Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1586/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi Vəkil, Maraqlı şəxslər Maraqlı şəxs2 və X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum yoldaşı X5 miras əmlakı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O X9 ilə xx.xx.1997-ci il tarixdə rəsmi dövlət qeydiyyatından keçərək nikaha daxil olmuşdur. X5 onun ilə nikahından əvvəl xx.xx.1986-cı il təvəllüdlü X10 adlı övladı var. O nikaha daxil olduqdan sonra X5 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin evdə o, yoldaşı və onun oğlu X10 birlikdə yaşamışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi mərhum yoldaşına mərhum qaynanasından miras qalmışdır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən 0.08 ha torpaq sahəsi mərhum qaynanası X7 məxsus olmuşdur. X11 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Onun vərəsələri mərhum yoldaşı X9 və qaynı Maraqlı şəxs2 mirası faktiki olaraq qəbul etmiş, həmin 0.08 ha torpaq sahəsini və orada yerləşən evi tən yarıya bölərək və yenidən təmir edərək hər ikisi ailəsi ilə birlikdə burada yaşamışdır. Lakin bu müddət ərzində nə mərhum yoldaşı, nə də qaynı torpaq sahəsini özəlləşdirməmiş və rəsmi çıxarış almamışdır. Qeyd etdiyi kimi, miras əmlak onlar tərəfindən faktiki olaraq qəbul edilmiş və onlar miras əmlakı qəbul etdiklərini şəksiz olaraq nümayiş etdirmişdilər. Mərhum yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etsə də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tələb olunan müddəti hüquqi savadsızlıq səbəbindən ötürmüşdür. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 31 saylı notariat ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etsə də, müraciətinə imtina barədə cavabı verilmişdir. Mərhum yoldaşı oğlu və digər vərəsəsi olan X10 onun vərəsə kimi tanınmağına etiraz etmirş. Hətta o, xx.xx.2021-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.1993-cü il tarixdə ölmüş X2 irsi qalmış miras əmlaklardan, habelə digər əmlak hüquqlarından mirasın ona çatası hissəsindən imtina etmiş, payı qəbul etməmiş və gələcəkdə də qəbul etmək fikrində olmadığını bildirmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizəni etiraf etməyərək bildirdi ki, o 25 ildir həmin ünvanda yaşayır. Həyat yoldaşı iki il əvvəl vəfat etmişdir. Novruzova Mədinə evi nəvəsinə vəsiyyət etmişdir. Həmin vaxt Qurbanəli sağ idi. Hazırda həmin həyətdə oğlu yaşayır. Onun Anaxanıma məxsus olan evə hər hansı bir iddası yoxdur. Anaxanıma miras düşmür, onun oğlunun ayrıca olaraq 0,06 ha torpaq sahəsi mövcuddur. Maraqlı şəxs X10 ərizənin təmin edilməsinə etiraz etmədyini bildirdi. Maraqlı şəxs Bakı şəhəri 31 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 31 saylı Notariat Ofisinin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, Seyidəli onun qohumudur. Anaxanım 25 ildən çoxdur ki, həmin evdə yaşayır. Qurbanəli 2 il bundan qabaq vəfat etmişdir. Evin yerləşdiyi torpaq sahəsində Anaxanımın özünün evi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, 2000-ci ildən Binə qəsəbəsində yaşayır. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rizvan Məmməhüseyn küçəsi 14 saylı evdə Seyidəli və oğlu Rüstəm yaşayır, həmin ərazidə olan digər evdə isə Anaxanım yaşayır. Anaxanım daimi olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rizvan Məmməhüseyn küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Məhkəmə ərizəçinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X8 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Novruzova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisinin Ərizəçi ünvanladığı notariat hərəkətlərinin aparılmasından imtina barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 X6 mülkiyyətindədir. Həmçinin çıxarışdan görünür ki, dövlət reyestrində qeydə alınmış olan daşınmaz əmlak növü torpaq sahəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29 maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə vərəsə sayılırlar. Həmin Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşin faktiki hallarından göründüyü kimi ərizəçinin tələbi mərhum həyat yoldaşı X5 miras əmlakı kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi olsa da, qeyd edilən miras əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, təqdim edilən sənəddən görünür ki, ünvan 4 ünvanında torpaq sahəsi mərhum X6 mülkiyyətindədir. Fərdi yaşayış evinə mülkiyyət hüquqları daşınmaz əmılakın dövlıət reyestrinə qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən miras əmlak miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusudur. Daşınmaz əmlaka münasibətdə isə miras əmlak kütləsi dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin miras əmlak kimi qəbul etmiş olduğunu iddia etdiyi əmlak dövlət reyestrində qeydə alınmış əmlak olmadığından ərizə təmin edilə bilməz. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi mərhum yoldaşı X5 miras əmlakı kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1586/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1586/2022
26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver