə etmişlər və sənədləşdirmişlər. Həmçinin bildirmişdir ki, torpaq sahəsində yaşaması üçün balaca tikili inşa etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 0,12 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı 567081 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.11 hektar torpaq sahəsi İddiaçı mülkiyyətidir və bu barədə **********91 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakln dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən, **********91 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.11 hektar torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan Abşeron rayon Hövsan Sovxozu üzrə xx.xx.1993-cü il tarixli 51 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X1 0,08 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X2 tərəfindən ona məxsus Abşeron rayonu Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müəyyən hərəkətlərin onun adına aparılması Cavabdeh xx.xx.2022-ci il tarixədək etibar edilmişdir. İş üzrə verilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2579 saylı ekspert rəyindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsi ilə müəyyən edilmişdir ki, Abşeron rayon X3 xx.xx.1998-ci il tarixli 28 saylı əmrdən çıxarışa əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 0,12 ha torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşməklə naturaya uyğundur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi Abşeron rayon X3 xx.xx.1998-ci il tarixli 28 saylı əmrdən çıxarışa əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin hallarından müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən və iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi İddiaçı məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozu ərazisində yerləşən və cavabdehin istifadəsində olan torpaq sahəsi (bu hal iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq olunmuşdur) iddiaçıya məxsus olduğundan, iş üzrə cavabdehin həmin torpaq sahəsindən istifadə etməklə orada tikili tikməsinin hər hansı bir qanuni əsası mövcüd deyil və işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan həmin torpaq sahəsi mülkiyyətçisinə (iddiaçıya) geri qaytarılmalı və mülkiyyətçinin razılığı olmadan həmin torpaq sahəsində cavabdehin tərəfindən tikililərin də inşa edilməsi qanunsuz hesab edilməklə onun hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat da Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş tikililər Cavabdeh hesabına sökülməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən torpaq sahəsindən (**********91 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan) Cavabdeh çıxarılsın və həmin torpaq sahəsində inşa edilmiş tikililər Cavabdeh hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-146/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-146/2022
15.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver