Məhkəmə qərarları › İş №2(003)-1621/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1621/2021

23.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1621/2021 23.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işə bərpa olunma və hazırki günə qədər əmək haqqının ödənilməsi tələbi"nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı " işə bərpa olunma və hazırki günə qədər əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbionunla əsaslandırılmışdır ki, 04.03.2016-cı il tarixindən Azərbaycan Hava Yolları QSC-nin ərazisində yerləşən Cavabdeh MMC -yə nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi dövr ərzində heç bir nöqsan, töhmət, şiddətli töhmət, izahat xəbərdarlıq almamışdır. İşini layiqincə etmiş və işimdə daim məsuliyyətli olmuşdur. Ona heç bir xəbərdarlıq edilmədən onu tutduğu vəzifədən cavabdeh azad etmişdir. O, işdən qanunsuz və əsassız olaraq azad edilməyi barədə Prezidentə, Mehriban xanıma, Əmək Müfəttişliyinə ƏƏSMN -nə ərizə ilə müraciətlərdə ünvanlamışdır. Əlavə olaraq bildirir ki, o, İİ qrup ümumi əlildir, iş qabiliyyətlidir. Onun həyat yoldaşı X6 2003-cü il tarixində vəfat etmişdir. Nikahlarından bir övladı vardır. X2 TH Qarabağ döyüşlərinin iştirakçısıdır və hazırda da vətənin müdafiəsindədir. Müharibə veteranıdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi medalı ilə təltif edilmişdir. Bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlə Kabinetinin bir başa göstərişləri vardır ki, COVİD -19 pandemiyası dövründə işçilərin ixtisar edilməsi işdən çıxarılması hallarına yol verilməsin. Cavabdeh heç bir səbəb, nöqsan olmadan 1 ay öncədən ona işdən çıxarılma barədə xəbərdarlıq etmədən onu əsassız və qanunsuz işdən azad etmişdir. Qeyd olunanara əsasən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 2021-035 nömrəli əmrini ləğv edərək onu, həmin MMC-yə nəzarətçi (işdən çıxarılana qədər olan vəzifəsinə) kimi işə bərpa olunması və işdən azad olunduğu gündən hazırki, günədək ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi və vəkili X8 məhkəmədə iddiaya etiraz edərək, iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə qununvcriciliyin tələblərinə riayət edilməklə xitam verilmişdir və onlara qarşı verilən iddia tam olarıq əsassızdır. Belə ki, Cavabdeh MMC və İddiaçı arasında əmək müqaviləsi 04.03.2016-cı il tarixdə bağlanmışdır. Əmək Məcəlləsinin 73.1ci maddəsinə əsasən ...müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 12 noyabr 2020-ci il tarixdə tərəflər arasında X10 1 bağlanması yolu ilə əmək müqaviləsinin müddəti 11 fevral 2021-ci il tarixədək yenidən uzadılmışdır. Bu müddət bitdikdən sonra əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki,İddiaçı ilə "Cavabdeh" MMC arasında bağlanmış 04.03.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 04.03.2016-cı il tarixdən 04 aprel 2016-cı il tarixdək"Cavabdeh" MMC-də nəzarət şöbəsinin nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 12 noyabr 2020-ci il il tarixli 2016-019 saylı əmək müqaviləsinə 5 saylı əlavəyə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi 12 noyabr 2020-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş "Cavabdeh" MMC-nin 2021-035 nömrəli, 11 fevral 2021-ci il tarixli "işdən azad edilmə haqqında" əmrindən görünür ki, "Cavabdeh" MMC-nin "Fly inn" Baku Mehmanxanasının "Nəzarət" şöbəsində "nəzarət şöbəsinin nəzarətçisi" vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 04.03.2016-cı il tarixli 2016-019 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) və həmin məcəllənin 73-cü maddəsinin qaydalarına riayət edilməklə 11 fevral 2021-ci il tarixdən etibarən xitam verilmişdir. Son-haqq hesab: istifadə edilməmiş 16 gün əmək məzuniyyətinə qanunla nəzərdə tutulmuş kompensasiya verilməsi əmr olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyiprinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əməkmüqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilənmüddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı birhəftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əməkmüqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 04.03.2016-cı il tarixli 2016- 019 saylı əmək müqaviləsinə əsasən "Cavabdeh" MMC-nin "Fly inn" Baku Mehmanxanasının "Nəzarət" şöbəsində "nəzarət şöbəsinin nəzarətçisi" vəzifəsinə işə qəbul edilmişdir. 12 noyabr 2020-ci il il tarixli 2016-019 saylı əmək müqaviləsinə 5 saylı əlavəyə əsasən İddiaçıilə bağlanmış əməkmüqaviləsi 12 noyabr 2020-ci il tarixdən 11 fevral 2021-ci il tarixədək uzadılmışdır. "Cavabdeh" MMC-nin 2021-035 nömrəli, 11 fevral 2021-ci il tarixli "işdən azad edilmə haqqında" əmrindən görünür ki, "Cavabdeh" MMC-nin "Fly inn" Baku Mehmanxanasının "Nəzarət" şöbəsində "nəzarət şöbəsinin nəzarətçisi" vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 04.03.2016-cı il tarixli 2016-019 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) və həmin məcəllənin 73-cü maddəsinin qaydalarına riayət edilməklə 11 fevral 2021-ci il tarixdən etibarən xitam verilmişdir. İşin müəyyən olunan halları odur ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. İşçi 11 fevral 2021-ci il tarixdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən vəzifədən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasındabağlanmış əmək müqaviləsi müddətli olmuş və 11 fevral 2021-ci il tarixdə müddəti bitmişdir. İşəgötürən isə qanunvericiliyin tələbinə uyğun olaraq əmək müqaviləsinin müddəti bitdikdən sonra əmək münasibətlərini davam etdirməyərək əmək müqaviləsinə xitam vermişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edilmişdir. Odur ki, iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edilmişdir Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı "işə bərpa olunma və əmək haqqının ödənilməsi tələbi"nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar