Məhkəmə qərarları › İş №2(003)-175/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-175/2022

23.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-175/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeydə alınmış koordinantlarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeydə alınmış koordinantlarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.11). İddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər” (maddə 260.1, 260.6). Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən və digər tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etdiyi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbləri baxılmamış saxlanıldığından iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələdə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda məhkəmə işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tikinti-texniki ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 50,0 manat təşkil edir. İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, 50,0 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ekspertiza xərci kimi 50,0 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeydə alınmış koordinantlarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza xərci kimi 50,0 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar