Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-170/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Qanuni nümayəndə1, Cavabdeh X3 nümayəndəsi və vəkili X8 Cavabdeh nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı bağ sahəsinin boşaldılması və iddiaçılara təhvil verilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 17 oktyabr 2002-ci ildə rəsmi nikaha daxil olmuşdular. Bakı şəhəri, X1 və İstismar Birliyi tərəfindən verilmiş 1 saylı Orderə əsasən İddiaçı1 Məmmad oğlunun adına Bakı şəhəri, Xəzər rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsi verilmişdir. İddiaçılar nikah dövründə həmin bağ sahəsini abadlaşdırmış və daimi orada yenidən qurma işləri görmüşdürlər. Sonradan iddiaçılar işləri ilə əlaqədar çox gedib gələ bilmədikləri və həmin bağ sahəsini sənədləşdir bilmədikləri üçün oranı sənədləşdirib satmaq qərarına gəlmişdilər. Bu zaman daha dəqiq desək 2007-ci il tarixində iddiaçılar Cavabdeh ilə tanış olmuşdular. Cavabdeh bildirmişdir ki, bağ sahəsi onun xoşuna gəlir. Əgər razılıq versələr həmin torpaq sahəsinin pulunun bir hissəsini ödəyib orada ev tikə, ev və torpaq sahəsinə çıxarış əldə etdikdən sonra qalan pulu da ödəməklə bağ sahəsini öz adına rəsmiləşdirər. Həmin vaxt tərəflər torpaq sahəsinin hər bir sotu 1000 (min) ABŞ dolları olmaqla 12000 (on iki min) ABŞ dollarına satışı barədə razılığa gəlmişdilər. İlkin olaraq beh kimi 2000 (iki min) ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçılara ödənilmişdir. 21 iyul 2007-ci il tarixində İddiaçı1 tərəfindən Cavabdeh, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsinində tikinti işləri görmək, sənədləşdirmək, özəlləşdirmək bağ sahəsi və bağ sahəsi üzərində tikilən evə çıxarış almaq səlahiyyəti verən etibarnamə verilmişdir. Razılığa əsasən torpaq sahəsi satılarkən onun bazar dəyərinə əsasən qalan 0,10 ha hissəsinin məbləği iddiaçılara ödənilməli idi. Bundan sonra Baxşəli Cəfrov tərəfindən qeyd olunan bağ sahəsində tikinti işləri aparılmağa başlamışdır. Təxminən bir neçə il bundan öncə həmin tikinti işləri yekunlaşmışdır. Əhmədov X10 Cəfərovdan torpaq sahəsi və orada tikilmiş evə çıxarış alıb almadığını soruşduqda cavabdeh hər dəfə müxtəlif bəhanələrlə hələ çıxarış almadığını bildirərək pulun yerdə qalan hissəsini ödəməkdən imtina etmişdir. Bundan sonra iddiaçılar məhkəmədə öz pozulmuş mülkiyyət hüquqlarını müdafiəsi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdırlar. Hesab edirlər ki, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul olunmalıdır. Daha sonra iddiaçılar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 60 Q saylı bağ sahəsi ilə bağlı X3 adına verilmiş ********** qeydiyyat nömrəli, 02.08.2016-cı il tarixli, RX seriyalı ******* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxt və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayarq, İddiaçı2 nümayəndəsi və vəkili Qanuni nümayəndə2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə iddiaçı İddiaçı2 nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Qanuni nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərk iddia tələbinin təmin edilməsini xahiş etdi. 10 mart 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Qanuni nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərk iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X12 iddia etiraf etdi və məhkəməyə mülahizə təqdim etmişdir. Mülahizədə qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və digərlərinə qarşı iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə verərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aprılmış qeydin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O iddiaçılardan İddiaçı1 2007-ci ildə tanımış və Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsi onun xoşuna gəlmişdir. Sonradan həmin torpaq sahəsinin pulunun bir hissəsini ödəyib orada ev tikməyə başlamışdır. Razılığa əsasən ev və torpaq sahəsinə çıxarış əldə etdikdən sonra qalan pulu da ödəməklə bağ sahəsini öz adına rəsmiləşdirməli idi. Həmin vaxt tərəflər torpaq sahəsinin hər bir sotu 1000 (min) ABŞ dolları olmaqla 12000 (on iki min) ABŞ dollarına satışı barədə razılığa gəlmişdilər. İlkin olaraq beh kimi 2000 (iki min) ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı1 ödənilmişdi. 21 iyul 2007-ci il tarixində İddiaçı1 tərəfindən Cavabdeh, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsinində tikinti işləri görmək, sənədləşdirmək, özəlləşdirmək bağ sahəsi və bağ sahəsi üzərində tikilən evə çıxarış almaq səlahiyyəti verən etibarnamə verilmişdir. Razılığa əsasən torpaq sahəsi satılarkən onun bazar dəyərinə əsasən qalan 0.10 ha hissəsinin məbləği iddiaçılara ödənilməli idi. Cavabdeh tərəfindən qeyd olunan bağ sahəsində tikinti işləri aparılmağa başlamışdır. Bir neçə ilə bundan öncə həmin tikinti işləri yekunlaşmışdı. Cavabdeh həmin torpaq sahəsinə və evə çıxarış almaq istədikdə ona ilk öncə torpağa çıxarış almasını bildirmişdilər. Bundan sonra Cavabdeh İddiaçı1 adına Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Sonradan o İddiaçı1 axtarıb bağ sahəsini öz adına keçirtmək üçün birlikdə notariusa getmək istəsə də sonuncunu tapa bilməmişdir. Notariusdan is ona etibarnamə ilə torpağı öz adına keçirtməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Cavabdeh öz adına alqı-satqı edə bilmədiyi üçün ona verilmiş etibarnamə əsasında formal alqı-satqı müqaviləsi imzalayaraq bağ sahəsini oğlunun mülkiyyətinə keçirmişdir. Həmin vaxt onun fikri sonradan oğlun tərəfindən qeyd olunan bağ sahəsini öz adına bağışlama etmək və bundan sonra iddiaçılara pul vəsaitini ödəmək olmuşdur. Lakin sonradan oğlu ilə arasında mübahisə düşmüş və bağ sahəsini öz adına sənədləşdirə bilməmişdir. 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən X11 tərəfindən hər hansı ödəniş həyata keçirilməmiş, pullar Cavabdeh tərəfindən formal olaraq hesaba köçürülüb sonradan çıxarılmışdır. Qeyd olunanlara əsasən Cəfərov X5 Əhməd Məmməd oğlu və İddiaçı2 Cavabdeh və digərlərinə qarşı iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə verərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 48/588 reyestr nömrəli alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aprılmış qeydin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə iddia tələbini etiraf edir və iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi və vəkili X13 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Qanuni nümayəndə1 cavabdeh X3 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəməyə etiraz təqdim edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsindən göründüyü kimi iddiaçılar ilk öncə iddia tələbini ilk öncə yalnız Cavabdeh qarşı qaldıraraq Cavabdeh Bakı şəhəri, Xəzər rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Belə ki, Bakı şəhəri, X1 və İstismar Birliyi tərəfindən verilmiş 1 saylı Orderə əsasən İddiaçı1 adına Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsi verilmişdir. İddiaçılar nikah dövründə həmin bağ sahəsini abadlaşdırmış və daimi orada yenidən qurma işləri görmüşdülər. Sonrdan iddiaçılar işləri ilə əlaqədar çox gedib gələ bilmədikləri və həmin bağ sahəsini sənədləşdirə bilmədikləri üçün oranı sənədləşdirib satmaq qərarına gəlmişdilər. Bu zaman daha dəqiq desək 2007-ci il tarixində iddiaçılar cavabdehlərdən Cavabdeh ilə tanış olmuşdular. Cavabdeh bildirmişdir ki, bağ sahəsi onun xoşuna gəlir. Əgər razılıq versələr həmin torpaq sahəsinin pulunun bir hissəsini ödəyib orada ev tikə, ev və torpaq sahəsinə çıxarış əldə etdikdən sonra qalan pulu da ödəməklə bağ sahəsini öz adına rəsmiləşdirər. Həmin vaxt tərəflər torpaq sahəsinin hər bir sotu 1.000 (min) ABŞ dolları olmaqla 12.000 (on iki min) ABŞ dollarına satışı barədə razılığa gəlmişdilər. İlkin olaraq beh kimi 2000 (iki min) ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçılara ödənilmişdi. 21 iyul 2007-ci il tarixində İddiaçı1 tərəfindən Cavabdeh, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsinində tikinti işləri görmək, sənədləşdirmək, özəlləşdirmək bağ sahəsi və bağ sahəsi üzərində tikilən evə çıxarış almaq səlahiyyəti verən etibarnamə verilmişdir. Razılığa əsasən torpaq sahəsi satılarkən onun bazar dəyərinə əsasən qalan 0,10 ha hissəsinin məbləği iddiaçılara ödənilməli idi. Bundan sonra Cavabdeh tərəfindən qeyd olunan bağ sahəsində tikinti işləri aparılmağa başlamışdır. Təxminən bir neçə il bundan öncə həmin tikinti işləri yekunlaşmışdır. Əhmədov X10 Cəfərovdan torpaq sahəsi və orada tikilmiş evə çıxarış alıb almadığını soruşduqda cavabdeh hər dəfə müxtəlif bəhanələrlə hələ çıxarış almadığını bildirərək pulun yerdə qalan hissəsini ödəməkdən imtina etmişdir. Bundan sonra iddiaçılar məhkəmədə öz pozulmuş mülkiyyət hüquqlarını müdafiəsi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdırlar. Bu səbəbdən iddiaçılar Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. 16 sentyabr 2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul edərək bildirmişdir ki, Cavabdeh iddiaçılardan İddiaçı1 adına Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmış və sonadan öz adına alqı-satqı edə bilmədiyi üçün formal alqı-satqı müqaviləsi imzalayaraq bağ sahəsini oğlunun mülkiyyətinə keçirmişdir. Həmin vaxt onun fikri sonradan oğlun tərəfindən qeyd olunan bağ sahəsini öz adına bağışlama etmək və bundan sonra iddiaçılara pul vəsaitini ödəmək olmuşdur. Lakin sonradan oğlu ilə arasında mübahisə düşmüş və bağ sahəsini öz adına sənədləşdirə bilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə mülahizədə də eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İddiaçılar Cavabdeh bildirdiyi xüsusatlardan ümumiyyətlə xəbərsiz olduqlarından bu barədə məlumat əldə etdikdən sonra tərəflərindən edilmiş müraciət əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisindən əldə edilmiş 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə bağlı notariat işinin təsdiq olunmuş surəti ilə məlum olmuşdur ki Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsi X3 adına sənədləşdirilmişdir. Bundan sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Məhkəməyə müraciət edərək X6, Bakı şəhər 9 saylı notariat ofisini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cavabdeh qismində əlavə edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aprılmış qeydin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra mülki işin məhkəmə araşdırması zamanı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsi cavabdeh X3 adına 1116-51465qeydiyyat nömrəli, 02.08.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş və bundan sonra iddiaçılar tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə verilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər Rayonu Xaşa- Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsi ilə bağlı cavabdeh X3 adına verilmiş 1116-51465qeydiyyat nömrəli, 02.08.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu Xaşa-Xuna bağlan sahəsində yerləşən 60 Q seyli bağ sahəsinin Azərbaycan Respublulləsi Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisindən əldə edilmiş 217 .2016-ci 6 tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə cavabdeh X7 satılmasından və hüquqların Dövlət qeydiyyatı həqqında daşınmaz əmləkən Dövlət reyestrində ********* qeydiyyat nömrəli, 02.08.2016-cı tarixli, RX seriyalı ******* nömrəli çıxarışla sonuncunun adın rəsmiləşdinimənindən yalniz məhkəmə araşdırması samanı məlumatı olmuşdur. Bu səbəbdən də X4 məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Qanuni nümayəndə2 iddia müddətinin tətbiq edilməsi barədə ərizənin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 9 saylı Notariat ofisinin 1811 nömrəli 25.09.2020-ci il tarixli notariat işindən görünür ki, İddiaçı1 Bakı şəhəri, X1 və İstismar Birliyi tərəfindən verilmiş 1 saylı Orderə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna bağ sahəsi, 0.12 hektardan ibarət olan 60Q saylı bağ sahəsində tikinti işləri görməyi, sənədləşdirməyi, özəlləşdirməyi, bağ sahəsinə və bağ sahəsi üzərində tikilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması ilə bağlı işlərin aparılması üçün Cavabdeh 50 (əlli) il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı 20.11.2020-ci il tarixli, **********46 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 0.12 hektardan ibarət olan 60Q saylı bağ sahəsi 01 saylı order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 27.05.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında sözügedən bağ sahəsi 15.07.2016-cı il tarixdə İddiaçı1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-588 reyestr nömrəli, 21.07.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında 0.12 hektar torpaq sahəsi olan 60Q saylı bağ sahəsi 02.08.2016-cı il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı 20.11.2020-ci il tarixli, **********46 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 15.07.2016-cı il tarixli, seriya RX ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 0.12 hektardan ibarət olan 60Q saylı bağ sahəsi İddiaçı1 mülkiyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı 20.11.2020-ci il tarixli, **********46 nömrəli məktuba əlavə edilmiş 21.07.2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 əvəzinə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 0.12 hektardan ibarət olan 60Q saylı bağ sahəsini X7 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin məhkəməyə ünvanladığı 20.11.2020-ci il tarixli, **********46 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 02.08.2016-cı il tarixli, seriya RX ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 0.12 hektardan ibarət olan 60Q saylı bağ sahəsi X3 mülkiyyətindədir. Məhkəmə müəyyən etdi ki, İddiaçı1 Bakı şəhəri, X1 və İstismar Birliyi tərəfindən verilmiş 1 saylı Orderə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 0.12 hektardan ibarət olan 60Q saylı bağ sahəsində tikinti işləri görməyi, sənədləşdirməyi, özəlləşdirməyi, bağ sahəsinə və bağ sahəsi üzərində tikilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması ilə bağlı işlərin aparılması üçün Cavabdeh 50 (əlli) il müddətinə etibarnamə vermişdir. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 0.12 hektardan ibarət olan 60Q saylı bağ sahəsi 01 saylı order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 27.05.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında sözügedən bağ sahəsi 15.07.2016-cı il tarixdə İddiaçı1 adına dövlət reyestrində qeydiyyata alınmış, daha sonra Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-588 reyestr nömrəli, 21.07.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında 0.12 hektar torpaq sahəsi olan 60Q saylı bağ sahəsi 02.08.2016-cı il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Həmçinin məhkəmə iclasında mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili X9 təqdim etmiş olduğu ərizədən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa- Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə iddia tələbini etiraf edir və iddianın təmin olunmasına etiraz etmir. Mülki işin materiallarında görünür ki, mübahisəli torpaq sahəsi məhz İddiaçı1 vermiş olduğu etibarnamə əsasında İddiaçı1 xeyrinə müəyyən hərəkətləri aparmalı olan Cavabdeh tərəfindən həmin mübahisəli torpaq sahəsi mülki iş üzrə digər cavabdeh X7 satmışdır. Sonuncu Cavabdeh oğludur. Cavabdeh iddiaya münasibətdə iddianı etiraf edir və onun təmin edilməsinə etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etməyə bilər, lakin məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı bu cür halların olmaması mülki iş üzrə Cavabdeh iddianın etiraf etməsi hissəsində etiraf məhkəmə tərəfində qəbul edilməlidir. Hazırda iddiaçılar Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 60 Q saylı bağ sahəsi ilə bağlı X3 adına verilmiş ********** qeydiyyat nömrəli, 02.08.2016-cı il tarixli, RX seriyalı ******* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi iddiaçılar mübahisəli torpaq sahəsi ilə bağlı bağlanmış əqdin etibarsızlığını mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddiaçıları hazırkı mülki iş üzrə mübahisəli bağ sahəsinə dair bağlanmış əqdləri mübahisələndirməkdə haqlıdırlar və bu hüquqa malkidirlər. Həmçinin iddia ərizəsindən, mülki işin materiallarından və tərəflərin vermiş olduğu izahatlarında müəyyən olunur ki, qeyd edilən torpaq sahəsinə dair müqavilələr məhz İddiaçı1 Cavabdeh verilmiş olan etibarnamə əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər (maddə 359.1). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz (maddə 359.3). Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (maddə 362.1). “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli Qərarında göstərmişdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk nöbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə nünasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi əqd təmsilçi vasitəsilə də bağlana bilər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibamamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Belə səlahiyyətlər əks olunmamışdırsa, bu təmsil olunanın iradə və maraqlarına uyğun olmayan hesab olunur. Hazırkı işin halları ilə sübut olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsi iddiaçıların iradəsi va maraqları daxilində olmamış, bu müqavilə formal olaraq imzalanmaqla həmçinin iddiaçı Cavabdeh maraqlarına xidmət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 (onun adından Cavabdeh) ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Mülki işin materiallarından görünüdüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 02.08.2016-cı il tarixli, seriya RX ******* nömrəli çıxarışı əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 0.12 hektardan ibarət olan 60Q saylı bağ sahəsi X3 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, X3 mübahisəli bağ sahəsinə mülkiyyət hüquqlarının yaranmasına səbəb olan 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, onun doğurduğu nəticələr də etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 02.08.2016-cı il tarixli, seriya RX ******* nömrəli çıxarış ləğv edilməli və İddiaçı1 mülkiyyət hüquqları bərpa olunmalıdır. Belə ki, Azərbaycan Rsepublikasının Konsitusuyasının 29 maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən 60 Q saylı bağ sahəsindən çıxarılmalı və bağ sahəsinin iddiaçılara təhvil verilməlidir. Həmçinin cavabdeh X3 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, “İddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyekti anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları)” Məhkəmə qeyd edir ki, mülki işin materiallarından və iddiaçıların vermiş olduğu iddia ərizəsi və ona sonradan edilmiş iddia həçmin artırılması barədə ərizələrdən görünür ki, iddiaçılar həmin mübahisəli torpaq sahəsinin daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinin X3 adına özgəninkiləşdirilməsi onlara sonradan bəlli olmuşdur. Belə ki, mülki işin materiallarında olan İddiaçı1 nümayəndəsi və vəkili Qanuni nümayəndə1 sorğusuna ünvan 2 ünvanlanmış, məhz bundan sonra iddiaçılar tərəfindən iddia həçminin artırılması ilə bağlı ərizəsi məhkəməyə təqdim edilmişdir. Burdan belə bir nəticəyə gəlmək olar ki, iddaçılar məhz 25.09.2020-ci il tarixdən öz hüquqlarının pozulmuş olduğunu biliblər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı 09.10.2020-ci il tarixdə müraciət etdiklərindən onların iddia müddətinin ötürülmədiyi qənaətinə gəlməyə əsas verir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarının tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair hüquqlarının pozulduğunu bilməli olduğu və ya bildiyini müvafiq sübutlarla sübuta yetirildiyindən cavabdeh tərəfindən bu halı sübutetmə yüklülüyü mövcuddur. Lakin cavabdeh tərəfindən bu halları təsdiq edəcək sübut məhkəmə təqdim edilməmişdir. Belə olan halda məhkəm hesab edir ki, cavabdeh X3 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilməli, Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 60 Q saylı bağ sahəsi ilə bağlı X3 adına verilmiş ********** qeydiyyat nömrəli, 02.08.2016-cı il tarixli, RX seriyalı ******* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılmalı və bağ sahəsinin iddiaçılara təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı1 ilə X11 arasında imzalanmış 21.07.2016-cı il tarixli, 4Ə/588 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 60 Q saylı bağ sahəsi ilə bağlı X3 adına verilmiş ********** qeydiyyat nömrəli, 02.08.2016-cı il tarixli, RX seriyalı ******* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər Rayonu Xaşa-Xuna bağları sahəsində yerləşən, 60 Q saylı bağ sahəsindən çıxarılsın və bağ sahəsi iddiaçılara təhvil verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-170/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-170/2021
18.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver