Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1658/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən BAKQAZMAŞ ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə evlənmiş və nikahları 01 sentyabr 2011-ci ildə 17 nömrəli aktla rəsmiləşdirmişdir. Şamaxı Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q96/69 saylı, 07 mart 2022-ci il tarixli arayışın əsilindən görünür ki, Əliyeva (Qarayeva) Şahnaz Əlif qızı ilə Cavabdeh arasında nikah qeydi xx.xx.2011-ci il tarixdə 17 nömrəli aktla tərtib olunmuşdur. AZ-lİİ 978939 saylı, 04 dekabr 2012ci il və AZ-İV 002427 saylı, 03 oktyabr 2017-ci il tarixli doğum haqda şəhadətnamələrin notarial təsdiqli surətlərindən görünür ki, cavabdehlə onun birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X5 adında iki övladları vardır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* və ******* nömrəli, hər ikisi xx.xx.2022-ci il tarixli arayışların əsillərindən görünür ki, ovladları - xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 hər ikisi Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi BAKQAZMAŞ ASC-nin yataqxanasında (həmin yataqxana Güloğlan Məmmədov küçəsi, bina 14 ünvanıdır və orada bir-otaqlı ev 25 də yaşayırıq) 23 May 2018-ci ildən qeydiyyatdadırlar. Əlavə olaraq bildirir ki, o cavabdehin özü və uşaqları ilə birgə bir neçə il müddətində həmin mübahisəli evdə yaşamış, cavabdehlə birgə ümumi təsərrüfat aparmışdır. Cehiz əmlakının bir hissəsi də hazırda həmin mübahisəli evdədir. Qeyd edir ki, Cavabdeh özü həmin mübahisəli mənzildə xx.xx.2016-cı il tarixdən qeydiyyatdadır və onun mübahisəli mənzilə qeydiyyata düşməyim barədə heç vaxt narazılığı olmamışdır. Əsas mübahisələri o idi ki, cavabdeh narkomaniyaya qurşandığına görə səbəbsiz olaraq tez-tez onu döyürdü. Narkotik qəbul edərkən o sanki onu tanımır və bir şeyi bəhanə edib evdə dava-dalaş yaradırdı. Sonuncu dəfə 2022-ci ildə fevralın 22-sindən 23-nə keçən gecə o yenə narkotik qəbul edib onu şiddətli döyərək öldürməyə cəhd etdi. Valideyinlərinin və digər yaxınlarımın köməyi ilə uşaqlarını da götürməklə həmin gecə mubahisəli evdən onu halsız vəziyyətdə aparıblar. Polisə şikayət etdi, onu dərhal tibbi ekspertizaya göndərdilər və döyülmə zamanı aldığı xəsarətlərə görə cinayət işi üzrə Xəzər rayonu Polis Şöbəsində təhqiqat araşdırması davam edir. Təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin özünün və uşaqlarımın qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən BAKQAZMAŞ ASC-nin yataqxanasında bir otaqlı ev 25 ünvanı dövlətə məxsus yaşayış sahəsidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X11 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu bardə nikah aktları qeydi kitabında 17 nömrə ilə qeydiyyat aparılmaışdır. Nikahdan sonra arvada Qarayeva soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 rayonu Buzovna qəsəbəsi BAKQAZMAŞ ASCnin yataqxanasında qeydiyyatdadır. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 rayonu Buzovna qəsəbəsi BAKQAZMAŞ ASCnin yataqxanasında qeydiyyatdadır. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfat birliyi 111 saylı Mınzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarxli 121 nömrəli arayışından görünür ki, İddiaçı Xəzər rayonu Buzovna qəsəbəsi BAKQAZMAŞ ASC-nin yataqxanasında qeydiyyatda deyildir. İddiaçı övladlari ilə birlikdə həmin ünvanda yaşayır. İş materiallarında olan X4 və X10 trəfindən imzalanmış və natariusda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, qonşusu İddiaçı, X5, X5 ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə X11 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikaharından X5 və X9 doğulmuşdur. Həmçinin məhkəmə müəyyən etdi ki, tərflərin birgə nikahından olan uşaqlar Xəzər rayonu Buzovna qəsəbəsi BAKQAZMAŞ ASC-nin yataqxanasında qeydiyyatdadırlar. Eyni zamanda 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfat birliyi 111 saylı Mınzil Kommunal İstismar sahəsinin arayışında İddiaçı Xəzər rayonu Buzovna qəsəbəsi BAKQAZMAŞ ASC-nin yataqxanasında qeydiyyatda olmadığı, lakin İddiaçı övladlari ilə birlikdə həmin ünvanda yaşadığı müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçının köçürülməli olduğunu iddia etdiyi yaşayış sahəsinə nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Lakin işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə aralarında olan mübahisəyə qədər mübahisəli evdə yaşamışdır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsindən iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının həmin mənzilə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində həmin mənzildən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin mənzilə köçürülməsindən onun imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən BAKQAZMAŞ ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən BAKQAZMAŞ ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1658/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1658/2022
05.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver