Məhkəmə qərarları › İş №2(003)-1614/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1614/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1614/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi2 nümayəndəsi X3, Maraqlı şəxs X4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 X7, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Həsənağa oğlu maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” faktına dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 X7, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Həsənağa oğlu maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” faktına dair ərizə ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 69-da onun və bacısı Ərizəçi2 tərəfindən miras əmlakın qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi2 nümayəndəsi X8 məhkəmə iclasında ərizəni müdafiə etmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs X7 isə ərizəni mübahisələndirərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Ərizəçi1 anası mərhum X1 vaxtı ilə həmin evdən heç bir pay istəməmişdir. Nə Ərizəçi1, nə də ki Ərizəçi2 həmin evdə yaşamamışlar və mirası qəbul etməmişlər. Həmin evdə o və Maraqlı şəxs2 Həsənağa oğlu yaşamışlar. Hamıdan çox orada Maraqlı şəxs2 Həsənağa oğlu ailəsi ilə birlikdə yaşamışdır. Ərizəçi1, Ərizəçi2 və mərhum X1 həmin evdə yaşamamışlar və mirası qəbul etməmişlər. Məhkəmə, ərizəçini və maraqlı şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Ərizəçi1 və Ərizəçi2 X7, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Həsənağa oğlu maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” faktına dair ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar