Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1623/2021 26.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı “evdən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı “evdən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşağı X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı evin 19 kv.m sahəsi olan 1 otağından çıxarılması, həmin otağın ona təhvil verilməsi, Cavabdeh1 7200 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı evin 1 otağı onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşağı X3, yetkinlik yaşına çatmış uşaqları Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 onun otaq qonşularıdırlar. Həmin evin 1 otağı onun mülkiyyətindədir, digər 3 otağı isə cavabdehlərin istifadəsindədir və cavabdehlər həmin 3 otaqda yaşayırlar. Buna baxmayaraq, onlar iddiaçının otağına özbaşına daxil olaraq oradan istifadə edirlə. Dəfələrlə onlara özünə məxsus otaqdan çıxmaqlarını bildirsə də, sözlərinə məhəl qoymamışlar. Təxminən dörd ildir ki, cavabdehlər onun otağından qanunsuz istifadə etməklə onun mülkiyyət hüquqlarını pozmuşlar. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətlərı nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o, keçən müddət ərzində həmin otağı kirayə verib gəlir əldə edə bilərdi. Həmin otağı aylıq təxminən 200 manata kirayə versə idi, üç il ərzində 7200 manat gəlir əldə edə bilərdi. Digər tərəfdən, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsab, stress keçirmiş, bu da onun sağlamlığına mənfi təsir göstərmişdir. Ona görə də cavabdehlərdən 10.000 manat mənəvi ziyan tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olara bildirdi ki, mübahisəli ev onunla əmisinin paylı mülkiyyətindədir. Həmin mənzilin digər payçısı da "xxxx" KB ASC-dir. O, mərhum əmisi Əhmədov Bala-əmi Firdavus oğlu və "xxxx" KB-ASC-nin nümayəndəsinin iştirakı ilə notarial qayda da razılaşmaqla qeyd olunan mənzilin otaqların öz aralarında bölmüşlər. Lakin qeyd olunan mənzilə dair naturada bölgü aparılmamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzil onlara atasında miras kimi qalıb. İddiaçı ilə mərhum atası həmin mənzilin paylı mülkiyyətçilər olmuşlar. Həmin mənzilən yerləşdiyi torpaq sahəsi mülkiyyətdə deyil onların faktiki istifadəsindədir. O doğulduğun gündən həmin mənzildə yaşayır. Hal-hazırda da ailə üzvləri ilə mübahisəli mənzildə yaşayır. İddiaçın iddia ərizəsində tələb etdiyi otaq daim onların istifadəsində olmuşdur. Həmçinin bildirdi ki, mənzilin giriş çıxışı mübahisəli otaqdandır. Mübahisəli otaq daim onların istifadəsində olmuşdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyesrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı ev İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin hüquq sahibləri "xxxx" KB ASC 2 otaq (ü\s - 125,3 kv.m), İddiaçı 1 otaq (y/s -7,3 kv.m, k/s 30,3 kv.m) və Əhmədov Bala-Əmi Firdavus oğlu 2 otaq (y/s -32,3 kv.m, k/s 12,0 kv.m) İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı ev İddiaçı və Unibank” KB ASC-nin adına tərtib olunmuşdur. İş materiallarında olan İddiaçı, Əhmədov Bala-Əmi Firdavus oğlu və "xxxx" KB ASC arasında 20.06.2017-ci ildə Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış razılaşmadan görünür ki, tərəflər özləri ünvan 1 ünvanında yerləşən mənzili otaqlarının bölünməsi haqqında öz aralarında razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/2928 saylı, 10.09.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi 96 saylı evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli 18.08.2017-ci il tarixli çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********79-10301 reyestr nömrəli 16.09.2013-cü il tarixli texniki pasport üzrə İddiaçı aid olan yaşayış sahəsi texniki pasportda 11 nömrə ilə qeyd olunan otağa və köməkçi sahələr isə 6 və 12 nömrələr ilə qeyd olunan otaqlara uyğun gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı ev İddiaçı paylı mülkiyyətindədir. İddiaçı, Əhmədov Bala-Əmi Firdavus oğlu və "xxxx" KB ASC notarial qaydada razılaşmaya əsasən özləri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən hansı yaşayış otaqlarının onların istifadəsində olmasını müəyyən etsələr də, bu bölgü texniki pasportda öz əksini tapmamışdır. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ekspert rəyində dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İddiaçı aid olan yaşayış sahəsinin texniki pasportda 11 nömrə ilə qeyd olunan 7,30 kv.m sahəsi olan yaşayış otağına, 6 nömrə ilə qeyd olunan 19 kv.m sahəsi olan bağlı eyvan və 12 nömrə ilə qeyd olunan 11,30 kv.m sahəsi olan mətbəx ilə qeyd olunan otaqlara uyğun gəldiyi müəyyən olunsa da, texniki pasportda yalnız otaqların, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qeyd olunduğundan, lakin hansı yaşayış otağının kimə məxsus olması göstərilmədiyindən və paylı mülkiyyətçilər arasında yaşayış sahəsi naturada bölünmədiyindən texniki pasporta əsasən hansı yaşayış otağının kimə məxsus olmasını müəyyən etmək mümkün deyildir. Qeyd olunanlara əsasən, məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmir və onunla razılaşmır. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlərin çıxarılmasını və təhvil verilməsini tələb etdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı evin 19 kv.m sahəli 1 otağının ona məxsus olması iş materialları və iddiaçının təqdim etdiyi sənədlərlə sübut olunmadı. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı, Əhmədov Bala-Əmi Firdavus oğlu və "xxxx" KB ASC notarial qaydada razılaşmaya əsasən özləri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən hansı yaşayış otaqlarının onların istifadəsində olmasını müəyyən etsələr də, bu bölgü texniki pasportda öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşağı X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı evin 19 kv.m sahəsi olan 1 otağından çıxarılması, həmin otağın ona təhvil verilməsi” hissəsində təmin edilə bilməz. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Digər tərəfdən, maddi və mənəvi zərər törəmə hüquq münasibəti olub, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı evin 19 kv.m sahəsi olan 1 otağından çıxarılmasından törənir. İşin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, mübahisəli otağın iddiaçıya məxsus olması halı məhkəmədə sübuta yetirilmədiyindən, iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 96 saylı evin 19 kv.m sahəsi olan 1 otağından çıxarılması hissəsində təmin edilməməli olduğundan, iddianın göstərilən hissələri də əsassızdır. Buna görə də iddia tələbi qeyd edilən hissələrdə də təmin edilməməlidir. Məhkəmə ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi rədd edildiyindən 50 (əlli) manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutulub X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızına və Cavabdeh5 qarşı “evdən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutulub X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1623/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1623/2021
26.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver