Məhkəmə qərarları › İş №2(003)-1725/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1725/2022

27.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1725/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs2 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Maraqlı şəxs2 qıznıa qarşı “miras əmlakın qəbul edilməsi” hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Maraqlı şəxs2 qıznıa qarşı “miras əmlakın qəbul edilməsi” hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında ərizəçi X3 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, “miras əmlakın qəbul edilməsi faktının müəyyən olunmasına” dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, onlar arasında məhkəmə mübahisəsi vardır. Ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz elmədiyini bildirdi Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməli, ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 260, 263-264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və Maraqlı şəxs2 qıznıa qarşı “miras əmlakın qəbul edilməsi” hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar