Məhkəmə qərarları › İş №2(003)-1661/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1661/2022

17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1661/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ondan Bakı şəhərində 06 dekabr 202*-ci il tarixdə Nilay Parajovanın doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Ələkbər adlı şəxs ilə 2020-ci ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan 06 dekabr 202*-ci ildə ev şəraitində Nilay adlı qızı anadan olmuşdur. Uşaq ev şəraitində anadan olduğundan doğum haqqında şəhadətnamə alınmamışdır. Doğumun qeydə alınması üçün müəyyən sənədlər olmadığından məhkəməyə müraciət etməmk məsləhət görülmüşdür. Uşaq doğulduqdan sonra həkim şəraitində saxlanmış və hal-hazırda sağlam olmaqla Xəzər rayonu 3* saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatdadır. Hal-hazırda uşaq böyüyür və doğum haqqında şəhadətnaməsi olmadığından sənədlərini qaydaya sala bilmirlər. Qeyd olunanlara əsasən, ondan Bakı şəhərində 06 dekabr 202*-ci il tarixdə Nilay Parajovanın doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs, Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ələkpərova Xalidə ifadəsində göstərmişdir ki, o, ərizəçinin anasıdır. Nərgizin hamilə olduğu bilirdi. Mərdəkana gələndə ərizəçinin yerdə uzandığını, doğumun başladığını görmüşdür. Nərgiz 202*-ci ildə onun yanında ev şəraitində qız uşağı dünyaya gətirmişdir. Uşağın göbəyini o kəsmişdir. Digər şahid, İuzbasheva Arzu məhkəməyə ifadə verərək bildirmişdir ki, ərizəçinin anası ilə birlikdə işləyir. 202*-ci ildə Xalidə qızının sancısı tutduğunu demiş, onlar birlikdə Mərdəkana getmişlər. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Digər şahid, X3 məhkəməyə verdiyi ifadəsində digər şahidlərin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan, Xəzər rayonu 3* saylı BŞX-nın arayışından görünür ki, 06 dekabr 202*-ci il tarixdə doğulmuş X5 adlı uşaq hal-hazırda sağ salamatdır və 3* saylı BŞX-nin uşaq poliklinikasında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, 06.*2.202*ci ildə doğulmuş X* və 3* saylı BŞX-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/*5-90 №-li, 22 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 saylı Qərarı ilə təsdiq edilmiş «X2 X4»nın 2.5-ci yarımbəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd tələb olunur». Ərizəçinin doğumun qeydə alınması barədə ərizəsinin icrasından imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 06 dekabr 202*-ci il tarixdə qız uşağını Bakı şəhərində yaşadığı ünvanda dünyaya gətirmiş, lakin lazımi həkim sənədi olmadığından Bakı şəhəri Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *58.*-ci maddəsinə əsasən, X2 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Həmin Məcəllənin 44.*-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin *66.*-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş «X2 X4»nın 2.*-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin qaydanın 2.5.4. və 2.6-cı bəndlərinin tələbinə görə, doğumun qeydə alınması üçün digər sənədlərlə və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuşa kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməli və qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi Bakı şəhərində 06 dekabr 202*-ci il tarixdə qız uşağının doğulması faktı müəyyən edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di: Ərizə təmin edilsin. *5.06.*994-cü il təvəllüdlü Ərizəçi Bakı şəhərində 06 dekabr 202*-ci il tarixdə qız uşağının doğulması faktı müəyyən edilmiş hesab edilsin. Qətnamə qeydiyyat orqanları tərəfindən doğumun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar