Məhkəmə qərarları › İş №2(003)-173/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-173/2024

11.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-173/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair bir icraatda birləşdirilmiş mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindn verilmiş, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, ev 1 (Yeni qaydalarla: 1041, ünvan 1 ünvanda yerləşən ona məxsus tam mülkiyyyətində olan fərdi yaşayış evindən Cavabdeh, yetkinlik yaşına çatmayan övladının, əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Rəhman Cəbrayıl oğluna qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2956/2023 saylı qərardadına əsasən iddiaçı Cavabdeh Rəhman Cəbrayıl oğluna qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması dair mülki iş, İddiaçı Cavabdeh qarşı əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflərin göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizələri baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizələr baxılmamış saxlanıldığından iş üzrə iddiaçılar tərəfindən iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. İş materiallarında olan ********** və ********** nömrəli mədaxil qəbzlərdən görünür ki, İddiaçı tərəfindən iş üzrə 100 manat, digər iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olununlara əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia ərizələri baxılmamış saxlanıldığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat, Cavabdeh tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat onların hər birinə geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə iddia ərizələri baxılmamış saxlansın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (********** nömrəli qəbz) İddiaçı (AZE 0*******, fin: xxxxxxx) geri qaytarılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (********** nömrəli qəbz) Cavabdeh (AZE 0*******, fin: xxxxxxx) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elekton kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar