Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1622/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Ərizəçi 13.12.1959-cu ildə Ermənistan Respublikasında anadan olmuşdur. X1, anası X5r. Onun doğum haqqında şəhadətnaməsində anasının adı “Əntiqə”, atasının adı isə “Nərman” kimi qeyd olunmuşdur. Anasına məxsus şəxsiyyət vəsiqəsində və nikah şəhadətnaməsində adı Hədiqə, atasına məxsus ölüm və nikah haqqında şəhadətnamədə isə adə Nəriman kimi qeyd olunmuşdur. Onun sənədlərimdə olan bütün bu anlaşılmamazlıqlar ona problem yaradır. O bu problemlərin həlli üçün Maraqlı şəxsnə müraciət etsə də, ordan ona imtina məktubu təqdim etdilər. Məktubda doğum haqqında akt qeydi ilə digər sənədlər arasında uyğunsuzluq olduğundan və düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından aidiyəti məhkəməyə müraciət etməyi tövsiyyə olumuşdur. Onun atasının adı Nəriman, anasının adı isə Hədiqədir. Sadəcə hər hansı bir sənəddə bu adların düzgün yazılmaması ona çox böyük problemlər yaradır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Polis İdarəsi tərəfindən 19.06.2002-ci il tarixdə verilmiş AZE seriyalı, 00508091 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin anası 06.01.1939-cu il tarixdə Ermənistan Respublikasının Meqri rayonunda doğulmuşdur və sənəddə adı X3 qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən gürünür ki, Ərizəçi yaşayış yeri Bakı şəhəri, Xəzar rayonu Binə qəsəbəsi, Əli İsazadə küçəsi, ev 11a mənzil 34-dür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atasının 03.04.2015-ci il tarixdəı ölmüçdür və sənəddə onun adı X4 kimi qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 02.09.2020-ci il tarixdə verilmiş və 02 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Nərman oğlu 13.12.1959-cu ildə Ermənistan Respublikasının Meqri rayonunda doğulmuşdur. Onun doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05.06.2020-ci il tarixli, 05/15-551 saylı məktubda qeyd edilmişdir ki, doğum haqqında akt qeydinizdə ananızın adını “Əntiqə”-dən “Hədiqə”-yə, ata adını “Nərman”-dan “Nəriman”-a düzəliş edilməsi ilə əlaqədar Maraqlı şəxsnə daxil olmuş müraciətinizə baxılmışdır. Təqdim etdiyiniz doğum haqqında şəhadətnamənizdə ananınızın adı “Əntiqə”, atanızın adı “Nərman” qeyd olunduğu halda, ananıza məxsus şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə adı Hədiqə, atanız məzsus ölüm və nikah haqqında şəhadətnamələrdə isə adı Nəriman qeyd olunmuşdur. Doğum haqqında akt qeydi ilə digər sənədlər arasında uyğunsuzluq olduğundan və düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından aidiyyəti məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 13.12.1959-cu ildə Ermənistan Respublikasında anadan olmuşdur. Ona məxsus olan doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “Nəriman” olduğu halda “Nərman”, ana qarfasında isə “Hədiqə” olduğu halda “Əntiqə” qeyd edilmişdir. Ərizəçi doğum haqqında olan həmin səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin düzəlişlərin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə görə ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, qeyd olunan doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı qrafasıında ata adı və ana qrafasında ana adı qeydlərinin səhv göstərildiyi ərizəçi tərəfindən təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və həmin səhvlərin düzəldilməsi üçün kifayət qədər əsaslar vardır. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs düzəlişlərin edilməsindən imtina etdiyindən ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmaması müəyyən edilərək Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi Nərman oğluna verilmiş 09.01.2020-ci il tarixli, AZ-İV seriyalı, 394454 saylı doğum haqqında şəhadətnamədə yol verilmiş səhvlər düzəldilərək, həmin şəhadətnamədə sonuncunun doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı “Nəriman”, ana qrafasında ana adı “Hədiqə” olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmaması müəyyən edilsin. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi Nərman oğluna verilmiş 09.01.2020-ci il tarixli, AZ-İV seriyalı, 394454 saylı doğum haqqında şəhadətnamədə yol verilmiş səhvlər düzəldilərək həmin şəhadətnamədə Ərizəçi Nərman oğlunun doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı “Nəriman”, ana qrafasında ana adı “Hədiqə” olması müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1622/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1622/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver