Məhkəmə qərarları › İş №2(003)-1561/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1561/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1561/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs* maraqlı şəxs qismində cəlb edilməklə "doğum və qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs* maraqlı şəxs qismində cəlb edilməklə "doğum və qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun 05.08.*994-cü il tarixdə Bakı şəhərində doğulması və atasının Maraqlı şəxs3 və anasının Maraqlı şəxs2 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda qeydiyyatsız yaşayır və 05.08.*994-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ev şəraitində anadan olmuşdur. Onun atası Maraqlı şəxs3, anası Maraqlı şəxs2dır. O. ailəsi ilə birlikdə yaşayır. Valideynlərinin maddi imkanı olmadığına görə o, doğum haqqında sənədlərini ala bilməmişdir. O, doğumun qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxs*nə müraciət etsə də, bununla bağlı ona imtina məktubu verilmişdir. Uşağın doğumunun qeydə alınması üçün tibbi sənəd olmadığından qeydiyyat şöbəsi doğum faktını qeydə ala bilməmişdir. Onun heç bir sənədi yoxdur. Onun dövlət tərəfindən təklif edilən iş yerlərində çalışması üçün doğum faktının təsdiq olunması və şəxsiyyət vəsiqəsinin olması zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlar onun bu hadisənin şahidi olmuş qohumları tərəfindən təsdiq oluna bilər. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi Nümayəndə doğumun tibbi arayış (forma *03) və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Maraqlı şəxs3 bildirmişdir ki, o, Ərizəçi onun oğludur. Ərizəçi *994-cü ilin avqust ayında Bakı şəhərində doğulmuşur. Ərizəçi Maraqlı şəxs2 ev şəraitində dünyaya gətirmişdir. Doğum zamanı Maraqlı şəxs2 yanında X2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Maraqlı şəxs2 bildirmişdir ki, Ərizəçi o, dünyaya gətirmişdir. Doğuş zamanı onun yanında X2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Ərizəçi onun qonşusu və qohumudur. Ərizəçi anası Maraqlı şəxs2, anası Ərizəçi doğulması zamanı Maraqlı şəxs2 yanında olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs3 xx.xx.*945-ci il tarixdə Lerik rayonunun Murya kəndində doğulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.*967-ci il tarixdə Lerik rayonunun Hamarat kəndində doğulmuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi” X8 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 29 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan, 05 avqust *994-cü il tarixdə doğulmuş X5 29 saylı BŞX-nın terapiya-poliklinika şöbəsində qeydiyyatdadır. X3 və X* 08 fevral 2024-cü il tarixli ərizələrindən görünür ki, Maraqlı şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs* Ərizəçi ünvanlanmış *4.02.2024-cü il tarixli, 3-*6-5/8-*5-*93/2024 nömrəli məktubundan görünür ki, doğumun qeydə alınması üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi 05.08.*994-cü il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs3, anası Maraqlı şəxs2 olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. 307.2.* və 307.2.3-cü maddələinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 05.08.*994-cü il tarixdə Bakı şəhərində doğulması, atasının xx.xx.*945-ci il təvəllüdlü Maraqlı şəxs3, anasının xx.xx.*967-ci il təvəllüdlü Maraqlı şəxs2 olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. Ərizəçi 05.08.*994-cü il tarixdə Bakı şəhərində doğulması, atasının xx.xx.*945-ci il təvəllüdlü Maraqlı şəxs3, anasının xx.xx.*967-ci il təvəllüdlü Maraqlı şəxs2 olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qnuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar