Məhkəmə qərarları › İş №2(003)-1729/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1729/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1729/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat Ofisi olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat Ofisi olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4ə dair mirası qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, atası X10 xx.xx.1972-ci il tarixdə vəfat etmişdir. ünvan 1 mərhum atasına məxsus olmuşdur. X12 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. X1 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. X2 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Ondan başqa vərəsə yoxdur. Miras qoyan atası X5 vəfatından sonra onun vərəsəsi kimi o, həmin evdə yaşamış və mirası faktiki olaraq qəbul etmişdir. Atasının vəfatından sonra miras qalmış əmlak faktiki olaraq onun tərəfindən qəbul edilmiş və hal-hazırda həmin əmlaka faktiki olaraq sahiblik edir. Evin mülkiyyətçisi olmuş X10 xx.xx.1972-ci il tarixdə vəfat etdiyindən qüvvədən düşmüş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsinə görə həmin vaxtdan vərəsəlik açılmışdır. Qeyd olunan maddəyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Hal-hazırda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi evə dair çıxarış almaq və ailə üzvlərini evə qeydiyyata salmaq üçün ona lazımdır. Maraqlı şəxs Bakı şəhəri 25 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan SSR Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1956-cı il tarixli çıxarışının surətindən görünür ki, X7 Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində ev verilmişdir. -АЗП-ИЕ seriyalı 427020 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1972-ci il tarixdə “insult” səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeydə alınması kitabında xx.xx.1972-ci il tarixdə 9 nömrə ilə qeyd edilmişdir. -xx.xx.1990-cı il tarixli, reyestrdə Д-9-2053 saylı qeydiyyata alınmış vəsiyyətnamənin surətindən görünür ki, Törəxanım Fərəc qızı ölüm gününə qədər ona məxsus olacaq bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. -AZ-İ seriyalı 004225 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Törəxanım Fərəc qızı xx.xx.2003-cü il tarixdə “kəskin ÜDÇ” səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeydə alınması kitabında xx.xx.2003-cü il tarixdə 198 nömrə ilə qeyd edilmişdir. -İİİ-ЖГ seriyalı 389757 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeydə alınması kitabında xx.xx.1987-ci il tarixdə 127 nömrə ilə qeyd edilmişdir. -610 saylı xx.xx.2001-ci il tarixli ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə “kəskin qan-damar çatışmazlığı” səbəbindən Bakı şəhərində vəfat etmişdir. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısınını Buzovna qəsəbə inzibati dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 566 saylı arayışından aydın olur ki, X11 xx.xx.1972-ci il tarixində vəfat edən zamana qədər aşağıdakı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır: arvadı Törəxanım Fərəc qızı (2003-cü ildə ölüb), oğlu Nadir Əliyev (2001-ci ildə ölüb), qızı Züleyxa Əskərova (1987-ci ildə ölüb) və oğlu Ərizəçi. Bakı şəhəri 25 saylı Notariat Ofisinin Notariusu tərəfindən Ərizəçi Cənnət oğluna verilmiş xx.xx.2023-cü il tarixli x/o-162/23 nömrəli məktubdan aydın olur ki, onun X6 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə mirasın qəbulu üçün müəyənləşdirilmş müddətin ötməsi səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinin 5-ci hissəsinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən müəyyən edilməsi xahiş olunan miras əmlakın qəbul edilməsi faktı - əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olan faktdan ibarətdir. Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İşin araşdırılmış hallarından görünür ki, Ərizəçi atası xx.xx.1972-ci il tarixdə vəfat etmişdir. Vəfat edən zaman onun birinci növbə vərəsələri arvadı-Törəxanım Fərəc qızı, oğlanları- X14, Ərizəçi və qızı- X9 olmuşdur. X8 vəsiyyət üzrə vərəsəlik əsasında vəsiyyətnamə ilə ölüm gününədək ona məxsus bütün əmlakını oğlu Ərizəçi vəsiyyət etmişdir. Özü isə xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Digər vərəsələr X14 və X9 da vəfat etmişlər. Bununla da Ərizəçi miras əmlakın yeganə varisi olmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1972-ci ildə miras qoyanın vəfat etməsi ilə yarandığından hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən Məcəllənin: -527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. -528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. -529-cu maddəsinə əsasən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. -532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. -533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. -552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. -553-cü maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, miras qoyanın ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsəsi Ərizəçi miras qalmış əmlakı faktiki qəbul etdiyindən həmin miras qalmış əmlak (yaşayış evi) onların mülkiyyəti sayılır. Ərizəçiyə məxsus bu hüququn həyata keçirilməsi üçün (vərəsəlik qaydada şəhadətnamənin verilməsi üçün) ərizəçiyə miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Belə ki, mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim edilmədiyindən notariat ofisi tərəfindən ərizəçiyə miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşin araşdırılmış hallarından, iş materiallarından müəyyən olunur ki, ərizəçiyə atası Cənnət Əliyevdən miras qalmış ünvan 4 ünvanında yerləşən ev hazırda da ərizəçinin sahibliyində və istifadəsindədir. Yəni ərizəçi miras qalmış həmin əmlakı faktiki olaraq, atasının ölümündən sonra, atasına məxsus əmlak kimi qəbul etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən mirasın qəbul edilməsi iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi tərəfindən mərhum X4 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi A.Xələfov küçəsi 3 saylı yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi A.Xələfov küçəsi 3 saylı yaşayış evinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar