Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1701/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs* və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 *9 may 2022-ci il tarixində * qız uşağının doğması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X3 ilə könüllü olaraq nikahlarını rəsmləşdirmədən ailə qurmuşlar və faktiki olaraq 20 iyul 2002-ci il tarixdən birgə ailə həyatı yaşamağa başlayaraq birlikdə təsərrüfat aparmışlar. Övladlarının dünyaya gəlməsini bildikdən sonra rəsmi nikaha daxil olmaq üçün 5 saylı Asan Xidmət mərkəzinə müraciət etmişlər və 22 yanvar 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra həyat yoldaşı onun soyadına keçərək Əsgərova soyadını daşıyır. Birgə nikahlarından *9 may 2022-ci il tarixdə qızları - X7 anadan olmuşdur. Həyat yoldaşı Əsgərova X2 rayonu, Biləsər kəndində pasport qeydiyyatında olsa da, faktiki yaşayış yeri Bakı şəhəri, Binə qəsəbəsi, dalan *, ev 35 ünvanındadır və hazırkı pandemiya şəraiti, hamiləlik dövründə və sonralar azyaşlı uşaqla gediş-gəlişin çətinliyi, uşaq doğulduqdan sonra uşaqla yol gedilməsinin mümkün olmaması, eyni zamanda uşağın ev şəraitində dünyaya gəlməsi X4 qeydə alınmasını çətinləşdirmişdir və vaxtında qeydə alınmaqla bağlı müraciət etsə də, uşaq ev şəraitində doğulduğundan ərizəsi qəbul edilməmiş və şifahi olaraq məhkəmə qaydasında doğum faktının müəyyən edilməsi tövsiyə olunmuşdur. Yenidən *3 fevral 2023-cü il tarixli ərizə ilə Xəzər rayon Qeydiyyat idarəsinə rəsmi müraciət etmiş və 28 mart 2023-cü il tarixli məktubla uşağın qeydiyyata alınmasından imtina edilmişdir. Ona görə də doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X7 hazırda sağlamdır və 29 saylı BSX-nın uşaq poliklinika şöbəsində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, rəsmi nikahları 22 yanvar 2022-ci il tarixdə qeydə alınsa da, Maraqlı şəxs2 ilə *0 ildən artıq müddətdir ki, birgə təsərüffat aparmaqla birlikdə yaşamışlar. Əvvəllər bir uşaqları dünyaya gəlmiş, lakin uşaq vəfat etmişdir. Bundan sonra uzun müddət ərzində uşaqları olmamışdır. *9 may 2022-ci il tarixdə qızları dünyaya gəlmişdir. Uşaq xəstəxanada deyil, Bakı şəhərində anasının evində andan olmuşdur. Lakin savadsızlıqlarından, eləcə də pandemiya səbəbindən uşağa doğum haqqında şəhadətnamə almamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 da ərizənin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Ərizəçila faktiki olaraq *0 ildən artıqdır ki, birlikdə ailə kimi yaşayırlar. Həmin müddət ərzində bir uşaqları olsa da ölmüşdür. Bundan sonra uzun müddət uşaqları olmamışdır. Həmin müdət ərzində “Sağlam Ailə” klinikasında, eləcə də digər həkimlərdən müalicələr almışdır. Hamiləlik dövrü isə pandemiyaya təsadüf etmişdir və hamiləyi dövründə eləcə də doğuş vaxtı hər hansı həkimə müraciət etməmişdir. Uşaq qaynanasının evində *9 may 2022-ci il tarixdə dünyaya gəlmişdir. Uşağın dünyaya gəlməsinə qaynanası və baldızı köməklik etmişdir. Digər maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs* məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında *0 yanvar 2022-ci il tarixdə nikahları rəsmiləşdirilmişdir. İş materiallarında olan 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 25 mart 2023-cü il tarixli, *29 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi dalan *, ev 35 ünvaında yaşayan, *9 may 2022-ci il tarixdə doğulmuş X7 hazırda sağ salamatdır və 25 mart 2023-cü il tarixdən həmin xəstəxananın uşaq poliklinika şöbəsində qeydiyyatdadır. Bakı şəhəri Maraqlı şəxs* 3-*6-5/8-*5-42*/2023 nömrəli, 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.5.4-cü bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. "Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir". Ona görə də Maraqlı şəxs* bu Qaydada nəzərdə tutulan əsaslar olmadığı üçün doğumu qeydə almaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Ərizəçi onun oğludur. Oğlu uzun illərdir ki, evlidir, həmin müddət ərzində * uşaqları olsa da yaşamamışdır. Uzun müddət idi ki uşaqları olmurdu. Bundan sonra gəlini hamilə qalmışdır. *9 may 2022-ci il tarixdə oğlu ilə gəlini onlara Bakı şəhərində yerləşən evlərinə qonaq gəlmiş və həmin gün uşaq dünyaya gəlmişdir. Həmin vaxt həkimə gedə bilməmişlər. Doğuşa o və qızı Səlimə kömək etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı arvadı ilə anasıgilə qonaq gələn vaxt uşaqları dünyaya gəlmişdir. Həmin hadisə *9 may 2022-ci il tarixdə baş vermişdir. Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin ** avqust 2023-cü il tarixli, 428/2023-MTBŞ nömrəli rəyindən görünür ki, tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən Ərizəçi və Maraqlı şəxs2 ekspertizaya təqdim olunmuş uşaq barəsində atalıq və analıq faktı inkar olunmamışdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İşin faktiki halları isə ondan ibarət olmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs2 nikahlarını *0 yanvar 2022-ci il tarixdə rəsmiləşdirsələr də uzun müddət ailə kimi birlikdə yaşayaraq, birgə təsərrüfat aparmışlar. Maraqlı şəxs2 hamilə dövründə hər hansı həkimə müraciət etməmişdir. Hazırda ərizəçi qeyd edir ki, həmin nikahdan *9 may 2022-ci il tarixdə qız uşaqları dünyaya gəlmişdir. Həmçinin müəyyən edilmişdir ki, ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün müvafiq şöbəyə müraciət etsə də, şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə işin faktiki hallarına münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının *.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın *.3-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Həmin Qərarın *3-cü bəndində qeyd edilir ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Həmin qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən, məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, məhkəmə tərəfindən uşağın doğum faktı o halda müəyyən edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmur və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina edir, ərizəçi bu sənədləri başqa qaydada əldə edə bilmir. Məhkəmə hesab edir ki, ərizəçinin qızının doğulması faktını təsdiq edən müvafiq tibb müəssisəsinin sənədi olmadığı üçün ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, çünki uşaq tibb müəssisəsindən kənarda anadan olmaqla həkimə müraciət edilməmiş və doğuşa həkim köməklik göstərməmişdir. Həmçinin məhkəmə baxışı iclasında dindirilmiş hər iki şahid *9 may 2022ci il tarixdə Bakı şəhərində bir qız uşağının Maraqlı şəxs2 doğulduğu faktını təsdiq etmişdir. Bununla yanaşı məhkəmənin 0* iyun 2023-cü il tarixli qərardadı ilə ərizəçinin və maraqlı şəxsin *9.05.2022-ci il təvəllüdlü uşağın valideyinləri olub-olmamasının müəyyənləşdirilməsi məsələsinin həlli üzrə xüsusi biliklər tələb olunduğundan bu məsələnin həlli üçün iş üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs2 ekspertizaya təqdim olunmuş uşaq barəsində atalıq və analıq faktı inkar olunmamışdır. Azərbaycan Respublikası MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan və məhkəmə baxışı zamanı araşdırılmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməli, *9 may 2022-ci il tarixdə bir qız uşağının X* doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs2 *9 may 2022-ci il tarixdə Bakı şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-1701/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1701/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver