Məhkəmə qərarları › İş №2(003)-1708/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1708/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1708/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı1, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və həmin mənzilin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğulduğu gündən ata mülkü olan ünvan 1 ünvanında yerləşən mənzildə öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin mənzildə qardaşı İddiaçı2, X8 və onların ailəsi ilə birlikdə yaşayır. Atası və anası vəfat etdikdən sonra qardaşlarının razılığına əsasən ata mülkü paylı mülkiyyət kimi onların adına rəsmiləşdirilmiş (yəni o, İddiaçı1, İddiaçı2, X3) və hal-hazırda da onların mülkiyyətində və istifadəsindədir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki invertarlaşma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin 035579 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 yaşayış evinin mənzili İddiaçı1 adına 5/8 payda xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 02 nömrəli, səhifə 206, qeydə alma 30, nömrə 16976, xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Eyni zamanda o, İddiaçı2 da həmin mənzildə paylı mülkiyyətçidir. Həmin mənzildə ailə üzvüləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. ünvan 1 ünvanında yerləşən mənzildə X9, X10, X11, İddiaçı1, X13, X8, X6, Cavabdeh2, X5, X7 qeydiyyatdadırlar. O, İddiaçı2 X5 ilə nikaha daxil olduqdan sonra ünvan 2 ünvanında yerləşən mənzildə yaşamağa başlamış və bu günə qədər də həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Onların birgə nikahlarından X6, Cavabdeh2 və X4 doğulmuş və onlar da sözügedən mənzildə doğulub böyümüşlər və həmin ünvanda qeydiyyatdadırlar. X4 ailə qurduqdan sonra qeydiyyatdan çıxmışdır. Qeyd edir ki, onların ailə münasibətləri normaldır, qardaşının və onun ailəsinin mülkiyyətində olan mənzildə yaşamaqlarına dair heç bir ehtirazı yoxdur. Lakin onun, yəni İddiaçı2 oğlu Cavabdeh2 2018-ci ildə ailəsinin və böyüklərin razılığı olmadan Cavabdeh1 ilə qeyri-rəsmi münasibətdə yaşamağa başlamışdır. Belə ki, Cavabdeh1 daha öncə ailəli olmuş və həmin nikahdan 2 övladı vardır. Eyni zamanda Fuad ilə onun arasında çox yaş fərqi olduğundan Aysel bundan istifadə etməkdədir. Onlar 2018-ci ilədək onların, yəni İddiaçı2 və İddiaçı1 ilə heç bir narazıçılıq və mübahisə olmadan uzun illər birgə yaşamışlar. Lakin Cavabdeh1 müxtəlif bəhanələrlə iddiaçının razılığı olmadığı halda ünvan 1 ünvanında yerləşən mənzilə daxil olmuş və bu günə qədər də həmin mənzildən onu çıxara bilmirlər. Bununla bağlı dəfələrlə polisə müraciət etmişlər, lakin heç bir nəticəsi olmamışdır. Qardaşı İddiaçı2 və onun ailəsini təhqir edir, nalayiq ifadələr işlədir, hətta X2 qarşı dəfələrlə təziq göstərmişdir. Evdə olan əşyaları və geyimləri yandıraraq yararsız hala salır. Hər gün evdə mübahisə və səs-küy edir. Onun bu hərəkətləri onları dinc yaşamağa qoymur. Bilərəkdən və qəsdən qardaşı və onun həyat yoldaşını təhqir edərək qıcıqlandırmağa çalışır. Fuad isə onun bu hərəkətlərinə göz yumur. Hətta Cavabdeh2 qarşı 4 dəfə bıçaq çəkmişdir. Bununla bağlı Fuadın bədənində bıçaq xəsarətləri vardır. Dəfələrlə Cavabdeh1 və Cavabdeh2 mənzili boşaltmalarını tələb etsələr də, səs-küy yaradaraq mülkiyyətində olan mənzildən çıxmaqdan yayınırlar. Cavabdehlərin onlara məxsus mənzilin yaşayış sahəsinə sahiblik və istifadə hüququ mövcud deyildir. Buna baxmayaraq bu günə kimi cavabdehlər onların evidədir. İşin bu və digər halları onu deməyə əsas verir ki, cavabdehlər onlara məxsus mənzildən çıxarılmalıdırlar. Hesab edir ki, işin faktiki halları və onları təsdiq edən sübutlar iddia tələbinin təmin olunmasına zəmin yaradır. Bundan başqa bildirir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdə qalması nəticəsində onlar xüsusi mülkiyyətlərindən sərbəst istifadə və ona sahiblik edə bilmirlər. İddiaçıların sahiblik, istifadə hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia ərizəsini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 035579 saylı xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanı 5/8 payda İddiaçı1 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ASAN-5 xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında X9, X10, X11, İddiaçı1, X13, X8, X6, Cavabdeh2, X5, X7 qeydiyyatdadırlar. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati icraatın açılması üçün ərazi aidiyyəti üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi, X1 və Cavabdeh1 “münaqişəli ailə” kimi qeydiyyata götürülməsi üçün ərazi aidiyyəti üzrə xidmət aparan sahə inspektoruna həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir: “xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh1 xx.xx.2010-cu il tarixdən ünvan 5 ünvanında, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvanlara qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlam müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh2 və Cavabdeh1 nikahı haqqında hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 5/8 hissədə İddiaçı1 xüsusi mülkiyyətindədir. Cavabdeh2 doğulduğu vaxtdan həmin ünvanda yaşayır. Digər Cavabdeh1 isə Cavabdeh2 ilə 2018-ci il tarixində qeyri-rəsmi evlənmiş və mübahisəli mənzilə köçüb həmin ünvanda yaşamağa başlamışdır. İddiaçılar cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb edirlər, tələblərini onunla əsaslandırırlar ki, mənzil onların mülkiyyətindədir. İddiaçılar tələblərini mənzilin onların mülkiyyətində olması ilə əsaslandırsalar da, yanaşı yoxlanmış xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçılardan yalnız İddiaçı1 mənzilin mülkiyyətçisi olduğu təsdiq edilmişdir. İş üzrə sübutlarla İddiaçı2 mənzilin mülkiyyətçisi olması halı təsdiq edilməmişdir. Bundan əlavə, müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Həmçinin iş üzrə sübutlarla Cavabdeh1 mənzilin mülkiyyətçisi ilə müvafiq mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanması halı da təsdiq edilməmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd edilən Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mübahisəli evin paylı mülkiyyətçisi olan İddiaçı1 ilə Cavabdeh1 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, digər şəxslərin köçürülməsinə isə yalnız mülkiyyətçinin yazılı notariat qaydasında bağlanan razılığı ilə yol verildiyindən, bununla da Cavabdeh1 qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, İddiaçı1 məxsus mənzildən Cavabdeh1 notarial qaydada yazılı razılaşma bağlamadığından onun həmin mənzilə istifadə hüququ əmələ gəlməmişdir. Odur ki,onun həmin mənzildə özünəməxsus əşyaları yerləşdirmək hüququ yoxdur, mənzilin mülkiyyətçisinin həmin mənzili cavabdehin istifadəsinə verməmək üzrə qanunla qorunan mülkiyyətçi hüququ vardır. Odur ki, İddiaçı1 iddia tələbi təmin edilməli, Cavabdeh1 mənzildən çıxarılmalı, mənzil Cavabdeh1 məxsus əşyalardan boşaldılmalı, mənzil İddiaçı1 təhvil verilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildə doğulub yaşadığından, onun həmin mübahisəli mənzilə istifadə hüququ olduğundan iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə sübutlarla İddiaçı2 mənzilin mülkiyyətçisi olması halı təsdiq edilmədiyindən onun iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ünvan 6 ünvanında yerləşən mənzildən çıxarılmalı və həmin mənzil Cavabdeh1 məxsus əşyalardan boşaldılmalı, mənzil İddiaçı1 təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ünvan 6 ünvanında yerləşən mənzildən çıxarılsın və həmin mənzil Cavabdeh1 məxsus əşyalardan boşaldılsın, mənzil İddiaçı1 təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar