Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-173/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evə köçürülmə, evin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı evə köçürülmə, evin və torpaq sahəsinin naturada bölünməsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və 4 övladları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsbəsi Atçılıq, 2-ci yeni bağlar sahəsi, məçitin arxasında yerləşən fərdi evə köçürülmələri, evin iki ayrıca otağına yerləşdirilmələrinə, bu iki otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1la 04 noyabr 2013-cü il tarixdə nikaha daxil olub ailə qurmuş, el adəti ilə toy-nişan etmiş və o, cavabdehin və onun ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq, 2-ci yeni bağlar sahəsi, məçitin arxasında yerləşən fərdi evə gəlin köçmüşdür. Birgə nikahlarından 4 övladları olmuşdur: 10 may 2014-cü il təvəllüdlü X2, 08 iyun 2015-ci il təvəllüdlü X3, 12 dekabr 2016-cı il təvəllüdlü X6 və 03 noyabr 2018-cu il təvəllüdlü X4. Bir müddət birgə yaşadıqdan sonra Ramilin və onun valideyinlərinin ona qarşı münasibəti pisləşmişdir. Onlar onu adam yerinə qoymamış, döymüş və ən iyrənc söyüşlərlə və hərəkətlərlə söyüb təhqir etmişlər, ona işgəncə vermiş və ona qarşı insanlığa sığmayan ləyaqətsiz əməllər törətmişlər. Onların bu əməlləri o qədər iyrəncdir ki, bunları ifadə eləmək mənim üçün mümkünsüzdür. Son dəfə 07 yanvar 2021-ci il tarixdə qaynatası Cavabdeh3, qaynanası Cavabdeh2h qızı və əri Cavabdeh1 onu döyüb bədən xəsarətləri yetirmiş, işgəncə vermiş və ağır formada təhqir edib evdən qovmuşlar. Uşaqlarını zorla ondan almışlar. Bu barədə polisə məlumat vermiş və Xəzər rayonunun 2 saylı Polis Bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı döyülməyi öz təsdiqini tapmış və uşaqları ona qaytarılmışdır. Evdən qovulandan sonra bir neçə gün Bakı şəhərində yaşayan qardaşı Tərlanın evində qalmışdır. Onun evi çox kiçik olduğuna görə 4 uşaqla birlikdə Lerik rayonunun Rəzqov kəndində yaşayan anasının yanına gəlmiş və anası ilə birlikdə yaşayan qardaşının evinə sığınmışdır. Evdə normal şərait yoxdur və ev çox kiçikdir. Evdə anası və qardaşı öz ailə üzvləri ilə birlikdə yaşayır. Kəndləri dağ kəndidir, yaşayış çətindir və burada uşaqlarının normal böyüməsi və təhsili üçün heç bir şarait yoxdur. O dörd azyaşlı övladı ilə birlikdə çox çətin vəziyyətə düşmüşdür. Uşaqlarını saxlaya bilmir. Anası və qardaşı çox kasıbdırlar və az miqdarda əldə etdikləri qazanc heç özlərinə çatmır. Kəndlərində iş yoxdur. Digər tərəfdən iş olsa belə uşaqları saxlayıb işə getməyi mümkün deyildir. Dəfələrlə müraciət etsə də dövlət tərəfindən ona maddi yardım ayrılmamışdır. Məhkəmə tərəfindən uşaqlara ayrılmış cəmi 230 manat aliment isə heç onların qarnını doyurmağa belə çatmır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, uşaqları məktəbə və uşaq bağçasına gedib təlim-tədrislə məşğul olmalıdırlar. Onlar Binə qəsəbəsində anadan olduqlarına görə oranın şəraitinə öyrəşmişlər. Binə və Bakı ətrafında təhsil səviyyəsi kəndlərinə nisbətən daha yüksək səviyyədədir. Binə və Bakı şəraitinə uyğunlaşmış uşaqları üçün dağ kəndində yaşamaq və təhsil almaq çox çətindir. Uşaqlar ağlayır, evə qayıtmaq məktəbə və uşaq bağçasına getmək istədiklərini bildirir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Binə qəsəbəsində uşaqlarını məktəbə və uşaq bağçasına qoymaq üçün çox çalışmışdır. Lakin, qaynatası Sadıq uşaqları məktəbə və bağçaya qoymamış, onlara savad və təhsilin lazım olmadığını demişdir. Bu barədə onunla çox mübahisə etsə də Sadıq uşaqlarının təhsil almasına imkan verməmiş və onu döyüb təhqir etmişdir. Bu səbəbdən məktəb yaşı çatmış övladları — 10.05.2014-cü il təvəllüdlü oğlu Cavabdeh3 və 08.06.2015-ci il təvəllüdlü digər oğlu Zakir Məhərrəmov məktəbə getmirlər və məktəb yaşları olsa da təhsildən kənarda qalmışlar. Uşaqları isə oxumağa çox həvəslidirlər və məktəbə getmək istəyirlər. Nəzərə alınmalıdr ki, Binə qəsəbəsindəki hazırkı mübahisəli ev onun və övladlarının daimi yaşıyış yeridir. Bu evin heç bir sənədi yoxdur və ev özbaşına tikilidir. Onu və 4 övladını evilərindən zorla qovmuşlar. O artıq 8 ildən çoxdur ki, bu evdə yaşayır, bura daimi yaşayış yeriləridir, bütün cehiz əmlakı bu evdədir, onun və övladlarının bu evdən başqa yaşayış yeriləri yoxdur. Övladlarının və onun mənafeyi üçün onlar evilərinə qayıtmalı, o normal şəraitdə övladlarını böyütməlidir. Lakin, çox aqresiv və tühlükəli olan cavabdeh, onun atası, anası və digər qohumları ilə bir otaqda birlikdə yaşamaqları mümkün deyildir. Buna görə də yaşadıqları evin iki otağı və evin həyətyanı torpaq sahəsi naturada ayrılmalı, cavabdeh və onun ailə üzvlərinin yaşadığı hissə ilə onların hissələri daş hasarla bölünməli və onlara küçəyə sərbəst çıxa bilməkləri üçün ayrıca çıxış açılmalıdır. Uşaqlar sayca çoxdular və azyaşlıdırlar. Onların bütün qulluq və qayğısı, tərbiyyəsi, çətinliklərinə və əziyyətlərinə dözmək onun üzərinə düşüb. Bu isə çox ağır işdir. Cavabdeh olan ata onunla birlikdə uşaqları saxlamaq və tərbiyyə vermək əvəzinə haqsız valideyinlərinə qoşulub onu döymüş və uşaqlarla birlikdə evdən qovmuşdur. İddiaçı və valideyinləri uşaqlarla heç maraqlanmırlar. Onları uşaqların taleyi, nə yedikləri və nə geydikləri, harda yatdıqları və kimin yanında qaldıqları qətiyyən maraqlandırmır. O isə hazırkı çətin dövrdə, ağır maddi və mənəvi çətinliklər məngənəsində boğulur. Bu həyatı çətinliklərini xüsusi olaraq hakimlərinin nəzərinə çatdırır və evlərinə qayıtmalarının və ayrıca yaşaya bilməklərinin onlara vacib olduğunu xüsusi olaraq nəzərə çatdırır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-227/2021 saylı 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onunla saxlanılmış və cavabdehdən uşaqların saxlanması üçün bütün qazancının yarısı miqdarında aliment tutulub ona ödənilməsi qət olunmuşdur. İşin baxılması zamanı məhkəmə tərəfindən iddiaçının ərizəsi əsasında Cavabdeh3 və Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb olunmuşlar. İddiaçı iddia tələbini dəqiqləşdirərək onu və 4 övladları ilə birlikdə evləri Bakı şəhəri Xəzər rayonu Binə qəsbəsi Atçılıq, 2-ci yeni bağlar sahəsi, məçitin arxasında yerləşən fərdi evə köçürülmələri, evin üç ayrıca otağına yerləşdirilmələrinə, bu üç otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, cavabdehlərlə aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində köçürülməli olan ünvanı dəqiqləşdirərək cavabdehlərin yaşadıqları Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 saylı torpaq sahəsində olan evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı, Cavabdeh1 ilə evli olmuş və iddiaçı Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 saylı torpaq sahəsində olan evə gəlin gəlmiş, cehiz əmlakları da həmin evə yerləşdirilmişdir. Onların birgə nikahlarında 4 uşaqları olmuş və uşaqlar həmin evdə doğulmuşlar, yaşamışlar. Evin bir neçə otağı iddiaçının istifadəsinə verilmişdir. Son zamanlar cavabdehlər tərəfindən iddiaçı şiddətə məruz qalmış və edən qovulmuşdur. Bu səbəbdən iddiaçı ilə Ramil arasında olan nikah pozulmuşdur. İddiaçı gəlin gəldiyi və uzun müddət yaşadığı evə qayıtmaq istəsədə ona icazə verilməmişdir. Hazır köçürülməsi tələb olunan ev özbaşına tikildir. İddiaçının da cavabdehlər kimi həmin evdə yaşamaq hüququ vardır. Odur ki, iddia tələbi təmin olunaraq iddiaçının 4 uşaqları ilə birlikdə Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 saylı torpaq sahəsində olan evə köçürülmələri, evin üç ayrıca otağına yerləşdirilmələrinə, bu üç otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, cavabdehlərlə aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçının uşaqları ilə birlikdə yaşadığı Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 saylı torpaq sahəsində olan evə köçürülməsinə etiraz etmir. Hazırda həmin evdə o, anası və atası ilə birlikdə yaşayır. İddiaçı, uşaqlara baxmadığına və evi pis vəziyyətdə saxladığına görə atası evdən qovmuşdur. Hazırda isə iddiaçını, uşaqları ilə birlikdə yaşadıqları evdə qalmalarına etiraz etmirlər, lakin evin və torpaq sahəsinin bölünməsinə etiraz edirlər. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçının uşaqları ilə birlikdə yaşadıqları Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 saylı torpaq sahəsində olan evə köçürülməsinə etiraz etmir. İddiaçı onun oğlu Ramilin arvadı olmuş və onların birgə nikahda 4 uşaqları olmuşdur. İddiaçı, uşaqlara baxmadığına və evdə təmizlik işləri görmədiyinə görə evdə tez-tez mübahisə olmuşdur. Bu səbəbdən o, iddiaçını edən qovmaq məcburiyyətində qalmışdır. O, nəvələrini çox istəyir və oğlu ilə iddiaçının yenidən bir ailə kimi yaşamaları istəyir. Lakin iddiaçı da, öz hərəkətlərinə fikir verməli, birgə yaşadıqları vaxtı yol verdiyi səhvləri etməməli, lazımi qaydada öz ailəsinin, uşaqlarının qayğısına qalmalıdır. Lakin evin bölünməsinə etiraz edir. Ev, 4 otaqdan ibarətdir, 12 sot torpaq sahəsinin üzərində yerləşir. Evin yerləşdiyi torpaq sahəsi arvadı Nərminənin adınadır və bu barədə Dövlət reyestrdindən də çıxarış var. Ev çoxdan tikilmiş və iddiaçı həmin evə gəlin gəlmişdir. Hazırda iddiaçıya məxsus cehiz əmlakları həmin evdədir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, evin yerləşdiyi torpaq sahəsi ona məxsusdur, ev də onlar tərəfindən tikilmişdir. İddiaçı həmin evə gəlin gəlmiş, yaşadığı müddətdə onlarla tez-tez mübahisə etmiş, evə, onun oğluna və uşaqlara baxmamış, öz ailəsinin qayğısına qalmamışdır. İddiaçı, evə köçüb yaşayacağı təqdirdə, onlara mübahisə etməyəcəksə onlarla birlikdə yaşamasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialarından görünür ki, iş üzrə iddiaçı Cavabdeh1 arasında bağlanmış 04.11.2013-cü il tarixli nikah qeydi Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 26.07.2021ci il tarixli qətnaməsi əsasən pozulmuş, nikah pozulduqdan sonra onların birgə nikahlarından olan 10.05.2014-cü il təvəllüdlü Cavabdeh3 Ramil oğlu, 08.06.2015-ci il təvəllüdlü X3, 12.12.2016-cı il təvəllüdlü X7 və 03.11.2018-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmış və uşaqların saxlanılması üçün Cavabdeh1 qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 30.01.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Xəzər Rayon Polis idarəsinin 2-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan seriya RX ******* saylı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün surətlərindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 torpaq sahəsi, 12 sotdan ibarət olmaqla Cavabdeh2 mülkiyyətindədir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçının köçürülməsi tələb etdiyi ev 4 otaqdan ibarət olmaqla, yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İddiaçı, həmin evdə 2013-cü ilin noyabr ayından yaşamağa başlamış, cavabdehlə birgə nikahdan olan 4 azyaşlı uşaqları həmin evdə doğulmuşlar. İddiaçı, 2021-ci ilin yanvar ayında Cavabdeh3 (keçmiş qaynatası) tərəfindən qovulmuşdur. İş üzrə cavabdehlər hazırda iddiaçını, azyaşlı uşaqları ilə birlikdə qayıdıb yaşamasına etiraz etmirlər. Lakin evin və evin yerləşdiyi torpaq sahəsinin bölünməsinə etiraz edirlər. Ev öz başına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə, iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsinin özbaşına tikili olmasını, eyni zamanda iş üzrə cavabdehlərin iddiaçının həmin evdə yaşamasına etirazlarının olmamasını nəzərə alaraq, iddiaçının həmin tikilidə yaşaması cavabdehlərin (eyni zamanda evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh2) hüquqlarının məhdudlaşdırılmasına səbəb olmayacağını qeyd etməklə hesab edir ki, iddia tələbi cavabdehlərin yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 torpaq sahəsində olan evə köçürülməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin evin üç ayrıca otağına yerləşdirilmələsi, bu üç otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, cavabdehlərlə aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan evə (tikiliyə) və həmin evin yerləşdiyi torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının köçürülmək istədiyi evin üç ayrıca otağına yerləşdirilmələsi, bu üç otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, cavabdehlərlə aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Belə ki, mübahisə predmetin daxil olan evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən həmin evə dair mülkiyyət hüququ məhkəmə tərəfindən Cavabdeh2 üçün tanına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı, azyaşlı uşaqları 10.05.2014-cü il təvəllüdlü Cavabdeh3 Ramil oğlu, 08.06.2015-ci il təvəllüdlü X3, 12.12.2016-cı il təvəllüdlü X7 və 03.11.2018-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlərin yaşadıqları Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 torpaq sahəsində olan evə (tikiliyə) köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı, azyaşlı uşaqları 10.05.2014-cü il təvəllüdlü Cavabdeh3 Ramil oğlu, 08.06.2015-ci il təvəllüdlü X3, 12.12.2016-cı il təvəllüdlü X7 və 03.11.2018-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlərin yaşadıqları Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 2-1644 torpaq sahəsində olan evə (tikiliyə) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-173/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-173/2022
24.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver