Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-176/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X5, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər cavabdehlər Muradlı (Muradov) Əhməd Fərhad oğlu, Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Muradlı (Muradov) Səxavət Əlisəfər qızına qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Muradlı (Muradov) Əhməd Fərhad oğlu, Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Muradlı (Muradov) Səxavət Əlisəfər qızına qarşı onun və övladları X4 və Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanına gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14 mart 2009-cu ildə cavabdeh Muradlı (Muradov) Əhməd Fərhad oğlu ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra o Xəzər rayonunun Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsi, dalan 1, döngə 2, ev 4-ə cehiz əşyalarımla birlikdə gəlin köçmüş, uşaqlar da həmin evdə doğulmuşdur. Ev iki mərtəbədən, 7 otaqdan və iki foyedən, iki mətbəxt, iki sanitar qovşağından ibarətdir. Qeyd olunan evdə o cavabdehlə tək yaşayırdı. Onun valideynləri isə özlərinə məxsus həmən ünvanda ayrı tikilidə yaşayırdılar. Onlar birlikdə 2009-cu ilin mart ayından 2019-cu ilin avqust ayınadək fasiləsiz və mübahisəsiz olaraq, cavabdehlə bir ailə üzvü kimi birgə ümumi təsərrüfat apararaq birlikdə yaşamış, evin hüquqmüəyyən edici sənədi olmadığından pasport qeydiyyatına alınmamışdır. Cavabdeh1 ilə ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, aralarındakı nikahın pozulması tələbi ilə cavabdeh Xəzər rayon məhkəməsinə iddia ərizəsiylə müraciət etmişdir. 18 mart 2020-ci il tarixli 2-(003)168/2020 saylı məhkəmə qətnaməsi qismən təmin olunmuşdur. Belə ki, aralarında olan nikah pozularaq, birgə nikahdan anadan olan evladları onun yanında qalması və onların saxlanılması üçün cavabdehdən hər ay əmək haqqısının 1/3 hissədə olmaqla aliment tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin atası tərəfindən o və azyaşlı evladları şirindillə anasının evinə gətirilmişlər. Onlara məxsus bütün Şəxsi əşyalar gəlin getdiyi evdə qalmışdır. Onlarıora qoyduqdan sonra dallarınca gəlcəyini bildirsə də, gəlməmişdilər. Həmin vaxtdan anasının evində yaşayırlar. Övladlarını götürərək gəlin köçdüyü evə getsə də, cavabdehlər onu həyətdən qovmuşdular. Bütün bunlar evladlarının gözü qarşısında baş vermişdir. Bundan sonra cavabdeh olan Cavabdeh1 hər dəfə yığaraq onlara məxsus şəxsi geyimləri istəmiş nəzərə alsaq ki, fəsil dəyişir onlara fəsilə uyğun geyimlər lazım olurdu. Hər dəfə min bir bəhanə edərək hissə-hissə onları gecdə olsa gətirirdi. Hətta məktəbli oğlunun məktəb çantasını, məktəbli geyimlərini belə ona vermədilər. O anasında onları yenidən almağı xahiş etmişdir. Avqust 2019 cu il tarixdən cavabdehlər ona məxsus əmlakın həmin evdə olmasına baxmayaraq, evə köçüb yaşamağına imkan vermir. Halbu ki, onun həmin evdən başqa yaşayış yeri yoxdur, hazırda oğlanları ilə birlikdə yaşlı anasının evində yaşasa da, daimi olaraq yaşamağı mümkün deyil. Özü qalxanvari vəzdən əziyyət çəkir. Bütün bunlara görə də o gəlin köçdüyü mübahisəli evə köçmək istəyir, cavabdehlərin buna maneçilik törətməsi və bununla da qanunla qorunan hüquq və mənafelərinin pozulması səbəbindən və hüquqlarının bərpası məqsədilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sonradan İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş və onun onun və övladları X4 və Cavabdeh2 ilə birlikdə ünvan 2 ünvanına gəlin köçdüyü fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və və onun nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan fərdi yaşayış evi Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsində deyil, Almas İldırım küçəsi, dalan 1, döngə 2, ev 4 ünvanında yerləşir. İddia ərizəsində qeyd olunanların əksinə olaraq həmin ünvanda yerləşən fərdi yaşayış evi nənəsi X1 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Xüsusi mülkiyyətə dair qeydiyyat vəsiqəsinə texniki pasport əlavə edilmiş və qeyd olunan pasportda həmin ünvanda olan bütün tikililər, o cümlədən də iddiaçının hazırda köçürülməsini tələb etdiyi ev öz əksini tapmışdır. Qeyd olunanlardan da məlum olur ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikili deyil, həmin tikili qanunla müəyyən olunmuş qaydada xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı qeyd olunan fərdi yaşayış evinə onunla nikaha daxil olduqdan (14.03.2009-cu il) sonra köçürülmüşdür. Lakin xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınan həmin fərdi yaşayış evi nə həmin vaxt, nə də sonra onun mülkiyyətində olmamışdır. Hazırda isə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin mülkiyyətçisi ilə hər hansı bir yazılı və notariat qaydasında təsdiq olunmuş razılaşma yoxdur. Həmçinin onun qeyd olunan fərdi alaşayış evinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddianın rədd edilməsi barədə qətnaə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X8 iddianı qəbul etməyərək bildir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin mülkiyyətçisi hüquqlarnı müdafiə etdiyi şəxsin nənəsi X1 mülkiyyətində olmuş və 08.01.2002-ci ildə vəfat etmişdir. Bu günədək miras əmlak vərəsələr arasında bölüşdürülməmişdir. Bundan başqa iddiaçı mübahisəli evdə yaşamaqla bağlı hər hansı bir yazılı və notariat qaydasında təsdiq olunmuş razılaşma yoxdur. Həmçinin onun qeyd olunan fərdi alaşayış evinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddianın rədd edilməsi barədə qətnaə çıxarılmasını xahiş etdi. rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Muradlı (Muradov) Əhməd Fərhad oğlu iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Cavabdeh3 məhəkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə cavabdehlər Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Cavabdeh3 qıznın iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X9 14.03.2009-cu il tarixdə nikaha daxil olmuşlar Nikahdan sonra arvada Muradlı soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 12.12.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası X7r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 21.12.2009cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan tərəflərəin işçtiakı ilə keçirilmiş yerli baxışın nətcəsi olaraq tərtib edilmiş aktdan görünür ki, mübahisəli ərazidə fərdi yaşayş evinin texniki pasportuna uyğun olaraq A və B tikililəri aşkar edildi. Həyətdə başqa tikili aşkar edilmədi. A tikilisi iki mərtəbədən, B tikilisi isə bir mərtəbədən ibarətdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinin 08.01.2021-ci il tarixli 1709 nömrəli məktunuda qeyd edimişdir ki, Şüvəlan qəsəbəsində yerləşən keçmiş “26 Bakı komissarı” küçəsinin yenilənmiş adı Almaz İldırım küçəsidir. İş materiallarında olan Bakı şəhəri İcra hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 17.02.1995-ci il tarixli, 30/41134 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 X1 mülkiyyətindədir. İşin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı 14.03.2009-cu ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, ünvan 2 ünvanına gəlin köçərək orada yaşamağa başlamış və orada cavabdehlə ümumi təsərrüfat aparmışdır. Ailə münasibətləri pozulduğundan iddiaçı 2019-cu ilin avqust ayında evdən çıxmış və anası evinə köçmüşdür. Hazırda iddiaçı gəlin köçmüş olduğu evə köçürülməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Eyni zamanda, işin məhkəmə iclasında müəyyən olunan hallarına əsasən Bakı şəhəri, ünvan 2 X1 adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (qüvvədən düşmüş, 08 iyul 1982-ci il redaksiyalı) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında, həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 ünvanından istifadə hüququna dair mülkiyyətçi (X2) ilə iddiaçı arasında bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamışdır. İddiaçının mübahisəli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamasına icazə verilməsi istifadə hüququnun yaranması demək deyil və belə olan halda iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün əsaslar mövcud deyil və ona görə də İddiaçı cavabdehlər cavabdehlər Muradlı (Muradov) Əhməd Fərhad oğlu, Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Muradlı (Muradov) Səxavət Əlisəfər qızına qarşı “Evə köçürülmə” tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Muradlı (Muradov) Əhməd Fərhad oğlu, Muradlı (Muradov) Fərhad Əhməd oğlu və Muradlı (Muradov) Səxavət Əlisəfər qızına qarşı onun və övladları X4 və Cavabdeh2 ilə birlikdə ünvan 2 ünvanına gəlin köçdüyü fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-176/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-176/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver