Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1588/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Məmmədli Səkinxanım Naib qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə, İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi və əmək müqaviləsi üzrə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işə qəbul edilmiş və müqavilə müddətsiz bağlanmışdır. Lakin, müqavilə bağlandığı vaxtdan təxminən 1 ay "xxxx" MMC-nə məxsus MMC-də sürücü işləsə də, həmin vaxtdan sonra aralarında əmək münasibətlərinə xitam verilmişdir. Bundan başqa, İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işə qəbul edilmiş və müqavilə müddətsiz bağlanmışdır. Lakin müqavilə bağlandığı vaxtdan təxminən 1 ay "xxxx" MMC-nə məxsus MMC-də sürücü işləsə də, həmin vaxtdan sonra aralarındakı əmək münasibətlərinə xitam verilmişdir. Əmək münasibətlərinə xitam verildikdən sonra bildirişin sistemdə qeyd olunması ilə bağlı "xxxx" MMC-nin ünvanını axtarsa da, tapa bilməmişlər. Bununla bağlı, 2020-ci ildən hal-hazırkı vaxtadək cavabdehin fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə edə bilməmişlər. Lakin hal-hazırkı vaxtadək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemində aktiv əmək müqaviləsinin olması qeyd edilmişdir. O, əmək müqaviləsi üzrə bildirişin ləğv edilməsi ilə bağlı, cavabdehin hüquqi ünvanın yerləşdiyi ünvan 1a və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X2nə müraciət etsə də, əmək müaviləsi üzrə bildirişin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. "xxxx" MMC-nin sahibi həbs olunduğundan, bildirişin xitam verilməsi mümkün olmamışdır. Daha sonra İddiaçı1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin ona aid hissədə artıraraq Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqavilələrinə (xxxxxxx000200 və xxxxxxx000100 nömrəli əmək müqavilələri bildirişləri) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi və əmək müqaviləsi üzrə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaya baxılması zamanı Azərbaycan Respublikası Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasın xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, mövcud qanunvericiliyə əsasən əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən həmin əmək müqaviləsinin ləğv edilməsi barədə məlumatı öz elektron imzası ilə elektron sistem daxil etməlidir. Lakin, işəgötürən tərəfindən qeyd olunan əməliyyatın aparılmasının mümkün olmayacağı müəyyən edildiyi halda bu barədə məlumatlar əmək müfəttişliyi tərəfindən həyata keçirilə bilər. Qeyd olunanlara əsasən tərəflər arasında yaranmış mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Kommersiya qurumlarının dövət reyestri məlumatlarının verilməsi haqqında çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN **********) xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı – ünvan 2 İsmayılov (Türkan qəsəbəsi), ev 3, mənzil 1-dir, Nümayəndə qanuni təmsilçisidir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən iş yerinə dair arayışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı2 arasında əmək vəzifəsi sürücü, əmək haqqı 250 manat olmaqla xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanılmışdır (xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi). -sosial arayışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi (xxxxxxx000100 nömrəli) qüvvədədir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən iş yerinə dair arayışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında əmək vəzifəsi sürücü, əmək haqqı 350 manat olmaqla xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanılmışdır (xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişi). -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən iş yerinə dair arayışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında əmək vəzifəsi sürücü, əmək haqqı 340 manat olmaqla xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanılmışdır (xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi). - sosial arayışdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqavilələri (xxxxxxx000200 və xxxxxxx000100 nömrəli) qüvvədədir. - Azərbaycan Respublikası Əmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı1 aktiv əmək müqaviləsinin olması barədə müraciəti ilə əlaqədar bildirilmişdir ki, məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs "xxxx" MMC ünvanına (ünvan 2 İsmayılov, ev 3) tərəfimizdən rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Məlum edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt relimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. -Bakı 17 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMCnin nümayəndəsi iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı2, Cavabdeh MMC-də sürücü vəzifəsində işləyir və əmək haqqı 250 manat təşkil edir. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı1, Cavabdeh MMC-də iki sürücü vəzifəsində işləyir və əmək haqqları 350 və 340 manat təşkil edir. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Nümayəndə Cavabdeh MMC-də direktor vəzifəsində işləyir. Həmçinin iş materiallarında olan: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)-341/2021 nömrəli hökmdən görünür ki, Nümayəndə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. -Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Nümayəndə xx.xx.2021-ci il tarixdən 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin h) bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindədir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü - əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmişdir Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaların 3.5-ci bəndinə əsasən işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə iddiaçılar ilə cavabdeh MMC arasında müddətsiz əmək müqavilələri bağlanmış və həmin əmək müqavilələri hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh MMC-nin qanuni nümayəndəsi məhkəmə hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olmaqla cəzaçəkmə müəssisəsində cəza çəkməsi səbəbindən iddiaçıların (işçilərin) təşəbbüsü ilə cavabdeh MMC ilə bağlanmış əmək müqavilələrinin ləğvi qeyri-mümkün olduğundan iddiaçılar məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Odur ki, məhkəmə, hazırki halda iddiaçılar ilə cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin işəgötürən, yəni cavabdeh MMC tərəfindən ləğv edilməsi mümkün olmadığından hesab edir ki, iddia tələbi əsaslıdır və Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqavilələrinə və Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilməlidir. Həmçinin məhkəmə, qanunvericiliyin tələblərini, yəni əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin daxil edilməsi işəgötürənin vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, hazırki halda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin işəgötürən şəxs tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduğundan bu məsələ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqavilələrinə (xxxxxxx000200 və xxxxxxx000100 nömrəli əmək müqavilələri bildirişləri) və Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə (xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilməli, əmək müqavilələrinə xitam verilməsi barədə bildirişlərin elektron informasiya sistemində qeydə alınması məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqavilələrinə (xxxxxxx000200 və xxxxxxx000100 nömrəli əmək müqavilələri bildirişləri) və Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə (xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilsin. Əmək müqavilələrinə xitam verilməsi barədə bildirişlərin elektron informasiya sistemində qeydə alınması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-1588/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1588/2023
28.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver