Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-175/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı, Cavabdeh MMC-nə qarşı “icarə müqaviləsinin ləğvi, cavabdehin icarə obyektindən çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia tələbi, Cavabdeh MMC-nin İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, Cavabdeh MMC-nə qarşı “icarə müqaviləsinin ləğvi, cavabdehin icarə obyektindən çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artrılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli (reyestrdə 3M-923) nömrə ilə qeyd olunmuş) icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və icarə predmetinə daxil olan əmlaklara vurulmuş 100000 manat və ödənilməmiş 48800 manat icarə haqqı olmaqla ümumilikdə 148800 manat maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətanamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artrılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli (reyestrdə 3M-923) nömrə ilə qeyd olunmuş) icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və icarə predmetinə daxil olan əmlaklara vurulmuş 100000 manat və ödənilməmiş 97600 manat icarə haqqı olmaqla ümumilikdə 197600 manat maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətanamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin X1 tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, illk İddiaçı 185448 manat maddi və 100000 manat mənəvi ziyana görə pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş ərazi aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, iddiaçının mövcud iddia tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, müstəsna aidiyyətə görə mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə mübahisəli əmlakın Samux rayonu ərazsində yerləşməsi əsasına görə Samux Rayon Məhkəməsində baxılmalı olan iddia tələbidir. Buna görə də işə onun ərazi aidiyyətinə görə aid olduğu Samux Rayon Məhkəməsində baxılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə mübahisəli ərazi Samux rayon inzibati ərazisinə aid olduğundan hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı, Cavabdeh MMC-nə qarşı “icarə müqaviləsinin ləğvi, cavabdehin icarə obyektindən çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia tələbi, Cavabdeh MMC-nin İddiaçı qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-175/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-175/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver