Məhkəmə qərarları › İş №2(003)-1595/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1595/2024

29.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1595/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12, Parnik yolu adlanan sahədə 0,03 ha torpaq sahəsində inşa edilmiş evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Suvarova (Xaliqova) Aybəniz Xeyrulla qızı, Cavabdeh ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikahı Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Rvo kəndi Ərazi vahidi nümayəndəliyində xx.xx.2007-ci ildə, 22 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2002-ci ildə X9 və xx.xx.2003-cü ildə X4 anadan olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-924/2014 saylı, 07 iyul 2014-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Bu barədə Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 oktyabr 2014-cü ildə AZN-197750 saylı “nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Məhkəmənin qətnaməsinə əsasən birgə nikahdan olan xx.xx.2002-ci ildə X10 və xx.xx.2003-cü ildə X3 anası İddiaçı yanında saxlanılması qərara alınmışdır. Həmin məhkəmə qətnaməsinə əsasən xx.xx.2014-cü ildən başlayaraq xx.xx.2002-ci ildə anadan olmuş X9 və xx.xx.2003-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatananadık saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 103 (bir yüz üç) manat olmaqla 206 (iki yüz altı) manat məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2901/2016 saylı, 13 iyun 2016-cı il tarixli qətnaməsi ilə həmin məhkəmənin 2(003)- 924/2014 saylı, 07 iyul 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2002-ci ildə anadan olmuş X5 və xx.xx.2003-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatananadık saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 117 (bir yüz on yeddi) manat olmaqla 234 (iki yüz otuz dörd) manat məbləğində alimentin tutularaq anası İddiaçı ödənilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhəri Xəzar Rayon Məhkəməsinin 2(003)-3414/2014-cü il tarixli, 14 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı azyaşlı ovladları xx.xx.2002-ci ildə anadan olmuş X9 və xx.xx.2003-cü ildə anadan olmuş X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 “Parnik yolu” adlı sahədə yerləşən Cavabdeh yaşadığı mənzilə köçürülməsi qət olunmuşdur. Həmin torpaq sahəsi Abşeron rayon icra Hakimiyyətinin 22 avqust 2000-ci il tarixli sərəncamı ilə mənə ayrılımışdır. Lakin bu günə kimi Cavabdeh məhkəmə qətnaməsində göstərilən tələbin icrasına mane olur. O, 2014-cu ilin oktyabr ayından məcburiyyət qarşısında uşaqlarının təhlükəsizliyi naminə həmin ərazidə kirayədə yaşayır. Çünki Ramiz daim özu ilə bərabər bir neçə kişini evə gətirir və sərxoşluq edirlər. Bu isə uşaqların tərbiyəsinə çox pis təsir göstərər. Keçən müddət ərzində ödənilməmiş alimentin məbləği 12000 manat (on iki min) təşkil edir. Buna baxmayaraq icra məmuru tərəfindən heç bir tədbir görülmür. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şevçenko küçəsi, ev 1-dən başqa yaşayış yeri var. Lakin o, uşaqları ilə birlikdə kirayədə qalır və artıq kirayə pulunu ödəyə bilmir. Ona görə də həmin şəxsin ona ayrılan torpaq sahəsində inşa edilmiş evdən çıxarılması zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Mülki iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 924/2014 saylı, 07 iyul 2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Rvo kənd ərazi vahidi nümayəndəliyində 22 saylı qeydə alınmış nikahın pozulmuş hesab edilməsi, xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdü X3 anası İddiaçı yanında qalması və xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdü X3 anası yetkinlik yaşına çatanadək saxanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3414/2014 saylı, 14 oktyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı azyaşlı övladları - 05 yanvar 2002-ci il təvəllüdlü X9 və 01 oktyabr 2003-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X12 “Parnik yolu” adlı sahədə yerləşən Cavabdeh yaşadığı evə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Abşeron rayon X12 üzrə 09 dekabr 2000-ci il tarixli 16 №-li əmrdən çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra hakimiyyətinin 171 nömrəli, 22 avqust 2000-ci il tarixli sərəncamı, X6 Həmkarlar Komitəsinin 08 dekabr 2000ci il tarixli 21 saylı protokoluna əsasən Sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən X2 0,03 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən mənzildən çıxarılma tələbinə dairdir. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hazıki iş üzrə predyudisial xarakter daşıyan cavabdehin mübahisəli evə köçürülməsinə dair qüvvədə olan qətnamə mövcuddur. Məhkəmə iddianın dəlillərini və iş materiallarını bu kontekstdə də araşdıraraq hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar