Məhkəmə qərarları › İş №2(003)-159/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-159/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-159/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 30000,0 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində İddiaçı ilə Cavabdeh İLDİRİM OĞLU arasında tapşırıq müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin

1. 1.-ci maddəsinin şərtlərinə görə vəkalət alan - Cavabdeh vəkalət verənin - İddiaçı tapşırığına əsasən 15000 (on beş min) manat məbləğində pula 2015-2016-cı il buraxılışlı, ağ mirvari rəngli, HYUNDAİ ELANTRA minik markalı avtomobili 6 (altı) ay müddətinə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirərək İddiaçı adına rəsmiləşməsi ilə bağlı işlərin görülməsini öhdəsinə golürür. Müqavilənin 2-ci maddəsinin tələblərinə əsasən vəkalət alan Cavabdeh və Vəkalət verən İddiaçı qarşılıqlı razılığına əsasən bu müqavilə üzrə görülən işə görə ödəniləcək ümumi dəyər 15000 (oh beş min) manat təşkil edir. Vəkalətverən -X2 müqavilənin bağlandığı gün Vəkalət verən Cavabdeh 15000 (on beş min) məbləğində pulu notariusun bankdan açılan deposit hesabı vasitəsilə ödəmişdir. Müqavilənin 3-cü maddəsinin şərtlərinə görə vəkalət atan avtomobilin 6 (aftı) ay ərzində Azərbaycan Respublikasına gətirilərək İddiaçı adına rəsmiləşməsi ilə bağlı işlərin görülməsini öhdəsinə götürür. 6 (altı) ay ərzində gətirə bilmədikdə İddiaçı tərəfindən ona ödənilən 15000 (on beş min) manat məbləğində pulu vəkalət verən İddiaçı geri ödəməyi, 6 (altı) aydan çox müddətə gətirmədikdə isə İddiaçı tərəfindən ona ödənilən 15000 (on beş min) manat məbləğində pulun 2 (ki) mislini Vəkalət verən İddiaçı ödəməyi öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuş müddət ərzində cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmiş , iddiaçı HYUNDAİ ELANTRA minik markalı avtomobillə təmin olunmamış, alınmış pul isə geri qaytarılmır. Görünən odur ki, cavabdehin avtomobili və ya pulu iddiaçıya qaytarmaq niyyəti yoxdur. Bu səbəbdən müqavilənin 3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən ona ödənilmiş 15000 (on beş min) manat məbləğində pulun 2 (iki) misli alınaraq Vəkalət verən İddiaçı ödənilməlidir.

Proses iştirakçılarının izahatı

Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, ona ödənişlər edib, lakin həmin ödənişlər cavabdeh tərəfindən ödənilməyib, cavabdehin qohumunun borcu üzrə olan ödənişlərdi. Ona görə də iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etmədi, iddiaçını tanımadığını bildirdi, o başqası üçün zamin kimi bu müqaviləni imzaladığını bilirdi. Borclu olan şəxs 15000,0 manatı iddiaçıya ödəyib.

İş materiallarına əlavə olunmuş sənədlər

xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinə əsasən vəkalət alan - Cavabdeh vəkalət verənin - İddiaçı tapşırığına əsasən 15000 (on beş min) manat məbləğində pula 2015- 2016-cı il buraxılışlı, ağ mirvari rəngli, HYUNDAİ ELANTRA minik markalı avtomobili 6 (altı) ay müddətinə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirərək İddiaçı adına rəsmiləşməsi ilə bağlı işlərin görülməsini öhdəsinə golürür. Müqavilənin 2-ci maddəsinin tələblərinə əsasən vəkalət alan Cavabdeh və Vəkalət verən İddiaçı qarşılıqlı razılığına əsasən bu müqavilə üzrə görülən işə görə ödəniləcək ümumi dəyər 15000 (oh beş min) manat təşkil edir. Vəkalətverən -X2 müqavilənin bağlandığı gün Vəkalət verən Cavabdeh 15000 (on beş min) məbləğində pulu notariusun bankdan açılan deposit hesabı vasitəsilə ödəmişdir. Müqavilənin 3-cü maddəsinin şərtlərinə görə vəkalət atan avtomobilin 6 (aftı) ay ərzində Azərbaycan Respublikasına gətirilərək İddiaçı adına rəsmiləşməsi ilə bağlı işlərin görülməsini öhdəsinə götürür. 6 (altı) ay ərzində gətirə bilmədikdə İddiaçı tərəfindən ona ödənilən 15000 (on beş min) manat məbləğində pulu vəkalət verən İddiaçı geri ödəməyi, 6 (altı) aydan çox müddətə gətirmədikdə isə İddiaçı tərəfindən ona ödənilən 15000 (on beş min) manat məbləğində pulun 2 (ki) mislini Vəkalət verən İddiaçı ödəməyi öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuş müddət ərzində cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmiş , iddiaçı HYUNDAİ ELANTRA minik markalı avtomobillə təmin olunmamış, alınmış pul isə geri qaytarılmır. “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1-4176 sayla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı məxsus əmlakı məhv edərək maddi ziyan vurmuş Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-123/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünün sürətindən görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.3.2, 32.4,308.2, 310, 32.4,312.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmişdir. xx.xx.2023-cü il tarixli orderin sürətindən görünür ki, İddiaçı Cavabdeh 787 saylı tapşırıq müqaviləsinin mədaxili olaraq 15000,0 manat vermişdir. Qəbzlərin sürətindən görünür ki, Cavabdeh M-Pay, E-manat ödəniş terminalları və Uniban vasitəs ilə İddiaçı cəmi 11400,0 manat məbləğində pul ödəniş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2 ci maddələrinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779-cu maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehlə arasında bağlanmış tapşırıq müqaviləsi əsasında sonuncuya təqdim edilmiş 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin müqabilində tapşırığın icra edilmədiyini bildirmişdir. Müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş halda cavabdehin təqdim edilən vəsaitin iki mislini – yəni 30.000 (otuz min) manat məbləğində pulu qaytaracağı barədə müddəa nəzərdə tutulmuşdur. Bu əsasla, cavabdehdən 30.000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İşin məhkəmədə baxılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada tapşırıq müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə 15.000 manat pul vəsaiti təqdim edilmişdir. Müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş halda cavabdehin göstərilən məbləğin iki mislini qaytarması nəzərdə tutulmuşdur. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində tapşırıq müqaviləsinə dair müddəalarda belə bir məsuliyyət forması, yəni müqavilə məbləğinin ikiqat qaytarılması, nəzərdə tutulmamışdır. Hətta tərəflərin qarşılıqlı razılığı ilə bu cür şərt müqavilədə öz əksini tapsa da, onun qanunvericiliyə uyğunluğu və mütənasibliyi şübhə altına alındıqda, bu məsələ məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə bu kontekstdə qeyd edir ki, müqavilənin həmin bəndi, yəni 6 aydan çox gecikmə halında ikiqat vəsaitin qaytarılması barədə müddəa mütənasib və hüquqi baxımdan əsaslı hesab edilə bilməz və bu şərt iddianın əsaslandırılması üçün hüquqi baza ola bilməz. Eyni zamanda, iş materiallarına əlavə edilmiş ödəniş sənədlərinin – bank qəbzlərinin, kassa orderlərinin və digər yazılı sübutların təhlili nəticəsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya ümumilikdə 11.400 (on bir min dörd yüz) manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Bu fakt işdəki sənədlərlə təsdiq edilmişdir. Beləliklə, iddiaçının cavabdehə təqdim etdiyi 15.000 manat vəsaitdən yalnız 3.600 (üç min altı yüz) manat məbləğində borcun ödənilmədiyi müəyyən olunmuşdur. Məhkəmə, həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə tərəflərin təqdim etdiyi sübutları obyektiv və hərtərəfli araşdırmaqla, onların hüquq və vəzifələrinin qanuna uyğun şəkildə müəyyən olunmasına çalışmış və nəticədə gəldiyi qənaət ondan ibarət olmuşdur ki, iddianın yalnız qismən təmin olunması üçün əsaslar mövcuddur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin öhdəliyini qanuni şəkildə müəyyən etmək məqsədilə yalnız faktiki olaraq ödənilməmiş məbləğ – 3.600 manat tutularaq iddiaçının xeyrinə cavabdehdən alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 3600,0 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar