Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1500/2020 19.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu X24 ərazisində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı cavabdehlə xx xxx 1993-cü il tarixdə rəsmi nikah qeydiyyatdan keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları var. Onlardan biri xx xxxxxx 2004-cü il təvəllüdlü X13 yetknlik yaşına çatmayıb. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. 1993-cü ildə nikaha daxil olduqdan sonra Bakı şəhərində kirayədə yaşamışlar. 1998-ci ildə özümə məxsus qızıl-zinyət əşyalarını satdıq və X24 deyilən ərazidə 0,16 ha torpaq sahəsi aldıq. Həmin vaxt orada ev tikdik və yaşamağa başladıq. Sonradan həmin evi daha da böyütdülər və hal-hazırda həyətdə hər bir şəraiti, əla təmiri olan iki ev mövcuddur. Cavabdehlə aralarındakı nikah pozulanadək fasiləsiz olaraq həmin evdə yaşamışdılar. Lakin cavabdehlə münasibətləri pisləşdikdən sonra cavabdeh nə onu, nə də övladlarını həmin evə buraxmır, onlara orada yaşamağa imkan vermir. Hazırda o iki subay oğlu ilə bir ünvanda, ailəli olan digər oğlu isə, öz ailəsi ilə başqa bir ünvanda kirayədə yaşayır. Cavabdeh isə özü tək hər iki evdən istifadə edərək, onları evə buraxmır. O uzun müddət Polis Akademiyasında xadimə işləmiş, əmək haqqı kartı daim cavabdehdə olub, o, maaşını alaraq evin şəraitinin yaxşılaşdırılmasına, təmir tikinti işlərinə, avadanlıqların alınmasına sərf edib. Bundan başqa, adına müxtəlif banklardan dəfələrlə müxtəlif məbləğlərdə kreditər əldə edilmiş, həmin kredit məbləğləri də də evin tikintisinə sərf edilmişdir. Bütün bunlar birgə nikah dövründə, məhz onun əziyyəti və vəsaiti hesabına əldə edilmişdir. Göstərilən evin ailənin ümumi qazancı hesabına inşa edilməsinə və birgə nikah dövründə əldə edilmiş əmlak olmasına baxmayaraq, cavabdeh onları həmin evə buraxmır və onlara orada yaşamağa imkan vermir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X17 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 məhkəmə iclasında vermiş olduğu izahatında bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrinə əsasən X7 0,12 ha. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur və cavabdeh həmin mübahisəli evə köçürülməsi əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi bardə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4782/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx xxx 1998-cü ildə Ağdaş rayon Qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 12 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2004-cü il təvəllüdlü X5 boşanmadan sonra İddiaçı yanında qalması, xx xxxxxx 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında alimentin tutulması qət edilmşdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli AZ-İ 435957 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AZ-İV 196478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AZ-T 108851 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli, **********04 nömrəli məktubnda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Abşeron rayon Hövsan südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının xx.xx.1997-ci il tarixli protokoluna əsasən X7 0,12 ha. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Xəzər rayon Binə Bələdiyyəsinin 004448 nömrəli tədiyyə bildirişindən görünür ki, X15 əmlak vergisi ilə bağlı xəbardar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yerli baxış keçirilməsi ilə bağlı aktda qeyd edilmişdir ki, X1 köçürülməli olduğunu iddia etdiyi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən evə qapı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli yerli baxış keçirilməsi ilə bağlı aktda qeyd edilmişdir ki, mübahisəli evə qonşuluqda yaşayan Gülnar Məmmədova, Nazilə Yəhyayeva təsdiq etdilər ki, İddiaçı mübahisəli evdə 1998-ci ildən 2019-cu illədək yaşamışdır, həmçinin X6 toy məclisinin də həmin ərazidə olduğunu və İslamın toydan sonra həmin evdə yaşadığını təsdiqləyirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Mayis onun dayısıdır. O öz dayısının oğlu ilə ailə həyatı qurmuşdur. Tərəflər əvvəllər Ağdaş rayonunda daha sonra isə Bakı şəhəri Binə qəsəbəsi Sovxozda fərdi evdə yaşayıblar. O həmin evə gəlin köçümüşdür. Əvvəllər həyətdə bir ev var idi, ikinci evi sonradan tikdilər. Hamı sözügedən mübahisəli evdə yaşayırdı. Sonra Mayis onları evdən qovdu. Hazırda onlar Binəqədi rayonunda kirayədə yaşayırlar. Mayıs hazır da o evdə qalır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, İddiaçı onun baldızıdır. Tərəfləri qohum kimi yaxşı tanıyır. Onlar Bakı şəhəri Bina qəsəbəsi Sovxozda fərdi evdə yaşayırdılar. Təxmini 1997-1998-ci illərdə Mayis maşınını satıb torpaq aldı. O, orada ev tikmək istəyirdi, çünki kirayədə yaşayırdılar, torpaq alındıqdan sonra bir ay ərzində çox əziyyətlə onunda iştiakı ilə bir ev tikdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdehla birlikdə hərbi məktəbdə işləyirdi. Daha sonra onlar işdən çıxdılar. Məktəbdə işləyən zaman Mayis ona bildirdi ki, həyətdə yarımçıq tikili var və orada oğlu İslam üçün ev tikmək istəyir. Onda həmin evin tikilməsinə kömək etməyimi istədi. O da razılaşdı və onlar həmin evi tikmətə başladılar. Həmin vaxt Mayis ailəsi ilə birlikdə birinci evdə yaşayırdılar. Evin tikintisinə Mayis özü və üç oğlu kömək etmişdir. Onlar birinci evdə yaşayırdılar. Gəlin isə tikəcəyimiz ikinci evə köçəcəkdi. Həmin evin tikintisi üçün gündəlik olaraq 20 manat pul alırdı. Мəhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlə xx xxx 1993-cü il tarixdə rəsmi nikah qeydiyyatdan keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları var. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikahları dövründə birgə təsərüffat aparmaqla mübahisə evi tikmişlər. Ev özbaşına tikilidir. Həmçinin məhkəmə tərəfindən aparılmış yerli baxış zamanı mübahisəli evin yaxınlığında yaşayan qonşuların ifadəsi zamanı İddiaçı mübahisəli evdə 1998-ci ildən 2019-cu illədək yaşadığını, həmçinin X6 toy məclisinin də həmin ərazidə olduğunu və İslamın toydan sonra həmin evdə yaşadığını təsdiqləmişlər. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Həmin Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə həmçinin cavabdehin dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəməyə təqdim olunan X10 torpaq ayrılması barədə Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx xxxxxx 1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışın həmin mübahisəi evin yerləşdiyi torpaq sahəsinə aid olduğu sübuta yetirliməmiş və buna dair torpaq sahəsinin plan ölçüsü və ya plan cizgisi məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki, mübahisəli ev iddiaçının cavabdehlə birgə nikah dövründə 1998-ci ildə inşa edildiyindən, habelə iddiaçı bu illər ərzində övladları ilə birlikdə həmin evdə yaşadığından iddiaçının Bakı şəhəri Xəzər rayonu X24 ərazisində yerləşən fərdi yaşayış evində yaşamaq hüququ yaranmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Bakı şəhəri Xəzər rayonu X24 ərazisində yerləşən evə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1500/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1500/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver