Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-17/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı1, Cavabdeh iştirakları ilə İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsinin naturada paya uyğun ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və paylara mütanasib olaraq İddiaçı1 istifadəsində olan torpaq sahəsi ilə aralarında hasar tikintisinin xərclərinin müəyyən edilərək tikintinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirilərək paylı mülkiyyətdə olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən iddiaçıların mülkiyyətində olan hissəsinin naturada ayrılması, cavabdehə hasarın tikintisinə hər hansı maneə törədilməsinin və hasarın dəyərinin yarısının yəni 500 manat olan hissəsinin cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbi dəqiqləşdirilərək İddiaçı1 ilə cavabdehin paylı mülkiyyətində olan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən iddiaçının mülkiyyətində olan hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, o, cavabdehə qarşı iddia tələbindən imtina etdiyini bildirdi və iddiadan imtinası qəbul olunaraq ona aid hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə İddiaçı2 iddiadan imtinasının qəbul olunaraq ona aid hissədə xitam verilməsinə etirazının olmadığını bildirdi. Həmçinin bildirdi ki, İddiaçı2 mübahisə predmeti olan torpaq sahəsinə dair payını İddiaçı1 bağışladığından onun cavabdehlə bu barədə mübahisəsi qalmamışdır. Məhkəmə iclasında Cavabdeh İddiaçı2 iddiadan imtinasının qəbul olunaraq ona dair hissədə iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin naturada paya uyğun ayrılması tələbinə dair hissədə iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, İddiaçı2 iddia tələbindən imtinasının əsası mübahisə predmeti olan torpaq sahəsinə dair payını iş üzrə digər cavabdeh İddiaçı1 bağışlamasından ibarət olduğundan və onun iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin naturada paya uyğun ayrılması tələbindəm imtinası qəbul edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə k, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin naturada paya uyğun ayrılması tələbinə dair iş üzrə İddiaçı2 iddiasından imtinası qəbul edilsin və ona aid hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-17/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-17/2022
13.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver