Məhkəmə qərarları › İş №2(003)-1760/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1760/2024

04.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1760/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X5 qarşı "mənzildən çıxarılmaları" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X6 qarşı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X8qarşı "mənzildən çıxarılmaları" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşma çatmamış xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X13 ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini xx.xx.2021-ci il tarixli İPKB4158010A126 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 satın almışdır. Fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Müqavilənin 6.4-cü bəndinə əsasən bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətində ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq; 6.5-ci bəndinə əsasən bu müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən 30 gün ərzində ipoteka predmetini yardımçı vasitələri ilə birlikdə alıçı/ipotekaqoyana onun bəyəndiyi və qiymətində razılaşdıqları vəziyyətdə təhvil vermək; satıcı olaraq Cavabdeh1 öhdəliyi olsa da, sonuncu müqavilənin bağlandığı vaxtdan uzun müddət keçməsinə və dəfələrlə tələb etməyimə baxmayaraq, fərdi yaşayış evini mənə təhvil verməmiş, fərdi yaşayış evindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmamışdır. Cavabdeh1 tərəfindən mənə satıldığından, fərdi yaşayış evinin onun mülkiyyətində olmasına dair dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyindən və fərdi yaşayış evi mənim müliyyətimə qeydə alındığından, cavabdehlər və onlarla birgə həmin evdə yaşayan yetkinlik yaşma çatmamış şəxslərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, yaşayış evinin ona təhvil verilməsi üçün hüquqi əsas yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən mənzilini iddiaçı ipoteka əsasında əldə etmişdir. Həmin tarixdə ona bank tərəfindən 16000 manat pul verilmiş, onun 35000 manatını maşında Rizvana vermişdir. Hazırda həmin evdə övladları ilə birlikdə yaşayır. Cavabdehlər X2, Cavabdeh3 və X9 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan mülkiyyətçi Cavabdeh1, ipoteka saxlayan "xxxx" ASC və borc alan İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İPKB4158010A126 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh1 ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 5 aprel 2021-ci il tarixində verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı ipoteka saxlayan İddiaçı mülkiyyətinə verir, daşınmaz əmlak satıcı tərəfindən alıcıya bütün vergilər daxil 160000 AZN dəyərində satılır. Bu məbləğin 50000 AZN ilkin ödəniş məbləği olaraq, Alıcı/Borcalan tərəfindən, 110000 AZN isə bank tərəfindən bankla və alıcı/borcalan arasında bağlanmış “15” sentyabr 2021-ci il tarixli, İPKB4158010A126 nömrəli müqaviləsinə əsasən alıcı/borcalana verilən kredit məbləği hesabına satıcıya notariusun depozit hesabına köçürülmək yolu ilə ödənilir. Kreditin məbləği və valyutası: 110000 AZN; kredit üzrə ödəniləcək illik faiz dərəcəsi:11%, xx.xx.2031-ci il tarixindən etibarən: 12 %, Mərkəzi Bankın 9.15.2031-ci il tarixinə olan uçot dərəcəsi bu müqavilənin bağlandığı tarixdə olan uçot dərəcəsi ilə müqayisədə artmayacağı təqdirdə bu bəndin (b) yarımbəndi tətbiq edilməyəcək. Kreditin müddəti: xx.xx.2036-dək, kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: bu Müqaviləsinin 1.3.2-ci bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0,06 % müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4, yetkinlik yaşma çatmamış xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X13 qeydiyyatdadırlar. Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh1 aid məlumatlardan görünür ki, onun qohumluq əlaqələrində həyat yoldaşı X14, uşaqları xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X16 müəyyən edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh3 aid məlumatlardan görünür ki, onun qohumluq əlaqələrində həyat yoldaşı X18, uşaqları xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2011-ci il təvəllüdlü X17 müəyyən edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyətində olmuş, sonuncu, ipoteka saxlayan "xxxx" ASC və borc alan İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İPKB4158010A126 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, İddiaçı isə mübahisəli əmlakı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən adına qeydiyyatdan keçmişdir. Hazırda iş üzrə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X4 yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X13 iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında qeydiyyatdadırlar Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanması və mübahisəli mənzilin iddiaçıya satılması etiraf olunmaqla yanaşı, onun övladları ilə birlikdə mübahisəli mənzildə yaşamaları etiraf olunmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, cavabdehlər mübahisəli evdə istifadə hüquqlarını itirmişlər. Belə ki, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzilinə olan istifadə hüquqları xx.xx.2021-ci il tarixli, İPKB4158010A126 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlandığı tarixdən artıq itirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzildə yaşamaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanda yaşamışlar, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehlərdən tələb etmişdir. Cavabdehlər hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzil hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X9 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təvil verilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2011-ci il təvəllüdlü X17 14 yaşına çatmamışdırlar və valideynləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 14 yaşına çatmamış uşaqları, yəni xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010cu il təvəllüdlü X16, xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2011-ci il təvəllüdlü X10 yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından cavabdehlər Cavabdeh1 və Cavabdeh3 14 yaşına çatmamış uşaqları, yəni xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2011-ci il təvəllüdlü X17 da fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəgörə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və X4 yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2019-cu il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X13 ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar