Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1602/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən anası Cavabdeh yaşadığı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun anasıdır. ünvan 1 ünvanında yerləşən evi birlikdə almışlar. Uzun müddətdir ki, oğlu ilə birlikdə həmin evdə yaşayır. Başqa yaşamağa evi yoxdur. Evin kimə məxsus olmasına dair hər hansı bir hüquqmüəyyənedici sənəd yoxdur. "xxxx" İB və Azərsu ASC ilə Cavabdeh arasında müqavilələr bağlanmışdır. Qaz və suya dair müqavilələr anasının adına olsa da, internet istifadəsi ilə əlaqədar "Azeronline" LTD ilə müqavilə xx.xx.2022-ci il tarixdə onunla bağlanmışdır və abonent kodu ********* olmuşdur. Müqavilə hal-hazırda qüvvədədir. Bütün kommunal xərcləri oğlumun kartı vasitəsilə ödənilir. Son vaxtlar anası onu və oğlunu evdən çıxarıb, evdə yaşamağa imkan vermir. Tez-tez aralarında mübahisələr düşür. Polisə müraciət etsə də, heç bir nəticəsi yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, hər iki tərəf mübahisəli evə münasibətdə eyni statusa malikdir. Ona görə də evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Anasının qanunsuz hərəkətləri nətiçəsində o, yaşadığı evdən qanunsuz olaraq məhrum olunmuşdur. Mubahisəli evdən başqa yaşayış yeri yoxdur. Hal-hazırda kirayədə yaşayır. Bir neçə dəfə evə qayıtmaq istəsə də, cavabdeh onu evə buraxmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli ev üzrə məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ona qarşı mənzildən çıxarılma tələbi təmin edilməmişdir. Lakin Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-618/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək onun mənzildən çıxarılmasına dair iddia tələbi təmin edilmişdir. Onun tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-618/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilsə də, lakin təmin edilməmiş və qətnamə qüvvədə saxlanılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, həmin yekun məhkəmə aktlarında sözügedən fərdi yaşayış evi ilə hazırki iddia üzrə evə köçürülmə tələbi üzrə iddia edilən fərdi yaşayış evi eynidir. Sadəcə yenidən iddia verməyinin əsas səbəbi ondan ibarətdir ki, hesab edir ki, qəbul edilmiş qətnamə qanunsuzdur və mübahisəli evdən başqa yaşayış yeri yoxdur. Hazırda kirayədə yaşayır və maddi imkanı olmadığından həmin evə köçürülməsini istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsini surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan "Azeronline" LTD ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında abonent kodu ********* olan internet provayderindən istifadə edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 4369/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X1 qarşı mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-618/2024 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4369/2023 saylı qətnaməsi ləğv olunmuş və cavabdeh İddiaçı Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən (ev 12, mənzil 7) Cavabdeh məxsus yaşayış sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsənin Mülki Kollegiyasının 2(102)-3770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sultnova Lamiə İkram qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-618/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-618/2024 saylı qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, məhkəmə iclasında iddiaçı, barəsində məhkəmə qətnaməsi çıxmış Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən ev 12, mənzil 7 ünvanında olan fərdi yaşayış evi ilə hazırda mübahisələndirilən ünvan 1 ünvanında yerləşən evin eyni fərdi yaşayış evi olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-618/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən (sözügedən qətnamədə ünvan ünvan 4) fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Belə olan halda iddiaçının mübahisələndirilən evə istifadə hüquqları itirildiyindən həmin evə köçürülməsi barədə iddia tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1602/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1602/2025
21.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver