Məhkəmə qərarları › İş №2(003)-1533/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1533/2021

08.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1533/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi X7, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 iştirakları ilə Ərizəçi X7 (maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X16 (maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1989-cu il tarixdən Azərbaycan Respublikasında fasiləsiz olaraq daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X16 məhkəmə iclasında izahatını onunla əsaslandırmışdır ki, o, Eyyubova (Rəşidova) Səfagül Taftıx qızı xx.xx.1970-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdur. 1989-cu ildə X18 ilə ailə həyatı quraraq nikaha daxil olmuşlar. Qızlıq soyadı Rəşidova idi, nikahdan sonra həyat yoldaşının soyadını Eyyubova qəbul etmiş və ailəsi ilə birlikdə Azərbaycana gəlmişlər. Elə o vaxtdan da Azərbaycanda yaşayırlar. Birgə nikahdan 2 övladları var. Həyat yoldaşı və övladları Azərbaycan vətəndaşıdırlar. X4 xx.xx.1936-cı ildə Gürcüstanda anadan olub, Azərbaycan vətəndaşı idi, xx.xx.2010-cu ildə Bakı şəhəri, Suraxanı rayonunda vəfat edib. X6 xx.xx.1929-cu ildə Gürcüstanda anadan olub, Rusiya vətəndaşı idi, 2003-cü ildə Bakı şəhəri,Suraxanı rayonunda vəfat edib. 1989-cu ildən ailə həyatı qurandan 1989-cu ildən hal-hazıradək ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı X23 xx.xx.1966-cı ildə Gürcüstan, Dmanisi rayonunda doğulub, Azərbaycan vətəndaşıdır. Böyük qızı X24 xx.xx.1990-cı ildə Bakı şəhərində doğulub, Azərbaycan vətəndaşıdır, ailəlidir. Kiçik qızı X25 xx.xx.1992-ci ildə Bakı şəhərində doğulub, Azərbaycan vətəndaşıdır. Bunu qonşuları və qəsəbə soveti də təsdiq edə bilərlər. Sənədlərini itirdiyi üçün vaxtında şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Hal -hazırda sənədi Sovet nümunəli pasportdur. (2007-ci ilə kimi Sovet pasportu qüvvədə idi) O isə indi etibarsız sənəd sayılır. Doğum haqqında şəhadətnaməni Xəzər rayon qeydiyyat şöbəsinin vasitəsi ilə Gürcüstan Respublikasından almışdır. Hazırda heç bir ölkənin vətəndaşı deyil. Dövlət Miqrasiya Xidmətinə elektron müraciətinə cavab olaraq bildirdilər ki: ‘‘Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın l-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, - Eyyubova (Rəşidova) Səfagül Taftıx qızı 1989-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz.” Göstərilənlərə əsasən, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X17 ərizəyə etiraz etməyərək bildirmişdir ki, ərizəçinin Azərbaycan Respublikasında yaşaması və heç bir ölkənin vətəndaşı olmaması ilə bağlı kifayət qədər sənədləri vardır. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 ifadəsində göstərmişdir ki, Səfagül onun yaxın qonşusudur. Onlar 20-25 ildir ki, qonşudurlar. O, 1980-ci illərin axırlarından ərizəçinin yaşadığı yerin qonşuluğnda yaşayır. Səfagül iki qızı, əri, qaynana və qaynatası ilə birlikdə ondan da bir il əvvəldən həmin ünvanda yaşayır. Səfagülün böyük qızı ailə qurub. Səfagül uzun illərdir fasiləsiz Azərbaycanda yaşayır. Digər şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi ilə 30 ilə yaxındır qonşudurlar. Onlar, demək olar, eyni vaxtlarda – 1980-ci illərin axırlarında Binədən ev alıb ora köçmüşlər. Səfagül öz ailəsi ilə orada yaşayır. Ərizəçi həmin vaxtdan bəri Gürcüstana getməyib. Digər şahid X23 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Azərbaycan Respublikasının vətəndaşıdır. O, ərizəçi ilə ailə quranda ərizəçinin 19 yaşı olmuşdur. Ailə həyatı qurandan 1989-cu ildən hal-hazıradək ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİİ-ТИ seriyalı 563637 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının vətəndaş pasportunun məhkəmə tərəfindən təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1970-ci ildə Gürcüstan Respublikasında doğulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin gürcü dilindən tərcümə edilmiş surətindən görünür ki, Səfagül Rəşidova xx xxx 1970-ci ildə Gürcüstan, Dmanisidə anadan olmuş, bu barədə xx xxx 1970-ci il tarixli 94 saylı qeydiyyat aparılmışdır. X37, anası Səryiyə Rəşidovadır. İş materiallarına əlavə edilmiş X3 və X10 tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli ərizədən görünür ki, X16 həqiqətən də 1989-cu ildən onlarla qonşuluqda, ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş rus dilindən tərcümə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X13 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, bu barədə Dmanisi rayonunun Qarabulaq kənd sovetində xx.xx.1989-cu il tarixdə 42 saylı qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 X12 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasında Gürcüstan Səfirliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 05/00002046/2021-02 nömrəli arayışından görünür ki, xx.xx.1970-ci tarixdə Gürcüstan Respublikasında doğulmuş X1 vətəndaşı deyil. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair xx xxxxxx 2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx xxx 1970-ci il təvəllüdlü X5 83801/m nömrəli, xx xxxxxx 2020-ci il tarixli müracətinə baxılmış, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X7 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsininin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxx 1970-ci il təvəllüdlü X16 XVİİ-ТИ seriyalı 563637 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının vətəndaş pasportuna əsasən Gürcüstanın Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respublikasında yaşamış, 1989-cu il tarixdə Gürcüstan Respublikasından qeydiyyatdan çıxaraq Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən Azərbaycan Respublikasında qeydiyyatsız olaraq daimi yaşayır. Həmçinin müəyyən edilmişdir ki, X16 heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1989-cu il tarixdən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1989-cu il tarixdən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar