Məhkəmə qərarları › İş №2(003)-173/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-173/2021

08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-173/2021 08.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,Cavabdeh ilə xx xxxx 2018-ci il tarixdə nikaha daxil olmuşdur. Nikahları 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində rəsmiləşdirilmiş və akt qeydləri kitabında 2131 nömrə ilə qeydə alınmışdır. Cavabdehlə qısa müddət ərzində mehriban yaşadıqdan sonra xarakterlərinin müxtəlif olması səbəbindən aralarında mübahisələr yaranmış, vaxt keçdikcə münasibətləi kəskinləşmiş, son dövrdə isə tamamilə və barışmaz formada pozulmuşdur. Cavabdeh ondan ayrılaraq valideynlərinə məxsus mənzilə getmiş, əlaqələri tam kəsilmişdir. Hazırda cavabdehlə barışmaqları qeyri-mümkündür. Nikahları formal xarakter daşıyır, faktiki olaraq onlar ər-arvad münasibətlərində deyillər. Birgə nikahlarından uşaqları olmamışdır. Cavabdeh nikahın pozulmasına razı olsa da bu barədə müvafiq icra hakimiyyəti orqanına- Suraxanı rayon Qeydiyyat şöbəsinə ərizə verməkdən yayınır. Ona görə də onunla cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində akt qeydləri kitabında 2131 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq barışıq əldə olunmadı və bu səbəbdən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 xx xxxx 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2131 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qəhrəmanov, arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 717-08/75 saylı məktubdan görünür ki, vətəndaş Cavabdeh şöbəyə gəlmədiyindən, nikahın pozulması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuş, nikahın bağlanması haqqında akt qeydləri kitabında bu barədə 2131 sayla qeyd edilmişdir. Birgə nikahlarından uşaqları doğulmamışdır. İddiaçının cavabdehlə ailə münasibətləri faktiki olaraq kəsilmişdir, ailələri artıq dağılmışdır, bərpası mümkün deyildir, nikahları formal xarakter daşıyır. İşdən görünür ki, tərəflərə barışmaları üçün 3 (üç) ay müddət müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Belə ki, Azərbaycan Respublikası AM-nin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. İddia digər tərəfdən ona görə təmin edilməlidir ki, tərəflərə barışmaları üçün vaxt təyin edilmiş, onlar təyin edilmiş müddət ərzində barışmamışlar. Hazırda isə iddiaçı nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası AM-nin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflərə barışmaları üçün təyin edilmiş müddət ərzində tərəflər barışmadıqlarından və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2131 sayla qeyd edilmiş nikah pozulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar