Məhkəmə qərarları › İş №2(003)-1537/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1537/2025

21.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1537/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı oğlu Cavabdeh MMC-yə, qarşı “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə, qarşı “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC ilə aralarında olan xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh MMC-də Baş direktor köməkçisi vəzifəsinə təyin olunmuşdur. Cavabdeh MMCnin təsisçisi və direktoru İddiaçı həyat yoldaşnın tanışı olduğundan onun xahişi ilə müəssisənin hüquqi ünvanının onların ünvanı üzrə qeydiyyatına icazə vermişlər. İşə düzəldikdən 2 ay sonra müəssisənin fəaliyyətində çətinliklər yaranmış və bu səbəbdən müəssisədə iş dayandırılmışdır. Fəaliyyət dayandıqdan sonra İddiaçı müəssisədə işini davam etdirməmişdir. Qeyd etmişdir ki, onda olan məlumata görə Cavabdeh MMC-nin direktoru hal-hazırda başqa ölkədədir lakin ünvanının olduğu yer məlum deyildir.Səhhətinin pisləşməsi və maddi vəziyyətinin çətin olması ilə əlaqədar təqaüd almaq üçün müraciət edərkən ona məlum olmuşdur ki, X1 Cavabdeh MMC ilə bağlnmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi hələ də mövcuddur. Əmək müqaviləsi qüvvədə olduğu üçün səhhəti ilə bağlı təqaüd üçün müraciət edə və işə düzə bilmədiyini bildirmişdir. Əmək Müfəttişliyi Xidmətindən ona bildirilib ki, əəmək müqqqaviləsinə xitam vermək üçün birinci mediasiyaya, mediasiya vasitəsi ilə məsələ həll olunmadıqda isə məhkəməyə müraciət etməlidir. Cavabdeh MMC-nin rəhbərliyinin yeri məlum olmadığından qarşı tərəfin mediasiya prosesində iştirakı mümükün olmamışdır. İddiaçı qeyd etmişdir ki X1 qüvvədə olan formal əmək müqaviləsinin mövcud olması ona məhdudiyyətlər yaradır, hüquq və maraqlarını pozur və maddi və mənəvi ziyan vurur İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Ona görə ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). İddia ərizəsinin məzmunundan görünür ki, hazır ki, tələbin mahiyyəti cavabdeh təşkilat fəaliyyətin dayandırdığından və cavabdeh təşkilatın təsisçisi və direktoru hazırda ölkədə olmadığından tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsindən ibarətdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci bəndinə əsasən aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;1- 1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;1- 1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. Qanunvericiliyin tələbindən göründüyü kimi, yuxarıda göstərilən hallar olduqda işçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinə müraciəti əsasında həmin orqan tərəfindən əmək müqaviləsinə xitam verilməli, inzibati orqan tərəfindən bundan imtina edildikdə isə bununla bağlı müvafiq inzibati məhkəməyə müraciət olunmalıdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edirki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 191, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı oğlunun Cavabdeh MMC-yə, ““əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar