Məhkəmə qərarları › İş №2(003)-1685/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-1685/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1685/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi yeni yaşayış massivi nömrəsiz fərdi evdə ailəsilə birlikdə yaşayır. Cavabdeh təxminən 3 ildən çoxdur ki, tanıyır. 2022-ci ilin fevral ayında onunla birlikdə Xəzər rayonu Şağan qəsəbəsi ərazisində bağban işləyən oğlu X1 Qafarova Şağan qəsəbəsi ərazisində iki sot torpaq sahəsi almaq istədiyini bildirmiş, Fizuli də ona bildirmişdir ki, həyətində torpaq sahəsi var istəsə ona ayirib sata bilər. Oğlu da ondan torpağın bir sotunun qiymətini soruşduqda Füzuli ona bir sotunu 4500 manat, iki sotunun isə 9000 manata satdığını demişdir. Sonradan oğlu evdə ona bu barədə məlumat vermişdir və o, oğlulə birlikdə növbəti gün Fizuli ilə görüşüb bu barədə söhbət etmiş və gedib həmin totpaq sahəsinə baxmışlar. Orada iki sot torpaq sahəsinin 9000 manta razılaşmışlar və Fizuliyə bildirmişdir ki, əvvəlcədən 4000 manat pul verəcək, qalan 5000 manatı isə hər ay 250-300 manat ödəməklə verə biləcək. Fizuli də onunla razılaşmışdır və ondan ayrılandan sonra Fizuli ona zəng edib bildiri di ki, ona təcili 200 manat pul lazımdır və pulu kartına göndərməsini xahiş etmişdir. Fizuli ona hesab nömrəsi vermişdir, o da Fizuliyə xx.xx.2002-ci il tarixdə 200 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Fizuli ona zəng edib bildirdi ki, özünə maşın almaq istəyir, əgər mümkündürsə onun kartına 2300 manat pul göndərsin. O, həmin gün Fizulinin kartına 2300 manat pul göndərmişdir. O, Fizuliyə pul göndərdikdən sonra sənədləşmə işlərinin nə vaxt edəcəyini soruşduqda Fizuli ona bildirdi ki, başı hələ qarışıqdır narahat olmasın yaxın günlərdə vaxt edib gedərik, o da Fizuli ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Fizuli yenə də ona zəng vurub bildirdi ki, təcili ona pul lazımdır varsa torpağın pulundan ona 400 manat pul göndərsin. O, fikirləşdi ki, nə qədər pul versə borcundan azalacaq. Beləliklə həmin gün Fizulinin kartına 400 manat pul göndərmişdir. Həmi gün onlar görüşmüşlər və Fizuli ona bildirdi ki, 100 manat pul lazımdır. 100 manat pulu olduğu üçün həmin pulu Fizuliyə vermişdir. Beləliklə o, Fizuliyə 3000 manat pul vermişdir. Həmin gündən təxminən 3 gün sonra onlar görüşüb Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 7 saylı Notariat ofosinə getmişlər, oğlu da onlarla getmişdir. O, 1000 manat pul da götürmüşdür ki, sənədləşmə olan kimi 1000 matanı Fizuliyə versin, lakin orada sənədlərə baxıb görmüşdür ki, həmin torpaq sahəsində Fizulinin yaxın qohumlarının yaxın payıda var ki, həmin şəxslər Rusiyada yaşayırlar. O və oğlu razılaşmamışlar. Fizuliyə bildirmişlər ki, sənədləri qaydasına qoyduqdan sonra ona 1000 manat pul verəcək və sənədləşmə işlərini aparacaq. Bu söhbətdən sonra onlar ayrılmışlar. Həmin gündən sonra hərdən görüşmüşlər, bəzən də telefon vasitəsi ilə danışmışlar. Hər dəfə Fizuli ona bildirirdi ki, narahat olmasın, məsələ yaxın vaxtlarda həllini tapacaqdır və o, ona inanmışdır. Təxminən 2 aydan sonra oğluilə bilrikdə Fizulinin evinə getmişlər və orada görmüşlər ki, Fizulinin ona satacagı torpaq sahəsinə daş hasar çəkilmiş və torpaq sahəsində ev tikilmişdir. O, Fizulidən bunun nə olduğunu soruşduquda o, ona demişdir ki, təcili pula ehtiyacı olduğuna görə nəğd pul müqabilində həmin torpaq sahəsini başqa adama satmışdır, o, əsəbləşmiş və pulunu Fizulidən istəmişdir. Fizuli ona pulu qısa müddət ərzində qaytaracağını bildirsə də bu günə kimi müxtəlif bəhanələr qətirərək pulu qaytarmamışdır. O, da xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Füzulidən pulunu tam qaytarmasını tələb etmişdir Fizuli isə qısa müddətdə qaytaracagını bildirsə də pulu qaytarmamışdır. Bakı şəhəri Xəzər RPİ-nin İstintaq Şöbəsində Cavabdeh izahatı alınmışdır. İzahatı alınarkən Cavabdeh bildirmişdir ki, “Səxavət adlı şəxslə 3 ildir ki, tanışdır onunla münasibətləri əvvəllər normal olmuşdur, aralarında ədavət və düşmənçilikləri yoxdur. O, özünə məxsus torpaq sahəsinin 2 sotunu mərhum atasının müalicəsi üçün satmaq qərarına gəlmişdir. Səxavət ona həmin torpaq sahəsin almaq istədiyini bildirmişdir. Və onlar öz aralarında razılığa gələrək həmin torpaq sahəsinin 9000 manata satmağa razılaşmışlar. Səxavər ilkin olaraq beh kimi ona 3000 manat pul vermiş və qalan 6000 manat isə tez bir vaxtda verəcəyini bildimişdir. O, Səxavətə inanaraq 6 ay gözləmiş, lakin 6 aydan sonra Səxavət onunla əlaqə saxlayaraq torpaq sahəsinin ala bilməyəcəyini bildirmişdir. O, Səxavətə 3000 manat pulu hissə-hissə tam ödəyəcəyini Səxavətin ailəsinin yanında bildirmiş və aldığı pulları geri qaytaracağını öhdəliyinə götürmüşdür”. Göstərilənlərə əsasən Cavabdeh 3000 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi X2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, ifadəsi alınmış Cavabdeh bildirmişdir ki, Səxavət adlı şəxslə təxminən 3 ildir ki, tanışdır, onunla əvvəllər münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilikləri yoxdur. O, özünə məxsus torpaq sahəsinin 2 sotunu mərhum atasının müalicəsi üçün satmaq qərarına gəlmişdir. Səxavət ona həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və onlar öz aralarında razılığa gələrək həmin torpaq sahəsini 9000 manata satmağa razılaşmışlar. Səxavət ilkin olaraq beh kimi ona 3000 manat pul vermiş və qalan 6000 manat pulu isə tez bir vaxtda ödəyəcəyini bildirmişdir. O, Səxavətə inanaraq 6 ay gözləmiş, lakin 6 aydan sonra Səxavət onunla əlaqə saxlayaraq torpaq sahəsini ala bilməyəcəyini bildirmişdir. O, Səxavət adlı şəxsdən aldığı 3000 manat behi hissə-hissə Səxavətə tam ödəyəcəyini, Səxavətin ailəsinin yanında bildirmiş və Səxavətdən aldığı pulları geri qaytaracağını öhdəliyinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı torpaq almaq məqsədi ilə Cavabdeh hissə-hissə olmaqla 3 000 manat pul vermişdir. Cavabdeh aldığı 3 000 manat pulu İddiaçıa qaytaracağını öz öhdəsinə götürsə də həmin pulu qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 3000 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdehnın polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 50 manat dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul və 50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar