Məhkəmə qərarları › İş №2(003)-1473/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1473/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1473/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə tikdikləri Şağan qəsəbəsi Qazmaçılar küçəsi ev 28 ünvanında olan evlərinə köçmək barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx xxxx 2006-cı il tarixində rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Bu nikahdan iki uşaqları - xx xxxx 2006cı il tarixdə X2 və xx xxxxxx 2008-ci ildə X3 dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri əvvəllər normal olsa da, sonradan pisləşmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin Qətnaməsi əsasında cavabdehlə aralarında olan xx xxxx 2006-cı il tarixdə olan Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində bağlanmış 494 №li akt qeydli nikahları pozulmuş və məhkəmənin qətnaməsi ilə hər iki oğlunun onunla qalması haqqında olan qərar qəbul edilmişdir.. Şağan qəsəbəsi Qazmaşılar küçəsi ev 28 ünvanındakı evi birgə tikmişlər. Nikah bağlanmamışdan 2005-ci tarixdən o, cavabdehlə atasının Şüvəlan qəsəbəsi Ə.Qarayev küçəsindəki 18№li evində 11-12 il yaşamışlar. Cavabdehlə evləndikdən sonra kirayə ev tutmaq istəsədə atası və anası onlara bildirmişdir ki, onlarda yaşasınlar, kirayə pulu verməsinlər. Elə həmin pulu yığıb ev tikilisi üçün torpaq alsınlar və ev tiksinlər. Eldəniz fərdi fəhləçiliklə məşğul olmuşdur. Qazancı normal olmuşdur. O, da şirniyyat sexlərində şirniyyatçı işləmişdir. Uşaqların gündəlik zəruri tələbatlarını o, ödəmişdir. Eldəniz isə qazandığı pulu anasına verirdi- 500, 600 manat məbləğində hər ay anasına vermişdir. Təxminən 3000-4000 manat pul yığıldıqda bir gün Eldəniz evə gəldi tələsik anasından pulu alaraq demişdir ki, ev üçün Şağanda torpaq tapmışdır. Gedib torpağı almışdır. Ona demişdir ki, pasportunun vaxtı bitib. Ona görə torpağı atası İftixarım adına almışdır. Atasıgildə yaşayıb evi tikməyə başlamşlar. Əlbətdə atasıgildə ev tikirlər deyə onlara kömək etmişlər. Dəfələrlə ev tikinti işlərinə 100, 200 manat pul vermişdir. Anasından da dəfələrlə tikinti materiallarına pul alıb Eldənizə vermişdir. Nəhayət arzu ilə tikdikləri evin bir otağını tam təmir edib ora getmişlər. Təzə evlərində 20 günə yaxın yaşamışlar. Axşam saat 12.00 radələrində onu uşaqları ilə küçəyə atmışdır. Ağır və çətin götürüləsi əşyalarla iki uşaqla piyada yola çıxmışdır. Şağandan 3-4 km kimi boş yola kimi piyada gəlmişdir. Anasına zəng etmiş o, bacısı yeznəsi ilə taksidə qarşısına çıxmışdır. Dəfələrlə evlərinə getmişlər. Qapının kilidlərini dəyişmişdir. Qapını aça bilməmişdir. Eldənizə zəng etmişdir. Demişdir ki, kilid xarab olub. Amma o, sadəcə onu evinə buraxmaq istəməmişdir. Yuxarıda qeyd etdiyi kimi indiyə kimi aliment verməkdəndə yayınır. O, isə atasıgildə çox çətin bir vəziyyətdə yaşayır. Atasıgilin evi təmirsiz və darısqaldır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, həmin ev birgə nikah dövründə ikisinin də qazancı hesabına tikilmişdir. Həmin ev tikilənədək ailə qurduqdan sonra 10 il atasına məxsus evdə Eldənizlə yaşamışlar. Həmin evin 1 otağı hazır olduqdan sonra həmin evdə 20 günə yaxın yaşamışdır daha sonra qovulmuşdur. Bundan sonra gedib baxmışdır ki, bir otaq da əlavə tikmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, o, həmin torpaq sahəsini Samir Rzayevdən almış və evi də özü tikmişdir. Evin ustaları özü tutmuş pullarını da özü vermişdir. İddiaçı oğlu ilə nikahları pozulmamışdan öncə 2016-cı ildə orada onun arvadı xəstə olduğundan ona qulluq edilməsi ilə bağlı tərəfindən iddiaçı həmin evə gətirilmiş və cəmi 10 gün onlarla birlikdə yaşamışdır. Daha sonra heçbir mübahisə olmadan yenə də, oğlu ilə birlikdə iddiaçının özünün yaşadığı valideynlərinin evinə qayıtmışlar. Həmin evdə hər hansı bir əşyası da yoxdur və daimi olaraqda heç vaxt orada yaşamamaışdır. Hazırda da orada başqa oğlu öz ailəsi ilə və özü arvadı ilə yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiatələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1a arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və 28.11. 2007-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında işin mübahisələndirilməyən halları ilə müəyyən olundu ki, evin heç bir hüquq müəyyən edici sənədi mövcud deyildir. Eyni zamanda evin tikintisi zamanı iddiaçı orada olmayıb hazırki cavabdehlərdən biri olan keçmiş əri Eldənizlə birlikdə atasına məxsus evdə yaşamışlar. İddiaçı mübahisəli mənzildə 10-20 günə yaxın yaşamışdır. İşin tərəflər arasında mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinin alınması üçün birlikdə yığıb anasına verdiyi pul vəsaiti hesabına alınmasını evin tikintisinin isə ərinin qazancı hesabına olmasını, hətta onun valideynləri tərəfindən arada verilmiş pul vəsaitləri hesabına başa gəlməsini bildirmişdir. Həmin evdən isə cavabdehlər tərəfindən qovulduğunu bildirmişdir. İşin mübahisəli halları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı tərəf həmin evin yerləşdiyi torpaq sahəsinin yığdıqları pul vəsaiti hesabına alınmasını bildirsə də, işin bu halına dair hər hansı sübut məhkəmə iclasında təqdim edilməmişdir. Eyni zamanda həmin torpaq sahəsi hər hansı bir hüquqmüəyyənedici sənədə də malik deyil. Bundan sonra, həmin evin tikintisinin əri Eldənizlə birlikdə həyata keçirildiyini bildirmiş, lakin bu barədə də sübut təqdim edə bilməmişdir. İddiaçı tərəf həmin evə yaşamaq üçün getdiyini, lakin cavabdehlər tərəfindən qovulduğunu bildirmiş, lakin məhkəmə iclası zamanı oraya daimi əsaslarla yaşamaq üçün getməsi halı, o cümlədən qovulması təsdiqini tapmamışdır. İşin faktiki hallarından da müəyyən edildiyi kimi, iddiaçının orada ümumiyyətlə əşyaları belə olmamışdır. Cavabdeh tərəf isə işin bu halı ilə bağlı iddiaçının ora xəstə qaynanasına kömək məqsədi ilə gəlməsini və 10 gün sonra əri ilə daimi olaraq yaşadıqları iddiaçının valideynlərinin evinə qayıtdıqlarını bildirmişdir. Belə olan halda iddiaçının sözügedən özbaşına tikiliyə köçürülməsi üçün heç bir əsas olmadığından bu barədə tələb də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bununla yanaşı, sadalanan qanunvericilik normasına əsasən də məhkəmə hesab edir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyi evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2005ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 28 ünvanında olan özbaşına tikili olan evə köçürülmə barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar